Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyev hesabat verdi


Bu gün Gəncə şəhər İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib


Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbirdə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə geniş söhbət açılıb.

Öncə tədbir iştirakçıları Gəncənin baş meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoyublar.

Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilən yığıncaqda tədbir iştirakçıları şəhərin sosial-iqtisadi və mədəni inkişafında əldə olunan nailiyyətləri əks etdirən sənədli filmi izləyiblər. 

2014-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır.

Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin olub.Gəncə şəhər ictimaiyyəti hələ də ölkə prezidenti cənab İlham Əliyevin il ərzində 3 tarixi səfərinin, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfərlərinin xoş təəssüratları içərisində yaşayırlar. Ölkə başçısının hər səfərində olduğu kimi, bu səfərləri çərçivəsində də mühüm sosial–iqtisadi və mədəni obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilib, hesabat dövrü ərzində dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilib.

Qeyd edək ki, 2014-cü ildə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,9 faiz artıb.

Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

Yığıncaqda çıxış edənlər- Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, xalq artisti Məmmədəli Balayev, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları Gəncəyə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, hər zaman gəncəlilərə kömək və dəstək olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bəyan ediblər.

Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov ölkəmizdə son 11 il ərzində əldə olunan görkəmli nailiyyətlərdən, cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından, Gəncənin böyük intibah dövrü yaşamasından, irəlidə hələ çox zəfərlər əldə olunacağından danışıb.

Tədbirdə yığıncağın qərar layihəsi qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları tərəfindən müraciət oxunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar