Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov polşalı həmkarını təbrik edib


Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib


XİN-dən verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşalı həmkarına ünvanlandığı məktubda iki ölkə arasında bugünkü münasibətlərin kökü orta əsrlərə aid olan və 1918-20-ci illərdə yaradılmış diplomatik əlaqələr üzərində qurulduğunu qeyd edib. 

AzərbaycanPolşa arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığına zəmin yaratdığını bildirib.

Nazir Elmar Məmmədyarov AzərbaycanPolşa arasında ikitərəfli siyasi münasibətlərin uğurla inkişaf etdiyini söyləyərək, Varşavada NATO sammiti çərçivəsində prezidentlər səviyyəsində keçirilmiş ikitərəfli görüşdə iki ölkə arasında siyasi dialoqun, iqtisadi və humanitar əlaqələrin daha da gücləndirilməsi üzrə razılıq əldə olunduğunu vurğulayıb.

Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Elmar Məmmədyarova göndərdiyi məktubda Avropanın təhlükəsizliyi üçün Cənubi Qafqaz regionunda xüsusi rol oynayan ölkə kimi AzərbaycanPolşa arasında müxtəlif sahələrdə dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. O, AzərbaycanAvropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə aparılan danışıqların AzərbaycanPolşa arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəyinə ümidvar olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar