Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Litvanın Xarici İşlər Nazirini qəbul edib


Nazir Elmar Məmmədyarov Litva Respublikasının Xarici İşlər Naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


2014-cü ilin 21 oktyabr tarixində Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Xarici İşlər Naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə ölkələrimizin mövqeyinin yaxın olduğunu qeyd edərək, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. 
 
İki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən litvalı nazir ölkəmizin Litvanın Cənubi Qafqaz regionda üzrə əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdırmışdır. O, bu səfər çərçivəsində Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin məmnunluq doğurduğunu bildirmişdir.  
 
Avropa İttifaqı ilə əməkdaşlıq və Şərq Tərəfaşlığı proqramına toxunan Linas Linkeviçius ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırmışdır.  
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır. 
Görüş əsnasında  elm-təhsil, mədəniyyət, idman və digər humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar