Xarici işlər naziri Elmar Məmmədyarov 6-7 noyabr tarixlərində İsveç Krallığında rəsmi səfərdə olacaq
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, 10 fevral 2016-cı ildə İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına səfər edib.
pia.az