Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Ermənistan XİN başçısı ilə görüşü barədə


"Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb"


Bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı AzərbaycanErmənistan prezidentlərinin görüşü bu gün Moskvada keçirilən görüşdə müzakirə olunmayıb: "Prezidentlər görüşməyə özləri qərar verməlidirlər".

Nazirlərin Moskva görüşünün necə qiymətləndirilməsi ilə bağlı suala isə E. Məmmədyarov bu barədə məlumatın artıq ümumi bəyanatda əks olunduğunu bildirib:"Görüş barədə Hikmət Hacıyev də məlumat verib. Üçtərəfli görüşün nəticələri barədə biz nazirlər dövlət başçılarına məruzə edəcəyik".

Qeyd edək ki, bu gün Moskvada Rusiya, AzərbaycanErmənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri və ATƏT sədrinin fəaliyyətdə olan köməkçisi Anjey Kaspşik iştirak ediblər.

Saat yarımdan çox çəkən görüşün yekununda birgə bəyanat yayılıb. Bəyanatda aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, AzərbaycanErmənistan xarici işlər nazirlərin işgüzar görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsinin davam etdirildiyi qeyd edilib, 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar