Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüş zamanı Azərbaycanda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti və konfrans zamanı faydalı müzakirələrin aparıldığı vurğulanıb. 

Tərəflər Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq bu əlaqələrin uğurla davam etdiriləcəyinə əminliklərini qeyd ediblər. Q. Rayder Azərbaycanın son on illik ərzində sosial sahədə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edərək bu uğurlu təcrübənin digər ölkələrlə bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

 

E. Məmmədyarov son illər ərzində Azərbaycanda iqtisadiyyatın davamlı inkişafı, o cümlədən dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi, əhalinin əmək və sosial təminatı istiqamətində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı qısa müddət ərzində böyük uğurların əldə edildiyini bildirib. Müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışan nazir deyib ki, Azərbaycan bu nailiyyətlərə Ermənistanın hərbi təcüvüzü, ərazilərin 20 faizinin işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində nail olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar