Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov BMT-nin sabiq Baş katibi ilə görüşdü


Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirililən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizə səfər edən BMT-nin sabiq Baş katibi Ban ki Munla görüşüb


Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
E.Məmmədyarov Ban ki Munun ölkəmizə səfərini yüksək qiymətləndirib və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir Ban ki Munun BMT-nin Baş katibi kimi fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir edib.
 
Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.
 
Ban ki Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib.
 
Ban ki Mun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə maraqlanıb. E.Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Nazir Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə təşəkkür edib.
 
Ban ki Mun 41-ci Ümumdünya Skaut Konfransın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür etdi və belə tədbirlərin dünyada gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini qeyd edib.
 
Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar