Nazir Münhen konfransında çıxış edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə gedəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, nazir fevralın 16-17-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
E.Məmmədyarovun konfransında çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
pia.az