Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlli ildən sonra Rusiya - Olacaqmı? III Yazı


Rusiya ilə Qərb arasında geosiyasi savaş son və həlledici mərhələyə qədəm qoyub.


Rusiya_-59524-xeber.html" style="font-weight: bold;">Birinci Rusiya_-59676-xeber.html#.VHbqAdKsXMg">İkinci yazılar

Çin Rusiyanın meydanı tərk etməsinə hazırlaşır

İlkin görünüşdə Rusiyanın Qərbə qarşı verdiyi qeyri-bərabər savaşda əsas strateji müttəfiqi Çin görünür. Putin hər vəchlə bunu nümayiş etdirməyə çalışır. Kremlin sahibi çalışır ki, rus xalqı onu Qərbə qarşı dəyirmanla savaşan Don Kixot misalında tək görməsin və elə buna görə də Çini Rusiyanın müttəfiqi olaraq göstərmək üçün bütün imkanlarını səfərbər edir. 

Amma bu heç də belə deyil. Çin Rusiyanın heç də müttəfiqi deyil, əksinə  böyük geosiyasi savaşda Rusiyanın ikinci böyük rəqibidir. Daha doğrusu Çin Rusiyanın supergücolaraq ortadan qalxmasına Qərbdən daha çox maraqlıdır. Bu istək isə, Çinin Böyük Çölə qarşı min illər boyunca apardığı geosiyasi savaşın davamı olaraq qəbul olunmalıdır. Ki, sabah Çin, Rus imperiyasının olmadığı böyük coğrafiyada ikinci, ya da üçüncü əsas aktyora çevriləcək. 

Son 300 il içində isə Çin Rusiyanın gölgəsində qalaraq dunya siyasətinin əsas aparıcı aktyoruna çevrilməkdən məhrum olub. Amma artıq şərtlər dəyişib. Əgər dünyada yenidən ikiqütblü sistem yaradılacaqsa, bu dəfə ikinci qütb Rusiya deyil, Çin olacaq. Çinin bunun üçün bütün potensialı var. Rusiya olmadıqdan sonra isə, artıq böyük geosiyasi savaşın mərkəzi halına gələn Sibirə və Mərkəzi Asiyaya Çinin nüfuz etmə imkanları daha böyükdür. Digər tərəfdən artıq uzun illərdir ki, Çinin strateji hədəflərindən biri Tundrada Çin koloniyaları yaratmaqdır. Bu layihə Çin üçün həyat əhəmiyyətli bir məsələdir. Çünki Çinin dünya əhalisinin təqribən ? hissəsini təşkil edən demoqrafik vəziyyəti və böyüyən iqtisadiyyatı ilə birlikdə artıq beynəlxalq siyasətin əsas problemlərindən birinə çevrilir. Məhz ortada qlobal Çin probleminin olması Qərbin Rusiyaya qarşı səbirli davranmasının əsasını təşkil edir. Amma bu Rusiyanın Qərbə meydan oxuması üçün şərtə çevrilməməlidir. Rusiya Qərbə daha açıq və Çinə daha qapalı olarsa, o zaman Qərblə müəyyən problemlərini çözə bilər. Amma Putin axar əksinə üzməkdə davam edir.

Ona görə də yaranmış vəztyyət, Rusiyanın kiçilməsi və böyük siyasətin əsas aktyoru rolunu itirməsi, Çinin işlərinə tamamilə yarayır. Çin Rus imperiyasının olmadığı şəraitdə özünü daha güclü və daha rahat hiss edəcək və Qərbi özü ilə təkcə Sakit Okean hövzəsində deyil, həmçinin Böyük Çöldə də Qərbi özü ilə razılaşmağa məcbur edə biləcək. 

Faktiki olaraq Çin hazırda Rus imperiyasının mirasını Qərblə bölüşməyə hazırlaşır və yəqin ki, buna maksimum nail olmaq üçün bütün imkanlarını səfərbər edəcək.

Putinin qorxulu röyası - Rəngli inqilab

Ötən həftəninin şənbə günü Rusiyanın xarici işlər naziri S.Lavrov maraqlı bir bəyanatla diqqət çəkdi. Rus diplomatiyasının rəhbəri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədinin Rusiyadakı rejimin dəyişdirilməsi olduğunu bildirdi. Bu bəyanat əslində Putinin Qərbin Rusiyada rəngli inqilab həyata keçirməsindən nə qədər narahat olduğunun gösricisi idi. Faktiki olaraq bu bəyanatla Kreml Qərbin Rusiyada rəngli inqilab etmək iqtidarında olduğunu etiraf etmiş oldu. Bu bəyanat həmçinin Rusiyanın Qərbin bu təhlükəsi qarşısında gücsüz olmasının etirafı kimi dəyərləndirilə bilər. 

Hər halda bu da bir faktdır ki, Rusiyanın hər hansı bir Qərb ölkəsində inqilab edə bilməsi mümkün deyil və bu da tərəflərin qarşılıqlı güc nümayişində əsas faktor olaraq çıxış etməkdədir ki, Rusiya belə bir ehtimalı dilə gətirməklə əslində Qərbin qarşısında nə qədər zəif durumda olmasını nümayiş etdirmiş oldu.

Xatırladaq ki, bu bəyanatda bir həftə əvvəl Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirmiş, ekstrizmə və rəngli inqilaba qarşı mübarizə bu iclasın əsas müzakirə mövzusu olmuşdu. İclasda Putin ekstrizmə və rəngli inqilaba qarşı mübarizəni bir nömrəli məsələ olaraq önə çıxararaq əslində təhlükəninin nə qədər böyük olduğunu nümayiş etdirmişdi. 

Ötən həftənin bazar günü isə, Putin Qərbə qarşı «dəmir pərdə» endirməyəcyini və bunun çöx təhlükəli və dağıdıcı olduğunu bildirdi. Putin Qərbin hansı addımlar atmasından asılı olmayaraq Rusiyanın dünyaya açıq olacağını bəyan etməsi bir daha Rusiyanın Qərbin qarşısında şərəfli bir şəkildə kaputilyasiya etməyə hazır olması kimi də alqılamaq mümkündür. Çünki Putin Rusiya cəmiyyətini son illər demokratik dəyərlərdən o qədər uzaqlaşdırıb ki, faktiki olaraq bu cəmiyyətdə inqilab üçün münbit zəmin yaradıb. Əslində isə bu gün heç bir avtoritar rejim rəngli inqilabdan sığortalanmayıb. 

Qərbin isə Rusiyada 20 ildə yerləşdirdiyi minaların harda və hansı şəraitdə partlayacağını heç kim bilmir, Kremil isə buna qarşı ancaq ehtimallarla mübarizə apara bilər. Doğrudur böyük maliyyə və biznes sahələrində olan Qərb yönümlü iş adamları Putin tərəfindən təhlükəsiz hala gətirilib. Rusiyaın tanınmış iş adamları olan, yəhudi əsilli Berezovskinin müammalı şəkildə ölməsi, Xodorkovskinin həbs olunması və sonra ölkədən qovulması buna misaldır. 

Lakin son 20 ildə Qərbin psixoloji olaraq rus xalqının beyninə köçməsi bu gün Putinin ən böyük müxalifətidir və Putinin faktiki olaraq bu müxalifətə qarşı effektli mübarizə aparması mümkün deyil. Çünki son 20 ildə ruslar daha çox komforta, dəbdəyə öyrəşib. Bu gün faktiki olaraq ruslar işləmək deyil, əylənmək istəyirlər. Onların əvəzinə isə bütün «qara işləri» bəyənmədikləri miqrantlar həyata keçirirlər. Buna görə də Putin yaxşı başa düşür ki, rusları geri, sovet dönəmindəki dözülməz həyat şəraitinə qaytarmaq mümkün deyil və bu birbaşa inqilaba açılan qapıdır. 

Elə Qərbin tətbiq etdiyi ufaq sanksyialar da bu özünü göstərdi. Ruslar Putinin Krımın və Donbasın əvəzinə onlardan əyləncə və komfortu almasını artıq həzm edə bilmirlər. Bu son zamanlar Krım eyforiyasından sonra Putinin zirvəyə ulaşan reytinqinin getdikcə aşağı düşməsində də hiss olunur. Putinin son illər ruslara aşıladığı «patriotizm» isə  əslində heç bir işə yaramaya bilər. Çünki ruslar artıq uzun illərin təcrübəsindən quru «patriotizm»lə qarın doymadığını və «patriotizm»in onlara ancaq zillət gətirdiyini və qula çevirdiyini gözəl bilirlər.

Ona görə də Ukraynada ciddi məğlubiyyətlə üzləşən Putinin eyforiya dağıldıqdan sonra rus xalqı tərəfindən lənətlənməsi ehtimalı daha böyükdür və bu da yaxın bir neçə ildə Rusiyada inqilab üçün zəmin hazırlayan faktora çevrilir. Qərblə artan gərginlik şəraitində davmlı olaraq mövqelərini itirən Putinin isə bu inqilabın qarşısını uğurla ala bilməsi isə, az inandırıcı görünür.

Rus imperiyası canvermə mərhələsini yaşayır

Bu gün Rusyiada hər bir böyük imperiyanın yaşadığı cançəkişmə prossesi yaşanır. Tarixçilər və böyük imperiyaların taleləri ilə maraqlananlar yaxşı bilirlər ki, hər bir imperiya tamamilə süqut etməmişdən öncə qısa bir zaman çərçivəsində yüksəliş dönəmi yaşayır, daha sonra isə bir mənalı olaraq süqut edir. 

Hazırda Rusiya «soyuq savaş» dönəmini böyük itkilərlə bitirdikdən sonra Putinin gətirdiyi canlanma və yüksəliş məhz Rus imperiyasının ölümdən əvvəl canlanma mərhələsidir və bu mərhələ qısa zaman kəsiyində də bitə bilər. Böyük ehtimalla Rusiya əsrimizin ikinci yarısına tamam fərqli bir coğrafiya ilə girəcək. Hər halda biz görməsək belə, əlli ildən sonra Rusiyada türk-müsəlman faktoru aparıcı faktora çevriləcək. Böyük Çöldə onlarla xırda türk dövlətlərinin yaranması təbii ki, həm Qərbin, həm də Çinin işinə yarayacaq. Bu dövlətlərin isə Qərbin təsir dairəsi altında olması və Çinin də müəyyən qədər bu dövlətlərə nüfuz etmək imkanları qaçınılmaz olacaq. Parçalanan Rusiyaının bu yeni dövlətlərə hansı səviyyədə təsir etməsi isə Rusiyaya yeni dünya düzənində ayrılan rola uyğun olacaq. 

Onu da xatırlatmaq yerinə düşər ki, Rusiyanın parçalanması üçün siyasi və iqtisadi şərtləri məhz Putin özü hazırlayıb. Çünki Putin silah və ordu gücünə Cənubi Oseytiyada, Abxaziyada, Dağlıq Qarabağda, Dnesryanıda və Donbasda separatizmi açıq şəkildə dəstəkləyir. Hətta vəziyyət o şəkildədir ki, bu bölgələrdə separatizmi məğlub etmək imkanları ortaya çıxdıqda, Putin həmin ərazilərə ordu yeridir və legitim hakimiyyətləri tankların altında əzir. Bunun müqabilində isə Putin Çeçenistanın azadlıq mücadiləsini «terrorizm» adlandırır və bütün imkanları ilə bu azadlıq mücadiləsini qan içində boğur. 

Putinin bu millətçi-şovinist siyasətinin Rusiya üçün acınacaqlı tərəfi isə odur ki, Rusiyada separatizmə meylli olan onlarla subyekti var və bu subyektlər ilk fürsətdə Rusiyadan ayrılmaq üçün bütün imkanları dəyərləndirəcəklər. Ən aktiv subyektlərin başında isə, Rusiyaının siyasi mirasçısına çevrilə biləcək Tatarıstan Respublikası var. Şimali Qafqaz isə hələ də Putinin yuxularını qarışdırmaqda davam edir.

Yəni faktiki olaraq Putin Rusiyanın parçalanması üçün bütün siyasi şərtləri özü formalaşdırıb və «xalqların həbsxanası» olaraq bilinən bir ölkənin bu şəkildə siyasət yürüməsi üçün dünya iqtisadiyyatını və siyasətini idarə etmək qüdrətinə malik olması gərəkir və artıq bu qüdrət Rusiyada olmadığına görə «Putin və Rusiya» Obamının təbirincə desək, «dünya təhlükəsizliynin bir nömrəli problemi»ndən başqa bir şey deyil.
Putin və ətrafı böyük ambisiyalarla çıxış edərkən bəlkə də Rus imperiyasının canvermə mərhələsində olduğunu tam olaraq anlamış deyildilər. Amma artıq anlamağa başlayıblar ki, onların bütün ambisiyaları Rusiyaya qarşı silaha çevrilir. 

Son zamanlar Rusiya rəsmilərinin açıqlamaları da göstərir ki, Kreml zamanın onların əlyehinə necə sürətlə işləməsinin fərqindədir. Hazırda Kreml bu zamanı durdurmaq üçün bütün imkanlarını səfərbər edib. Amma bu da bir faktdır ki, Putinin və Kremlin bu cəhdlərini qədim zamanlardan bəri bir çox imperiyalar edib. Lakin onların cəhdləri uğursuz olub. 

Bunu bariz nümunəsi olaraq Roma imperiyasını, Bizans imperiyasını, Osmanlı imperiyasını, Böyük Hun imperiyasını, Atillanın Avropanı da içinə alan Böyük Çöldə yaratdığı inanılmaz gücə sahib olan Hun imperiyasını, Göytürk imperiyasını, Monqol imperiyasını, Qızıl Ordanı, və Teymur imperiyasını göstərmək olar.  (Bu siyahını böyütmək də mümükündür). Amma bütün bu imperiyaların hamısı tarixə çevrilib. Onları restavrasiya etmək cəhdləri isə həmişə uğursuz olub. Növbəti tarixə çevrilməkdə olan imperiya isə Rus imperiyasıdır.

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar