Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlli ildən sonra Rusiya – Olacaqmı? II yazı


Rusiya ilə Qərb arasında geosiyasi savaş son və həlledici mərhələyə qədəm qoyub


II yazı


Putin Donbas "bataqlığında boğulur" 

Putin hələ Avstraliyada dünya liderlərinin tənələri ilə üz-üzə olarkən Ukrayna prezidenti Donbası faktiki olaraq iqtisadi blokadaya almaq üçün fərman verdi. Fərmana əsasən "DNR" və "LNR"-in nəzarəti altında olan ərazilərə pensiyaların, sosial lqotların verilməsi dayandırıldı, həmçinin həmin ərazilərdə bütün bank işləmləri durduruldu. Bu əslində Ukraynanın Donbasın bütün yükünü Rusiyanın üzərinə qoyması anlamına gəlirdi və təbii ki, fərmanın Putinin G20 zirvə toplaniısında olduğu zaman verilməsi heç də təsadüfi deyildi. Görünür ki, fərmanın məhz Putin Avstraliyada olarkən imzalanması Qərb liderləri ilə razılaşdırılmışdı və Qərb liderləri bir mənalı olaraq Brisbendə Putinin kefinə soğan doğramaq üçün bütün planlarını əvvəlcədən razılaşdırmışdılar.

Əslində bu fərmanla Putinin üzərinə Ukrayna ilə müharibə aparan Donbas vilayətini canlı qüvvə və hərbi sursatla təmin etməklə yanaşı, həmçinin Donbasın bütün sosial xərclərini təmin etmək qoyulurdu. Etiraf olunmalıdır ki, müharibə zonası olan və sosial-iqtisadi infrastrukturu məhv edilən 4 milyonluq bir vilayətin müharibə xərclərini daşımaqla yanaşı, sosial xərclərini də daşımaq Rusiya iqtisadiyyatını sadəcə olaraq çökdürə bilər. Putin bu xərci çəkməyə qadir deyil və Brisbendə verdiyi açıqlamalarında da, bu fərmanın onun üçün nə qədər problemli olduğunu fərmanı sərt dildə tənqid etməklə etiraf etmiş oldu. 

Yəni faktiki olaraq Putin artıq Donbasda boğulmağa başlayıb və Donbas müharibəsinin müəlliflərindən biri, rus diversantı İqor Qirkinin (Strelkov) də son günlər verdiyi müsahibələrində açıq etiraf etdiyi kimi Qərb və Ukrayna Donbasda parlaq strateji qələbə qazanıblar və Rusiyanın bu savaşı qazanması artıq mümkün deyil. Qirkinin bildirdiyinə görə, ilkin olaraq Putinin planı Krımda olduğu kimi, bütün Şərqi Ukraynanı ildırım sürəti ilə Rusiyaya birləşdirmək olub. Lakin Xarkov başda olmaqla bir çox rus dilli vilayətlər Putinə arxa çevirdiklərinə görə plan baş tutmayıb və nəticədə Putin Rusiyanı dağıtmaq üçün detenator rolunu oynaya biləcək bir savaşın içinə girib. Qirkinin də etiraf etdiyi kimi Putin bir ayın içində Şərqi Ukraynanın Kiyevə çatmasını planlasa da, bu baş vermədi və faktiki olaraq Putin Ukrayna savaşını strateji olaraq uduzdu. Atıq Donbas Putinin çiyinlərində daşınması mümkün olmayan yükə çevrilir.

Hazırda bu savaş Putinin 2000-ci ildən bəri əldə etdiyi hər hər şeyi dağıdır. Ən əsası isə Rusiya dünya birliyndən təcrid olunur və bu nəhəng nüvə dövlətinin mövqeyi beynəlxalq məsələlərin həllində artıq nəzərə alınmır. Əksinə beynəlxalq aləmdən təcrid olunan Rusiyanın mövqeyi birbaşa düşmən mövqe olaraq alqılanır. 

Bu üzdən Donbasda münaqişə davam etdikcə Putin və Rusiyanın itirdikləri Ukraynanın itkiləri ilə müqayisə belə oluna bilməz. Daha doğrusu Ukrayna üçün hazırki vəziyyət daha əlverişlidi. Çünki müharibə getdiyi şəraitdə Ukraynanın xərclərini faktiki olaraq Qərb çəkir və Ukrayna sürətlə Qərbin bir hissəsinə, daha doğrusu Qərbin Şərq sərhədinə çevrilir. Qərbdən fərqli olaraq isə, Rusiya infrastrukturu dağılmış, kömür şaxtaları doldurulmuş Donbasın xərclərini çəkə bilməz. Bunun üçün Rusiyanın resursları yoxdur. 

Neftin qiymətinin planlaşdırılmış bir şəkildə aşağı salındığı indiki şəraitdə Rusiya iqtisadiyyatı infrastrukturu dağılmamış Krımın yükünü belə çəkə bilmir. Ona görə də Donbas əhalisinin yalnız iki seçimi qalır. Ya onlar Rusiyaya qarşı üsyan edib işğalçıları Donbasdan özləri qovmalıdırlar, ya da aclıqdan, soyuqdan və arteleriya atəşi altında ölməlidirlər.  Yəni Rusiya hər nə qədər Donbas xalqının hüquqlarını müdafiə etdiyini bağırsa da, faktiki olaraq Donbasa gətirdiyi şey müharibə, xaos, aclıq, və ölümdür.

Kremldə bunu yaxşı anlayırlar və təbii olaraq başa düşürlər ki, hətta Donbasda belə zaman tam sürətlə Rusiyaya qarşı işləyir. Putin üçün ən əlverişlisi münaqişəni dondurmaq və "DNR" və "LNR"-i «de fakto» qoruyub saxlamaqdır. Ki, 20 ildən artıqdır ki, Rusiya Azərbaycan, Gürcüstan və Moldaviyada yaratdığı dondurulmuş münaqişələrdən kifayət qədər bəhrələnir. Lakin elə G20 zirvə toplantısında Putinə qarşı aqressivliyi ilə seçilən İngiltərəninin baş naziri Kemeron açıq mətnlə Putinə bildirdi ki, Qərb Avropada dondurulmuş münaqişəyə dözməyəcək və Putin buna ümid etməsin. Yəni bütün hallarda Putin Donbasda dondurulmuş münaqişə deyil, Rusiyanın bütün resurslarını, istər siyasi, istər iqtisadi, istər hərbi resurslarını tükədən və Rusiyanın özünün ərazi bütövlüyü üçün təhlükəyə çevrilən isti savaşa çevrilir.
 
Elə bu üzdən də Avstraliydan qayıtdıqdan sonra Putin durmadan Ukraynanın NATO-ya üzv olmayacağı barədə qarantiya istəyir. Əslində Putin yaxşı başa düşür ki, gec, ya tez, Ukrayna NATO-ya üzv olacaq. Bu Ukraynada keçirilən son seçkilərdə də aydınca göründü. Hazırda isə Putin öz sifətini qoruya bilmək üçün Qərbdən məhz bu qarantiyanı tələb edir. Sabah isə nəyin olacağı bəlli deyil. Bu gün əsas olan Rusiyanın və Putinin Ukraynadan simalarını qoruyaraq çıxmasıdır və həyati məsələdir.

Avropa Birliynə qarşı Avrasiya İqtisadi Birliyi "ölü doğulub"

Putinin və Kremlin uzun illərdir üzərində çalışdığı layihə Avropa Birliynə qarşı Avrasiya İqtisadi Birliyidir. Daha əvvəllər Gömrük Birliyi olaraq alqılanan bu layihə son zamanlar Putinin yüksələn imperiya ambisiyaları nəticəsində keçmiş SSRİ-nin bərpası olaraq görülən Avrasiya İqtisadi Birliyi olaraq ortaya çıxdı. Ukraynada baş verən inqilab isə bu layihəninin qarşısının alınması üçün Qərb tərəfindən reallaşdırılan və Putinin planlarını doğurdan iflasa sürükləyən bir inqilab olaraq bilinir. Qərbin Ukraynanı Rusiyanın əlindən birdəfəlik və bir mənalı olaraq alması isə, Putinin bu layihəsinin faktiki olaraq iflası oldu. Bu isə Ptini özündən çıxaran və onu Krıma və Donbasa girməyi məcbur edən əsas faktor oldu.

Əslində Avrasiya İqtisadi Birliyi Rusyianın Böyük Çölə nəzarəti tam olaraq ələ almaq cəhdidir. Daha doğrusu cəhdi idi. Rusiyanın sonsuz gücü məhz Uzaq Şərqdən Çin Səddinə, Himalay və Pamir dağlarından Orta Asiyaya, Qafqaz dağlarına, Ural dağlarından Ukrayna və Macarıstan çöllərinə qədər uzanan Böyük Çölə sahib olmasından doğur. Hazırda ən az məskunlaşan bu geniş coğrafiyada dünyanın əsas strateji xammal bazası yerləşir. Son mərhələsini yaşayan Böyük Geosiyasi Savaşda məhz bu coğrafiyaya nəzarəti ələ keçirmək üçün gedir. 

İkinci Dünya Savaşından sonra bu coğrafiyay nəzarəti tam olaraq ələ keçirən Rus imperiyası "Soyuq savaş"ın nəticələri üzərinə bu corafiyanın önəmli hissəsini qeyb etdi. Putinin və Kreml ideoloqlarının əsas planı isə Qərblə, xüsusən də Avropa Birliyi dövlətləri ilə münasibətlərin qoruyub saxlanma konteksində Böyük Çölün keçmiş SSRİ-nin sərhədlərinə daxil olan ərazilərini yenidən tam nəzarətə götürməkdi. Avrasiya İqtisadi Birliyi bir geosiyasi iqtisadi layihə olaraq məhz bu konteksdə düşünülürdü. Faktiki olaraq Avrasiya İqtisadi Birliyi Kremlin keçmiş SSRİ zamanındakı statusunu bərpa etmək, daha doğrusu ikiqütblü dünya düzənini bərpa etmək planından başqa bir şey deyil. Təbii ki, Putinin bu niyyəti Vaşinqtondan və Avropanın bir çox siyasi mərkəzlərindən gizli qalması imkansızdı. Putinin yenidən Rusiyanı superdövlətə çevirmək cəhdi varsa da, Qərbində Rusianı tamamilə məhv etmək planı çoxdan işləmə qoyulub. Bunu indi Kremlin təbliğat ruporları dayanmadan bağırırlar və özlərini təmizə çıxarmaq, daha doğrusu rus dilli məkanda antiRusiya meyllərinin qarşısını almağa cəhd edirlər. Amma bunu o qədər birtərəfli və o qədər özlərinin imperialist maraqları çərçivəsində edirlər ki, ortaya sadəcə iyrənc bir şey çıxır və rus KİV-ləri sadəcə Rusiyadan kənar olan rus dilli auditoriüanın mədəsini bulandırırlar.

Keçmiş SSRİ-nin Rusiyadan sonra ən böyük respublikası Ukranya olmadan Putinin öz planını həyata keçirməsi isə imkansızdır və ruspərəst Yanukoviçin Ukraynada hakimiyyətə gəlməsi ilə Kremldə bu planın uğurla həyata keçməsi üçün ciddi ümidlər yaratmışdı. Bu üzdən də Putin son 3 ildə istər Azərbaycanda daxil olmaqla Rusiyanın tam nəzarətindən uzaq olan MDB ölkələrinə təzyiqləri maksimum artırdı, istərsə də, Qərblə daha kəskin dillə danışmağa üstünlük verdi. Amma Qərbin Ukraynada həyata keçirdiyi son inqilab Putini demək olar ki, "mat" vəziyyətində qoydu. Bundan sonra isə, Kreml və Putin daha çox reflekslərlə qərar verməyə başladılar ki, bu da Rusiyanın Dünya Birliyndən təcrid olunması üçün qapı açdı.

Putinin Avrasiya İqtisadi Birliyi layihəsi isə faktiki olaraq hazırda iflas etmiş durumdadır. Çünki Rusiya, Qazaxıstan, Belarusiya və Ermənistanı birləşdirən bu geosiyasi iqtisadi birlik Rusiyaya geosiyasi, iqtisadi və siyasi olaraq heç bir dividend vermir. Ona görə ki, bu ərazilər onsuz da, əvvəldən Kremlin tam nəzarəti altında idi və bu ölkələrlə faktiki olaraq Rusiyanın heç bir siyasi, iqtisadi, geosiyasi problemi yoxdu. Yəni Rusiya bu əraziləri istədiyi kimi idarə edirdi. 

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın Ukraynada törətdikləri isə, bu ölkələri Rusiyadan daha da uzaqlaşdırdı. Nazarbayev və Lukaşenko özlərinə və idarə etdiklərə dövlətlərə qarşı açıq təhlükə hiss etdilər. Bu istər Qazaxıtan, istərsə də Belarus liderinin son açıqlamalarında da hiss olunmaqdadır. Ermənistanın tək məqsədi isə, Rusiyadan daha çox pul qoparmaqdır və ilk fürsətdə Ermənistan Rusiyaya arxa çevirəcək və hətta uzun illər boyu Rusiya ilə ittifaqa zorlandığını iddia edərək dəyən "maddi və mənəvi ziyana görə" Qərbdən siyasi və iqtisadi təzminat istəyəcək. 

Sanksiyaların tətbiq olunduğu şəraitdə isə Rusiya bazarı artıq Qazaxıstan və Belarus üçün maraqlı deyil və onlar üçün problemə çevrilir. Digər tərəfdən Belarus və Qazaxıstanın Rusiyanın Qərbə qarşı tətbiq etdiyi qadağlara qoşulmamsı bir daha Avropa Birliyindən fərqli olaraq Avrasiya İqtisadi Birliyində ümumi siyasi və iqtisadi maraqların olmadığını ortaya qoydu. Bu isə bir daha Putinin uzun illər boyu Avrasiya İqtisadi Birliyi adına «evcik-evcik» oynadığı anlamına gəldi. 

Avrasiya İqtisadi Birliyi əslində MDB kimi heç bir işə yaramayan və üzvlərə heç bir siyasi-iqtisadi dividend verməyən formal bir təşkilat olaraq görünür və bu elə belədir.

Avropadan təcrid olunmuş Rusiya iqtisadiyyatının isə uzun müddət davam gətirə biləcəyi heç də inandırıcı görünmür. Putinin Asiya və Latın Amerikası ölkələri ilə iqtisadi əlaqələr yaratmaq fikri isə, əslində blefdən başqa bir şey deyil. Çünki həmin ölkələr belə qabaqcıl texnologiynanı və keyfiyyətli malları məhz Qərbdən alırlar. Qlobal qarşıdurma olduğu zaman isə bu ölkələrin Rusiyaya qarşı olacağı heç kimdə şübhə doğurmamalıdır.

Nəzərə alınmalıdır ki, birinci "soyuq savaş" dönəmində Rusiyanın nəzarəti altında Avropanın yarısından çoxu, daha doğrusu indi şərti olaraq Qərb adlandırdığımız coğrafiyanın yarısı vardı və bu ölkələrin resursları da Rusiyanın tərəfində istifadə olunurdu. Amma buna baxmayraq Rusiya bu savaşı uduzdu. Daha doğrusu Qərb dəyərləri və Qərb iqtisadiyyatı rus kommunizmini darmadağın etdi.


Bu gün Rusiyanın ikinci "soyuq savaş"a girmək kimi bir lüksü belə yoxdur. Çünki Rusiya iqtisadiyyatı bu savaşa ancaq bir il dözə bilər və yuxarıda da qeyd olunduğu kimi Rusiyanın iqtisadi gücü ABŞAvropa Birliynin ümumi iqtisadi gücünün ancaq 1/20 səviyyəsindədir. İndiki texnoloji inkişaf şərtləri altında isə Rusianın Qərblə özü arasında dəmir pərdə endirməsi belə mümkün deyil. Tam izolyasiya Rusiyadakı inqilabi şəraiti daha da tezləşdirə bilər.

Ardı var… 

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar