Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Elkoponenin “işə saldığı” iş adamları - Onların taleyi necə olacaq?

Arzuman Əbülkərimov və Vəfa Muradzadə bu dəfə də prezidentin təbliğat kampaniyasına qoşulmaqla özlərini xilas etmək istəyirlər


Füzuli Məmmədovun Rəsul Quliyev və Hüseyn Abdullayevlə məxfi görüşünün faş olunması bəzi şəxsləri təhlükə altında qoyub.

Ötən yazımızda azərbaycan əsilli iş adamı Füzuli Məmmədovun (Frenk Alkapone) ölkəmizdə şübhə doğuran fəaliyyətinə dair məqalə dərc etmiş və həmin yazıda vurğulamışdıq ki, adı çəkilən şəşxsin əsasən seçki və ya gərgin ictimai-siyasi proseslər zamanı fəallaşması diqqəti çəkir. Yazıd qeyd olunan iddialar sözügedən iş adamı tərəfindən təkzib edilmədi. 

MilliYol xəbər verir ki, yerli mediada Füzuli Məmmədov barəsində daha bir iddia irəli sürüb. Medianın yazdığına görə, Füzuli Məmmədov Azərbaycanda özünüreklam aksiyasına başlamzdan öncə Azərbaycan Respublikası iqtidarına düşmən münasibət bəsləyən, xarici xüsusi xitmət orqanları ilə əlaqələri şübhə doğurmayan Rəsul Quliyev və Hüseyn Abdullayevlə məxfi görüş keçirib. Füzuli Məmmədovun da son vaxtlar səssizlik nümayş etdirməsinin, mediaya ayırdığı pulları kəsməsinin də səbəbi budur. AntiAzərbaycan şəxslərlə görüşləri meydana çıxan Füzuli Məmmədov köhnə taktikasına əl ataraq artıq ölkədən ayrılmağa çalışır. Belə çıxır ki, xairici kəşfiyyatın onun üzərindən gerçəkləşdirmək istədiyi layihə bu dəfə də iflasa uğradı.

Bəs elə isə Füzuli Məmmədovla Azəbraycanda işbiriliyində olmuş iş adamlarının, xüsusən də Arzuman Abulkərimovla Vəfa Muradzadənin taleyi necə olacaq? İqtidar düşərgəsində umduqlarını əldə edə bilməyən və girişdikləri şəxslərdən faydalana bilməyən, daha sonra diaspora fəaliyyəti adı altında bizneslərini genişləndirmək planları da uğursuzlulqa nəticələnmiş bu iki biznesmen son ümid yeri kimi Füuli Məmmədovun, dolayısı ilə onun bağlı olduğu çevrələri seçsələr də, bu addım da fiasko ilə sonuclanıb. 

Məlumatda bildirilir ki, Füzuli Məmmədova yaxın olan şəxslər hazırda təşviş içindədirlər. Çünki Füzuli Məmmədovun Rəsul Quliyev və Hüseyn Abdullayevlə məxfi görüşünün faş olunması həmin şəxsləri təhlükə altında qoyub. Füzuli Məmmədovun yaxın ətrafı ilə əlaqəli olan mənbə bildirib ki, yaranmış vəziyyətdən ən çox narahatçılıq yaşayanlar məhz Arzuman Abulkərimovla Vəfa Muradzadədir. Hər halda Füzuli Məmmədov həmişəki kimi bir şəkildə canını qurtaracaq. Ancaq bunu Arzuman Abulkərimovla Vəfa Muradzadə haqqında söyləmək çətindir və Füzuli Məmmədovla əlaqələri artıq onlar üçün bir çox yerlərdə qapıların bağlanması ilə nəticələnib.

Bəs bu iki yerli iş adamları nə edəcəklər? Mənbəmizin bildirdiyinə görə, Arzuman Abdulkərimov və Vəfa Muradzadə bu dəfə president seçkilərindən müdafiə qalxanı kimi faydalanmaq fikrinə düşüblər: Mənbə iddia edir ki,iİqtidar namizədinin seçkiqabağı təbliğat və təşviqat kampaniyasına yüngülvari pul xərcləmək və sonralar bundan istifadə edərək özlərini və bizneslərini qorumaq və yeni layihələr həyata keçirmək istəyirlər. Lakin hakim Yeni Azərbaycan Partiyasında onlara qapı açan və ianələrini qəbul edən olacaqmı? 

Arzuman Abulkərimovla Vəfa Muradzadə üçün bu gün bu sual hər şeydən çox maraq kəsb edir. Çünki YAP düşərgəsində Rəsul Quliyevə və Hüseyn Abdullayevə münasibət aydındır.

pia.az
Etiket:
loading...