Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın növbəti görüşü Fransada baş tutacaq
Bu haqda xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Almaniya xarici işlər naziri Frank Valter-Ştaynmayerlə keçirdiyi brifinqdə deyib.
"Fransa prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün təklif verib. Biz buna qarşı deyilik. Prezidentlərin növbəti görüşü Fransada olacaq"-nazir bildirib.
pia.az