Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı?


Müşviq Rəhimovun kürsüsü əldən gedir: Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı?


Şeyxülislam Hacı Allahşükür Paşazadənin Əlixan Zeynalovun BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinə rəis gətirilməsi üçün bəzi yüksək çinli məmurlardan xahiş etdiyi bildirilir.

Məşhur avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra mövqeləri kifayət qədər laxlayan BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşviq Rəhimov yaxın günlərdə vəzifəsi ilə vidalaşa bilər. Onun kürsüsündə oturmağa çalışan isə öz həmyerlisi, daha əvvəllər Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi olan, lakin çoxsaylı şikayətlərə görə bir neçə ay əvvəl Lənkərandan Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə rəis gətirilən Əlixan Zeynalovdur.

Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə hal-hazırda Müşviq Rəhimov Əlixan Zeynalov “təhlükəsini” zərərsizləşdirmək üçün bütün gücünü səfərbər edib. Lakin Müşviq Rəhimovun bunu bacara bilməsi çox çətin görünməkdədir. Çünki Rövşən Lənkəranskinin qohumu olan Müşviq Rəhimov məşhur avtoritetin Türkiyədə qətlindən sonra əsas dayağını itirməsi ilə yanaşı, şeyxülislam Hacı Allahşükür Paşazadənin də dəstəyini itirib. Hazırda şeyxülislamın Əlixan Zeynalovun BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinə rəis gətirilməsi üçün bəzi yüksək çinli məmurlardan xahiş etdiyi də bildirilir. 

Qeyd edək ki, Əlixan Zeynalovun ailəsi şeyxülislama çox yaxın hesab olunur. Əlixan Zeynalov Masallının tanınmış iş adamllarından olan, adı daha çox kriminal qalmaqallarda hallanan, Masallıdakı  «Viləş» otelinin sahibi, hamının Hacı Mazan olaraq tanıdığı Ramazan Zeynalovun qardaşıdır. Hacı Mazanın isə şeyxə çox yaxın bir iş adamı olduğunu bilməyən yoxdur. Mənbə bildirir ki, bir neçə ay əvvəl çox saylı şikayətlərə əsasən Lənkərandakı vəzifəsini itirən Əlixan Zeynalovun Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə rəis gətirilməsində də şeyxülilamın xahişi əsas rol oynayıb. 

Əlixan Zeynalovun cənub ğölgəsində həddindən artıq rüşvətxor bir məmur kimi tanındığını deyən mənbəmizin bildirdiyinə görə, Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə rəisi təkcə Müşviq Rəhimovun yerinə göz dikməyib. Əlixan Zeynalovun bir başqa hədəfi isə qardaşı oğlu, hazırda Sumqayıt  Şəhər Dövlət Yol Polisi şöbəsinin rəisi olan Bayram Zeynalovu YPX-nin Alay komandiri vəzifəsinə gətirməkdir. Təbii ki, qardaşı Hacı Mazanın və şeyxülislamın köməyi ilə. 

Bildirək ki, YPX-nin Alay komandiri Balakişi Əhmədov uzun illərdən bəri adıçəkilən postdadır və Müşviq Rəhimova çox yaxın adam hesab olunur. Balakişi Əhmədovun hazırda himayə baxımından güclü olması Əlixan Zeynalovu çətin duruma salsa da, Şirvan MERO-nun rəisi maksimum dərəcədə dirəniş göstərir və Əhmədovun işdən çıxarılmasına çalışır. Buna nail olub, olmayacağı isə hələlik məlum deyil.  

Məlumata görə, Əlixan Zeynalov bu istəyini həyata keçirmək xeyli müddətdir mətbuatın imkanlarından da yararlanır. Əlixan Zeynalovun hazırladığı kompromat materiallar mütəmadi olaraq qəzet və saytlarda tirajlanır. Şirvan MERO-nun rəisinin bu sifarişlərini isə mətbuatda tanışları olan Masallı sakinin həyata keçirdiyi qeyd olunur. 

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar