Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlisaab Orucov erməni məsələsindən və illər əvvəl çıxardığı ölüm hökmündən danışır

Azərbaycanın nisbətən orta yaşlı nəsli üçün Əlisaab Orucovun kim olduğunu ətraflı izah etməyə ehtiyac yoxdur


O, cəmi 34 yaşında Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini olub, heç 40 yaşına çatmamış 1985-ci ilin yanvarından Azərbaycanın o zamankı rəhbəri Kamran Bağırov tərəfindən respublikanın ədliyyə naziri vəzifəsinə təyin edilib.

Əlisaab Orucov müstəqil Azərbaycanın ilk ədliyyə naziri olub. Qarabağda ermənilərin təzəcə baş qaldırdığı vaxtlardan etibarən onu tez-tez düşmənin hücümlarına məruz qalan kəndlərdə görmək olurdu.

Ancaq  bu görkəmli dövlət xadiminin adına internetdə “Azadlıq” qəzetində bir neçə il əvvəl dərc edilmiş məqalə ilə həm də mənfi kontekstdə rast gəlirik. Həmin məqalədə deyilirdi ki, Ə.Orucov Ali Məhkəmənin üzvü (hakimi) kimi Heydər Əliyevin tapşırığı ilə Saşa Babayev və İzik Quliyev barəsində (ötən əsrin 70-ci illərində dövlət əmlakını xüsusilə külli miqdarda  mənimsəməkdə ittiham olunan “sexovşiklər” ) ölüm hökmü çıxarıb. (Həmin məqalə ilə ətraflı internetdə tanış olmaq mümkündür).

Doğrudur, bu yazılanlardan 5 il keçib, ancaq adının internet mənbələrində hələ də bu cür hallanması ilə keçmiş nazir, dövlət xadimi qətiyyən razılaşmır. Ona görə də o, virtualaz.org saytı vasitəsilə həm vaxtilə yaxından məşğul olduğu Qarabağ məsələsi, həm illər öncə çıxardığı həmin hökmün tarixçəsi haqda danışır, barəsində irəli sürülən iddialara cavab verir:

-Əlisaab müəllim, bildiniz kimi aprelin 2-də Qarabağda vəziyyət gərginləşdi, 4 gün əsl müharibə getdi. Vaxtilə Qarabağ məsələsi ilə yaxından məşğul olan şəxs kimi bu baş verənlər haqda nə deyərdiniz? Qarabağ məsələsinin həlli yolu nədədir, niyə bu məsələ belə uzandı?

-Aprelin 2-də ermənilərin növbəti dəfə atəşkəsi pozub Tərtər rayonunda dinc əhalini ağır silahlardan hədəf alması, mülki şəxsləri qətlə yetirməsi azərbaycanlıları yenidən öz doğma yurdlarından didərgin salmaq, işğal etdikləri əraziləri daha da artırmaq cəhdi idi. 20 ildən artıqdır elan olunmuş “atəşkəs” sazişinə bir gün də olsun əməl etməyən ermənilər, havadarlarının dəstəyi  və yardımı hesabına sülh danışıqlarına məhəl qoymur,  işğal etdikləri əraziləri qaytarmaqdan imtina edirlər.



Torpaqlarımızı işğaldan hərb yolu ilə azad etməliyik. Ermənilərin dünyada müdafiə olunmaları nəzərə alınsaydı, məsələnin həlli Birləşmiş Millətlər Təşkilatının (BMT), ATƏT, Avropa Şurasına, Minsk Qrupuna və s. bu kimi beynəlxalq təşkilatlara həvalə edilməzdi. Və bu məsələ respublikanın daxili işi olduğuna görə, özümüz bu məsələni həll etməli idik. Bu məsələnin respublikadan kənara çıxarıb üçümcü tərəfə - beynəlxalq təşkilatlara həvalə olunması ermənilərin xeyrinə xidmət edir.

Məsələnin həllinin uzanmasında Rusiya maraqlıdır. Bir dahi demişkən hansı məsələnin həllini uzatmaq istəyirsinizsə, onun baxılmasını komissiyalara həvalə edin. Necə ki, 20 yanvar və Xocalı faciələrinin, torpaqlarımızıın işğaldan azad olunması kimi məsələlərinin həlli komissiyalara və beynəlxalq təşkilatlara həvalə edildi. Halbuki, bu cinayətləri törədənlər bəllidir və onlar gec-tez öz cəzalarını alacaqlar.

BMT-dən başqa sadaladığım təşkilatların heç biri məsələnin həlli ilə bağlı məcburedici qərar və sanksiyalar qəbul etməyə səlahiyyətli deyillər, yalnız töfsivedici qərarlar qəbul etmək hüququna malikdirlər. Bu yolla da məsələ ədalətlə həll edilə bilməz və bunu ötən illərin təcrübəsi təsdiq etdi. BMT bizim “xeyrimizə” 4 qətnamə qəbul etməsini misal kimi çəkmək olar.



Həmin qətnamələr aldadıcı, bizi arxayın salan sənədlərdir. Uzun illərdən bəri  onların məcburi icrası ilə əlaqədar sanksiyalar tətbiq etmirlər və bundan sonra da etməyəcəklər. Onlar məsələyə ciddi yanaşsaydı, münaqişə çoxdan ədalətli həllini tapardı. Əksinə, BMT-nin qətnamələri ilə hesablaşmayan Ermənistan 1993-cü ildə işğalçı siyasətini davam etdirərək  respublikamızın daha 5 rayonunu da işğal etmişdi.

Məsələ “Qurani-Kərim”in “əl-Bəqərə” surəsinin 194-cü ayəsində Allahın buyurduğu qaydada öz həllini tapmalıdır: “Sizə təcavüz eləyənə, Sizə təcavüz elədiyi sayaq da təcavüz eləyin”. Bu halda Ermənistan birdəfəlik gözünü bizim torpaqlardan çəkər və yerində oturar. Odur ki, işğal altında olan bütün torpaqlarımız mərhələsiz və birdəfəlik geri alınmalıdır. Tutaq ki, danışıqlar yolu ilə birinci mərhələdə 7 rayondan bir neçəsinin qaytarılmasına razılıq əldə edildi,  bəs sonra? Mən sonraki mərhələdə Laçının, Kəlbəcərin və Dağlıq Qarabağın işğaldan danışıqlar yolu ilə azad olunmasını qeyri-mümkün hesab edirəm.

Bu gün bizi qələbəyə aparan qüdrətli ordumuz və imkanlarımız mövcuddur.

Ona görə də ermənilərin daim bizə qarşı törətdiyi qətliamlardan, hücumlardan müdafiə olunmaqdansa əks hücuma keçib torpaqlarımızı düşmənin işğalından tam azad etməliyik. Əgər Rusiya vəziyyətin alovlanmasında maraqlı deyilsə erməniləri dəstəkləməyə nəhayət son qoymalıdır.



-Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırıldı, Moskva danışıqların bərpa olunmasını istəyir. Ermənistanın danışıqlar masasına qayıdıb işğalçılıq siyasətindən əl çəkəcəyi nə dərəcədə ağlabatandır?

-Mən, Qarabağda gedən müharibənin ilk günündən demişəm, yenə də deyirəm: ermənilər heç vaxt danışıqlar yolu ilə bizə torpaq qaytaran deyillər. Yalnız hərb yolu ilə torpaqlarımızı tam və bütövlükdə işğaldan azad edə bilərik və bu haqda uzun illərdən bəri mətbuatda, televiziya və radio çıxışlarımda, kitablarda,  o cümlədən, 2011-ci ilin may ayında sonuncu çapdan çıxmış “Mübarizəmiz Qarabağdadır” adlı kitabımda bəhs etmişəm.

Xatırladıram ki, həmin kitabda 1988-92-ci illərdə Qarabağda gedən döyüşlər zamanı mənim ədliyyə naziri kimi fəaliyyətimdən daha çox, sıravi vətəndaş və əsgər kimi,  erməni təcavüzünə qarşı müharibənin fəal iştirakçısı kimi yaşadıqlarımdan bəhs olunur. Kitabda mən həmin hadisələrin canlı şahidi kimi erməni vandalizmini tam çılpaqlığı ilə ifşa etmişəm.  Eyni zamanda öz millətimizdən olan vəzifə hərislərinin torpaqlarımızın işğalına şərait yaradaraq zorla hakimiyyətə yiyələnmələrini tutarlı fatklarla oxucuya təqdim etməyə çalışmışam.  Kitab internetdə də yerləşdirilib.

- Yeri gəlmişkən internet mənbələrində Sizin sovet dövründə Ali Məhkəmənin hakimi işlədiyiniz dövrlərə aid səs-küylü materiala da rast gəlirik. Bu materialla tanışsınızmı?

-Həqiqətən internet resurslarında mənim sovet dövründə Ali Məhkəmənin hakimi olduğum dövrlərə aid məqalə var. Həmin məqalə ilə tanışam. Mən fürsətdən istifadə edib sırf böhtandan ibarət olan bu yazıya aydınlıq gətirmək istəyirəm.

AXC hakimiyyətinə aid faktların da yer aldığı “Mübarizəmiz Qarabağdadır” adlı kitabım çapdan çıxandan bir neçə gün sonra,  “Azadlıq” qəzetinin 2011-ci il 04 iyun tarixli sayında, kitabımda vətənə xəyanətdə  ittiham etdiyim torpaq dəllalları haqqımda böhtan xarakterli yazı dərc etdirdilər. Həmin yazının bir hissəsi qeyd etdiyim kimi internetdə var. Bu yolla onlar kitabımda barələrində yazılan həqiqətlərin üzərinə kölgə salmağa cəhd edirdilər.

- Orada deyilir ki, siz sifarişlə ölüm hökmü çıxarmısız. Bu cinayət işi haqda ətraflı danışa bilərsiniz?

- Məqalənin müəllifi Surxay Hüseynlinin nəzərinə çatdırıram ki, Saşa (əsl adı sənəddə İbrahimdir) Babayev və İzik (sənəddə əsl adı İskəndərdir) Quliyevin rəhbərlik etdikləri cinayətkar dəstənin məhkəmə məsuliyyətinə cəlb edilən üzvlərinin sayı 100 nəfərdən çox idi. Onların başçılıq etdikləri cinayətkar dəstənin üzvlərinin əksəriyyəti cinayətin baş verdiyi yerdə- Yüngül Sənaye Nazirliyinin Bakının  Bakıxanov qəsəbəsində yerləşən 6 saylı uşaq geyimi fabrikində işləyiblər.

Cinayət işinin istintaqını aparan SSRİ prokurorluğu cinayətin baş vermə səbəblərini və şəraiti nəzərə alıb,  fabrikin cinayətdə iştirak edən 400 nəfərdən artıq fəhləsinə, ustasına, mexanik və s. peşə sahiblərinə güzəşt edib, onların haqqında, hesab edirəm ki, tamamilə düzgün olaraq cinayət işinin icraatına xitam verilmişdi.

- Həmin cinayət işində Markaryan adlı erməninin də adı keçirdi?

-Cinayət işi çoxsaylı epizod və müqəssirlərdən  ibarət olduğuna görə təşkilatçıların işi də daxil olmaqla  cinayət işindən bir neçə nəfər haqqında bir necə cinayət işi ayrılıb, onlara ayrılıqda baxılıb. Bu cinayət işlərinin heç birində məqalədə adı hallanan Georgi Markaryan adlı erməni nə istintaqda, nə  məhkəmə prosesində dindirilməyib. Bu soyad tamamilə məqalə müəllifinin uydurmasıdır.

Azərbaycan SSR Ali Məhkəməsinin hakimləri bəhs etdiyimiz əsas cinayət işindən ayrılan işlərə ayrı-ayrılıqda baxıb və təqsirli bilinənlər barədə hökmlər çıxarıb. O cümlədən məqalədə adı çəkilən Ali Məhkəmənin hakimi  Firudin Hüseynov (məqalədə səhvən o, F.Hüseynov əvəzinə, O.Hüseynov yazılıb) cinayətkar dəstənin iştirakçılarından olan Rafiq Yunusov və digərlərinin cinayət işinə baxıb, R. Yunusov haqqında ölüm cəzası çıxarıb. Hökm icraya yönləndirilib.

-Doğrudur ki, İzik Quliyev və Saşa Babayevin işinə baxmaq Sizdən əvvəl F.Hüseynova təklif olunub, o da imtina edib?

-Məqalədə qeyd olunur ki, İ.Babayev və İ.Quliyevin təqsirləndirildikləri cinayət işinin baxılması, məndən əvvəl F.Hüseynova təklif olunmuşdu. Lakin iddia edilir ki, Ali Məhkəmənin sədri Abdulla İbrahimov ondan guya həmin şəxslərin hər ikisinə ölüm cəzası çıxarılmasını tələb etdiyinə görə Firudin Hüseynov bu işi icraatına götürüb baxmaqdan imtina etmişdi.

Məlumat üçün bildirirəm ki, əsas cinayət işindən ayrılmış işlərə ayrı-ayrılıqda baxılıb hökm çıxardıqdan sonra F.Hüseynov və yaxud həmin işlərə baxan digər hakimlər  işdə adı keçən İ.Babayev, İ. Quliyev və qeyrilərinin ittiham olunduqları eyni epizodlu cinayət işinə baxa bilməzdilər. Çünki qanun, yəni Cinayət-Prosessual Məcəlləsinin tələbləri buna imkan vermir.

Səbəbi ondan ibarətdir ki, F.Hüseynov artıq həmin işlərdən bir hissəsinə baxıb və çıxardığı ittiham hökmü ilə iş üzrə öz sözünü deyib. Odur ki, mənim sədrliyimlə baxılan cinayət işi baxılmaq üçün daha əvvəl ona təklif edilə bilməzdi. Yəni F.Hüseynova heç bu işə baxmaq təklif edilməyib ki, o da bundan imtina etsin. Hesab edirəm ki, F.Hüseynov məqalədə əksini tapan həmin sözlərin və fikirlərin müəllifi ola bilməz.



-Barəsində hökm çıxardığınız həmin adamların təqsiri nədən ibarət idi? Kifayət qədər sübutlar var idimi?

-Mənim sədrliyimlə keçirilən məhkəmədə  16 nəfər haqqında baxılan cinayət işində keçən, İ.Babayev, İ.Quliyev və Ə.Mirkişiyev cinayətin əsas təşkilatçılarından olduqlarına görə onların haqqında müstəsna cəza növü – ölüm cəzası təyin olundu. İ.Babayevin və İ.Quliyevin təqsirləri ondan ibarət olub ki, onların hər biri hüquq-mühafizə orqanlarında – Azərbaycan SSR Prokurorluğunun aparatında tutduqları mühüm vəzifələrinə görə (İ.Babayev istintaq idarəsinin rəisi, İ.Quliyev isə məhkəmələrdə qəbul olunan hökm və qətnamələrin (qərarların) qanuniliyinə nəzarət edən idarənin böyük prokuroru işləmişdilər) dövlətin maraq və mənafeyini qorumaq əvəzinə vəzifələrindən tamaq məqsədilə sui-istifadə edib 6 saylı uşaq geyimi fabrikində və Bakının ticarət şəbəkələrində çalışan yüzlərlə insanları cəlb etməklə, mütəşəkkil cinayətkar dəstələr təşkil ediblər, əmtəəsiz əməliyyatlar aparmaq yolu ilə dövlətin xüsusilə külli miqdarda 2 milyon 110 min rubl dəyərində əmlakını mənimsəyiblər, dövlətin o dövr üçün iqtisadi təməllərinə mühüm zərər vurublar.

Məlumat üçün bildirirəm ki, o dövrdə, bu məbləğdə dövlət əmlakının mənimsənilməsinə respublikanın məhkəmə təcrübəsində təsadüf edilməmişdi. O vaxtın qanununa görə, 10 min manatdan artıq dövlət əmlakının mənimsənilməsinə görə, cinayət məcəlləsində nəzərdə tutulan maddənin sanksiyasında azadlıqdan məhrum etmə və yaxud ölüm cəzası nəzərdə tutulurdu.  

Hökm məqalədə göstərildiyi kimi tapşırıqla yox, yuxarıda qeyd etdiyim kimi, iş üzrə toplanılmış çoxsaylı sübutlarla və Qanunun tələbi əsasında çıxarılmışdı. Hökm məhkum olunan şəxslər, onların vəkillərinin şikayətləri əsasında bütün instansiyalardan keçdikdən sonra qüvvədə qaldı və icra olundu.

Lakin, məqalədə müəllif bir tərəfdən qeyd edir ki, məhkumlar Ali Məhkəməyə, Ali Sovetə şikayət etmək hüququndan istifadə edə bilməmişdilər, digər tərəfdən isə müəllif qeyd edir ki, SSRİ Ali Məhkəməsinin sədri L.Smirnov hazırki iş üzrə yazdığı şikayəti geri götürəndən 4 saat sonra hökm icraayə yönəldilmişdi.

S.Hüseynlinin nəzərinə çatdırıram, Ali Məhkəmənin sədrinin, əsas olduqda, işdən yazdığı sənədin adı şikayət deyil, protest adlanır.

Müəllifin bu ziddiyətli fikirləri necə anlaşılsın?! Məhkumların və həmçinin onların vəkillərinin şikayətləri olmadan, cinayət işi SSRİ Ali Məhkəməsinə necə gedib çıxa bilərdi?! O ki qaldı adı məqalədə hallanan Oleq Temuşkinə, həmin şəxs əslən Bakının Sabunçu qəsəbəsindən olmaqla, İ.Babayevin ən yaxın dostu və tələbə yoldaşı olmuşdu.



 İ.Babayevin ölkənin hər yerində, xüsusilə Moskvada olan çoxlu dostları, o cümlədən Temuşkin hər vasitəyə əl ataraq ona  kömək etməyə çalışırdılar. Lakin məqsədlərinə müvəffəq olmamışdılar. Buna isə qanun imkan vermədi. Bütün instansiyalar, xüsusən də SSRİ Ali Məhkəməsi işdən protest vermədən məhkumlara rədd cavabları vermişdi.

-Bəs SSRİ prokurorluğunun həmin işin istintaqına rəhbərlik edən müstəntiq Çijovun vəzifəsindən azad edilməsinə nə səbəb oldu?

-Cinayət işinin istintaqına rəhbərlik edən SSRİ prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Çijov işin istintaqını aparan zaman yol verdiyi süründürməçiliyə görə vəzifəsindən azad olunmuşdu. Çünki o, iş üzrə istintaqı 5 ildən çox uzatmışdı və işə aidiyyatı olmayan çoxsaylı insanları şahid qismində istintaqa çağırıb dindirmişdi. Mən Çijovun barəsində tədbir görülməsi üçün SSRİ prokurorluğunun rəhbərliyinə məhkəmədə sədrliyimlə çıxarılan xüsusi qərardad göndərmişdim və həmin qərardad əsasında onu işdən azad etmişdilər.

-Əlisaab müəllim, sizin karyeranızın yüksəlişində həmin hökmün hansısa rolu olubmu? Bu haqda nə deyərdiniz?

-Məqalədə həmçinin göstərilir ki, adı hallanan cinayət işi üzrə ölüm cəzası təyin etdiyimə görə respublikanın hüquq-mühafizə orqanlarında mühüm vəzifələrə yiyələnmişəm. Bu da böhtandır.

Mən universitetin hüquq fakültəsini əyani bitirəndən sonra təyinatım Ədliyyə Nazirliyinə verilib. Hələ BDU-da təhsil alarkən sonuncu kursda mənə əmək hüququndan dərs keçən İbrahim İsmayılovun məsləhəti və köməyi ilə onun rəis işlədiyi əsas iş yerində - Ədliyyə Nazirliyinin məhkəmə orqanları İdarəsində məsləhətçi vəzifəsinə qəbul olundum. Onun müəllim kimi mənə qayğı, diqqət göstərməsinə səbəb universitetdə oxuduğum müddətdə dərsləri dərindən mənimsəməyim olmuşdu. Bu haqda S.Hüseynlinin məqaləsindən hələ çox qabaq kitabımda yazmışam.

Karyeramda yüksəlişimin səbəbiə gəldikdə isə məsləhətçi vazəfəsində bir müddət işlədikdən sonra İ.İsmayılov mənə dedi ki, “Əlisaab, Bakı şəhərinin Şaumyan (hazırki Xətai) rayonunda xalq hakimi vəzifəsi boşdur. Bu vəzifəyə sənin hakim göndərilməyin haqda nazirin qarşısında məsələ qaldırmışam. Bakı şəhər partiya komitəsinə gedib söhbətdən keçməlisən”.

Nəzərinizə çatdırım ki, o vaxtlar vəzifəyə təyin olunan şəxs öncədən partiya orqanlarında söhbətdən keçməli idi. Kommunist partiyasının üzvü olmadığımdan, bu məsələ baş tutmadı. O vaxtlar Ədliyyə Nazirliyinin başqa şöbəsində işləyən həmin F.Hüseynov Kommunist patiyasının üzvü olduğuna görə həmin vəzifəyə təqdim edildi və seçildi.



Mən isə yalnız partiya sıralarına qəbul edildikdən sonra , - onu da deyim ki, partiya sıralarına namizədliyimi irəli sürərkən mənə ilk zəmanət verən şəxs İ.İsmaylov olmuşdu, - 27 yaşında onun təqdimatı ilə (o zaman şəxs 25 yaşından xalq hakimi seçilə bilərdi) Kirovabad (Gəncə) şəhər xalq məhkəməsinin hakimi seçildim.

Bir neçə ildən sonra mən də, F.Hüseynov da Ali Məhkəmənin sədri A.İbrahimovun təqdimatı ilə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü (hakimi) təsdiq olunduq. O vaxt mənim 31 yaşım var idi.

F.Hüseynovla münasibətimiz həmişə yaxşı olub. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, hamı kimi, o da, mənim iş fəaliyyətimin və vəzifə irəlliləyişlərimin şahidi olub.

-Həmin işə baxmağı Sizə kim həvalə etdi?

-Ali Məhkəmənin hakimi işlədiyim vaxtlarda sözügedən cinayət işinin baxılmasını mənə Ali Məhkəmənin sədri, hamının “qanun adamı” kimi yaxşı tanıdığı Abdulla İbrahimov rəsmi dərkənarı ilə həvalə etmişdi. Məlumat üçün bildirirəm ki, Ali Məhkəmənin icraatında olan bütün mülki və cinayət işlərinin baxılması Ali Məhkəmənin sədri tərəfindən bu qaydada hakimlər arasında bölünürdü.  İşlərə baxılmasına, qərar qəbul edilməsinə vəzifəsindən asılı olmayaraq heç kim, o cümlədən A.İbrahimov istəsəydi belə, müdaxilə edə bilməzdi.

A.İbrahimov Ali Məhkəmənin sədri vəzifəsindən gedəndən sonra onun yerinə yeni təyin olunmuş keçmiş müəllimim İbrahim İsmayılov məni bu dəfə özünə müavin təyin etdirdi. Beləliklə, mən Ali Məhkəmənin sədr müavini oldum, iki ildən sonra isə birinci müavin təyin olundum.Ali Məhkəmədə 8 il işlədikdən sonra ədliyyə naziri vəzifəsinə təyin olundum.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar