Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlinazim Quliyev Cəlilabadda büdcə təşkilatlarına “divan tutur” – İdda

Cəlilabad Rayon Maliyyə İdarəsi rəisi Əlinazim Quliyev özünü icra başçısı kimi hiss edir


Onun rayondakı fəaliyyəti, davranışları, büdcə təşkilatları ilə iş prinsipi belə deməyə əsas verir.

Bildirilir ki, maliyyə rəisinin əməllərinə dair mətbuatda yer almış geniş informasiyalar, maxinasiya iddiaları nazirliyin də diqqətinə çatıb.

Bu xəbərlər portalımızda da ictimailəşdirilmişdi. O zaman maliyyə rəisi yaxın adamlarından birini elçi göndərərək məqaləsinin saytdan silinməsini xahiş etmişdi.Portal rəhbərliyi də xahişi yerə salmayaraq yazının yayımını dayandırmışdı. Ancaq bundan sonra arxayınlaşan Ə.Quliyev yersiz çıxışlar etməyə, danışmağa başlayıb.O, yaxın çevrəsində müştəbehlik və təkəbbürlülük göstərərək bildirib ki, mətbuat kimdir onun sözünü eşitməyə, arxasında nazir dayanır və s. ilaxır. Bu da maliyyə rəisinin yaxşılığa yamanlığı… Qanunsuz işlərinin mediada yayımını dayandır, sağ ol yerinə deyilənlərə bax.

İddia edilir ki, idarə rəisi Əlinazim Quliyev nazirlikdən gizli əməliyyatlar həyata keçirib.Ə.Quliyevin dosyesi nazirliyə təqdim olunub. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr S.Şərifova xəbər verilib.

Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.
Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə, o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.Bütun bunlara baxmayaraq, hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.Əlinazim Quliyevin ali təhsili yoxdur. Maliyyə idarəsinin müdiri pulun gücünə vəzifədə qalırmış. Hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?

Bu da azmış kimi, idarə rəisi bəzi KİV-lərdə şənninə tərifli yazılar yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir.

Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər.Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır.Çünki sonda vəsait Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən ayrılacaq. Elə buna görə də iş adamlarına Əlinazim Quliyevlə dil tapmaq məsləhət görülür.İdarə rəisi isə öz növbəsində, onun «şərt»lərinə əməl edən şirkətlərin tenderdə iştirakını təmin edir, digərlərini isə oyundan kənar vəziyyətdə saxlayır. Bunun səbəbi isə artıq bütün rayon sakinlərinə bəllidir.

İdarə rəisi bu yolla, yəni özünə yaxın müəssisələr vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatdan kənar xərclərə sərf etməklə məşğuldur. Məhz bunun nəticəsində rayon maliyyə idarəsinin rəisi bir xeyli var-dövlətə sahiblənib.Əlinazim Quliyevin dövlət büdcəsindən ayrılan vəsaitlərə şərik durduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən bəzi idarə və müəssisələrə verilən pullarda kəsir yaşanır.Çünki idarə rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürür. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər.

Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə anlaşaraq onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir.

Hər hansı bir idarə və müəssisə rəhbəri əlavə olaraq pul tələb edirsə, bəribaşdan maliyyə idarəsinin müdirinə onun 20 faizini verməlidir. (fia.az)

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar