Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elin Süleymanov Trampın açdığı iftar süfrəsində iştirak edib

Məlumata görə, ABŞ-dakı xristian rahiblərdən biri müsəlman icmasının etiraz aksiyasına dəstək vermək üçün iftarda iştirak edib


ABŞ Prezident Donald Tramp hakimiyyətdə olduğu bir il yarım ərzində müqəddəs Ramazan ayı münasibətilə ilk dəfə Ağ evdə iftar süfrəsi açıb.

Türkiyə KİV-ləri xəbər verir ki, iftarda əhalisinin çoxu müsəlman olan dövlətlərin ABŞ-dakı səfirləri və Vaşinqtondakı müsəlman icmalarının təmsilçiləri iştirak ediblər. 

Ağ ev iftarda iştirak edənlərin siyahısını açıqlamayıb. Ancaq jurnalistlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da daxil olmaqla Türkiyə, Səudiyyə Ərəbstanı, İordaniya, Misir, Bilərşmiş Ərəb Ərmirlikləri, Tunis, İraq, Qətər, Bəhreyn, Mərakeş, Əlcəzair və Liviyanın ABŞ-dakı səfirliklərinin mərasimə qatıldığını öyrənə biliblər.

İftara dəvət edilməyən müsəlman icmasının təmsilçiləri isə buna etiraz olaraq Ağ evin qarşısındakı Lafayette Parkda alternativ iftar süfrəsi açıblar, tədbir keçiriblər. Həmin mərasimə Amerka-İslam Əlaqələri Şurası və Şimali Amerika İslam İcmasının təmsilçiləri də qatılıb. İftardan əvvəl birlikdə namaz qılan 150-yə yaxın müsəlman birlikdə yemək yeyib.

Şimali Amerika İslam İcmasının rəhbəri Zahid Buxari bildirib ki, ABŞ-dakı milyonlarla müsəlmanın təmsilçilərinini Ağ evdə verilən iftara çağırılmaması Donald Trampın müsəlmanlara və İslama münasibtinə bir nümunədir: "Amerikanın əhəmiyyətli müsəlman liderləri bu tədbirə çağırılmırsa, deməli hədəf xoş məranlı deyil. Ancaq, ötən il atmadıqları addımı 17 aydan sonra atmalarına da şükür. Biz də bu yarımçıq mərasimi tamamlamaq üçün burada iftar süfrəsi açırıq”.

Bildirilib ki, son 20 ildə 2016-cı ilədək ABŞ prezidentləri Bil Klinton, kiçik Corc BuşBarak Obama adından hər il Ağ evdə iftar süfrəsi açılıb. 2017-ci ildə Donald Tramp bu ənənəni pozub və iftar verməyib. Onun bu hərəkəti isə ictimaiyyətdə etiraza səbəb olmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar