Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliməmməd Nuriyevin qəza anı - Video


Əliməmməd Nuriyevin vurulduğu an


Xəbər verdiyimiz kimi, ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb. 

“Pia.az” xəbər verir ki, azxeber.com-a qəzanın videogörüntüsünü əldə edib. Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin videoregistratoru tərəfindən lentə alınan görüntülərdə qəzanın baş vermə səbəbləri açıq-aşkar görünür. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobil “Azadlıq” meydanına çatarkən 4-cü zolaqdan 1-ci zolağa, yəni, sola dönmə əməliyyatı etməyə çalışır. Hansı ki, həmin yolda yalnız birinci və ikinci zolaqlardan sola dönməyə icazə verilir. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan «BMV» markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə “Pajero” markalı avtomobil aşır. Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib.. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb. Sözügedən görüntüləri təqdim edirik.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar