Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli qılınclı, kəfənli şəxs Təzə Pirə girdi… – Bakıda şok olay


Bu gün Təzə Pir məscidində cümə namazı zamanı kütləvi dava olub


Cümə namazında iştirak edən şəxslərin BakuPost.az-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq, axundun xütbəsini kəsmək istəməsi olub. 

Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar.

Onun linç edilməsi kütləvi davaya səbəb olub. Hadisəyə hüquq-mühafizə orqanlarının işçiləri qarışıb. Polis ağzı-burnu qan içində olan Yaşarı hadisə yerindən uzaqlaşdırıb və bölməyə aparıb.

Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar