Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimliyə çalışan məmur kim olub?

“Təssüf ki, bəzi media vasitələri saytımızda gedən yazını düzgün interpretasiya edə bilməyiblər. Bizim yazıda söhbət 2003-cü ilə qədər Prezident Aparatında çalışan məmurlardan gedir. Məsələn, Eldar Namazovdan”


PİA.AZ xəbər verir ki, bu bəyanatı Avropa.info saytının rəhbəri Ruslan Bəşirli saytın 15 avqust nömrəsində dərc olunmuş “Əli Kərimlini Prezident Adminstrasiyasında kimlər maliyyələşdirib” başlıqlı yazıya münasibət bildirərkən deyib. Bəşirli bildirib ki, bəzi saytlar bu yazını təhrif etməyə cəhd göstəriblər.

Azərbaycan Xalq Cabhəsinin şinelindən çıxmış keçmiş siyasətçi, mövcud bloger Əli Kərimli vaxtilə cidd-cəhdlə Azərbaycan hakimiyyətinə xidmət etmişdir. Rəhmətlik Heydər Əliyevin dönəmində Əli Kərimli Elçibəy ideallarına deyil, indiki hakimiyyətin möhkəmləndirilməsi yolunda böyük fədakarlıq göstərmişdir.

Və o zaman, Prezident Administrasiyasınının keçmiş məmurları Əli Kərimliyə dəstək verirdi. Məsələn, Eldar Namazov. Keçmiş cəbhə liderlərinin, məsələn Fazil Qəzənfroğlunun xatirələri buna dəlalət edir. Həm də, Kərimlinin hakimiyyətlə sövdələşməsi və yaxından əməkdaşlığı gözümüzün önündə idi. Axı o zaman, mən cəbhəçi gənclərin lideri idim. Hakimiyyət tərəfindən, Prezident Administrasiyası tarafindən dəstək tapması söylədikdə, mən məhz bunu nəzərdə tuturdum.

Düzdür, sonradan 2003-cü ildə, Əli Kərimli Heydər Əliyev yoluna da xəyanət edərək, bəzi xarici qüvvələrlə birləşib Azərbaycanda böyük destabilizasiya planlarına imza atmış oldu. Və onun bu dağıdıcı missiyasına bəzi iqtidara yaxın qüvvələr dəstək verirdi. Mən, Prezident Administrasiyasının bugünkü əməkdaşlarını nəzərdə tutmamışam. Çünki onların hər biri dövlətçiliyimizə sadiqdilər. Söhbət keçmiş əməkdaşlardan və bu gün iqtidara yaxın qüvvələrdən gedir. Təəssüf edirəm ki, bəzi həmkarlarım bunu düzgün interpretasiya etməyiblər.”

Xatırladaq ki, Avropa.info-nun 15 avqust sayında AXCP sədri Əli Kərimlinin keçmiş MTN və Prezident Aparatının keçmiş bəzi məmurları tərəfindən maliyyələşdirilməsi ilə bağlı yazı dərc olunub.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar