Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlinin şöbə müdirini vəzifəsindən azad etməsinin sirri


Rafiq Daşdəmirlini bitirən məktubda nə yazılıbmış?


AXCP sədri Əli Kərimli partiyanın təşkilat şöbəsinin sədri Rafiq Daşdəmirlini vəzifəsindən azad edib. 

Əvəzində bu posta qurumun Səbayel şöbəsinin sədri Saqif Qurbanov gətirilib. R.Daşdəmirlinin çıxarılmamışdan 4 gün öncə istefa ərizəsi yazdığı deyilir.

Sabiq şöbə müdirinin istefa ərizəsi yazması, 4 gün istefasının gizli saxlanılması suallar doğurmaya bilməz. AXCP daxilindən R.Daşdəmirlinin vəzifəsindən azad edilməsi ilə bağlı “Yeni Müsavat”a məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbə R.Daşdəmirlinin istefa ərizəsi yazması ilə bağlı xəbəri yalanlayıb. 

Məlumatda qeyd olunur ki, o, Əli Kərimli tərəfindən məcburi şəkildə istefa verməyə məcbur edilib. Buna səbəb kimi də son günlərdə R.Daşdəmirli ilə bağlı AXCP-dən çıxarılan şəxslərin səsləndirdiyi fikirlər göstərilir. Mənbə onu da bildirdi ki, Əli Kərimli sabiq şöbə müdirindən facebookda admini olduğu partiyanın rayon təşkilatı sədrlərindən ibarət qrupu təhvil verməyi tələb edib. 

Bu da AXCP rəhbərliyinin ona qarşı olan inamsızlığı ilə əlaqələndirilir. Mənbənin verdiyi məlumatlardan biri də R.Daşdəmirlinin yerinə gətirilən Saqif Qurbanovla bağlıdır. O, Həsən Kərimovun yaxın adamlarından biridir. Bu yolla artıq partiya rəhbərliyində olan narazı şəxslərin təmizlənməsinə start verildiyi bildirilir. Qarşıdakı günlərdə də bir sıra şəxslərin “təmizləmə siyasəti”nin qurbanına çevriləcəkləri gözlənilir.

 

İki ay öncə AXCP-dən bu şəkildə çıxarılan Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu  “Yeni Müsavat”a açıqlamasında R.Daşdəmirlinin başına gətirilənlər barədə bəzi fikirlər səsləndirdi: “AXCP-də təşkilat sədrlərdən ibarət gizli qrup var. Rafiq Daşdəmirli bu qrupun admini idi. Onun barəsində söz-söhbətlər çıxandan, mən onlar haqqında bəzi fikirlər deyəndən sonra Əli Kərimli Rafiqi çağırıb. Deyib ki, qrup üzvlərindən üzr istə və qrupu tərk et. O da qrup üzvləri ilə sağollaşıb və onların sırasını tərk etdiyini bildirib. Əli Kərimli deyib ki, sənin yerinə adam tapmayınca, istefa xəbərini açıqlama. O da söz verib ki, bu barədə danışmayacaq, sakitcə partiyanı tərk edəcək. Üç gün axtarışlardan sonra Səbayel şöbəsinin sədri Saqifi tapıblar. Rafiq öz ərizəsi ilə partiyadan çıxmayıb”.

Sabiq şöbə müdiri R.Daşdəmirlinin çıxarılması səbəblərindən də danışdı: “Partiya üzvü olduğum vaxtların bir günündə Rafiq və Arzuman Məcidli məni görüşə çağırdılar. Arzuman və Rafiq mənə bir məktub verdilər. Dedilər ki, bu məktubu ”Milliyyətim" qəzetində işıqlandır. Məktubu qəzetin redaktoru Sərdar Əlibəyliyə verdim. Onun özü də məktubun mənə verildiyi anı görüb. Məktubda gənclərin Əli bəyə müraciəti var idi. Müraciətdə deyilirdi ki, Həsən Kərimov və Gözəl Bayramlı gəncləri sıxır, bunlar vəzifələrindən uzaqlaşdırılsın. Təxminən bir həftə öncə bu məktubu Sərdar Əlibəyli Həsən Kərimova verib. Həsən bəy məktuba baxan kimi deyib ki, bu Rafiqin xəttidir. Ondan sonra məktubu  Əli bəyə verib. Rafiqin məsələsi bundan sonra ortaya çıxıb. Nə qədər inandırmağa çalışsa da, mümkün olmayıb. Rafiq Əli bəyə deyib ki, onda Ağaşirinin sizin barədə dedikləri həqiqətdir. Kərimli bildirib ki, onu özüm bilərəm. Rafiq bu məsələlərdən sonra istefaya getməyə məcbur olub".

Mövzuda adı keçən “Milliyyətim” qəzetinin redaktoru Sərdar Əlibəylinin də mövqeyini aldıq. O, deyilənləri təsdiq edərək, Əli Kərimliyə müraciət formasında olan məktubun ona verildiyini bildirdi: “Bunu gözlərimlə görmüşəm. Siyasi arenada min cür belə oyunlardan çıxırlar. Ona görə də məktubu dərc etdim. İbrət dərsi götürmələri üçün. Məktubda Əli Kərimliyə Həsən Kərimov və Gözəl Bayramlıdan şikayət var idi. Partiyada insanlar azad fikirlərini deməlidirlər. Yoxsa bu cür problemlər çıxır. Həmin məktubun kim tərəfindən yazıldığı mənə məlumdur”.

Rafiq Daşdəmirlinin məsələyə münasibətini öyrənməyə çalışsaq da, mümkün olmadı. 
Qeyd edək ki, AXCP-də problemlər bununla bitmir. Hər keçən gün partiya fəallarının ya qurumdan xaric olunduğunun, ya da istefa verdiklərinin şahidi oluruq. İyulun 18-də hazırda Avropa ölkələrinin birində mühacir həyatı yaşayan keçmiş siyasi məhbus Rəsul Mürsəlov istefa verib. O, bununla bağlı sosial şəbəkələrdə status paylaşıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar