Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlinin ən yaxın adamı ona qarşı çıxdı


AXCP sədrinin bir nömrəli cangüdəni Kərim Mehdiyev sensasion faktlar açıqladı


AXCP sədri Əli Kərimli Avropa.info xəbər portalında dərc olunan yazılardan sonra özünün ifşa olunmasından narahatçılıq keçirərək videomüraciət yayıb. 

Bu müraciət yayıldıqdan dərhal sonra Əli Kərimlinin mühafizə xidmətinin sabiq rəisi, AXCP Ali Məclisinin üzvü Kərim Mehdiyev Avropa.info-ya müraciət edib.

Kərim Mehdiyev vaxtilə Əli Kərimli ilə çox yaxın olmuş bir şəxs kimi bəzi məsələlərə aydınlıq gətirilməsini özünə borc bildiyini qeyd edib. K.Mehdiyev qeyri-obyektiv görsənməmək üçün elə Əli Kərimlinin öz videomüraciətində sadaladığı “faktlar”a istinad edib.

Kərim Mehdiyev yazır:

“İlk növbədə qeyd edim ki, yazılanlar fərd kimi təkcə mənə aid deyil, bu Əli Kərimli tərəfindən aldadılmış, lakin satqınçılıq damğası ilə üzləşməkdən narahatçılıq keçirən yüzlərlə cəbhəçinin mövqeyidir.



AXCP sədri elə rəy yaratmaq istəyir ki, partiya daxilində hər şey idealdır və hamı onun nağıllarına uyub bu gün-sabah hakimiyyətə gələrək vəzifə alacağı xəyalı ilə yaşayır”.

Kərim Mehdiyev daha sonra fikirlərinə belə davam edir:

Amma elə olsaydı, Əli Kərimlinin dələduzluğunu anlayan ən yaxın silahdaşları – Kərim Mehdiyev, Şahin Həsənli, Rövşən Quliyev, Fuad Mustafayev, Əbülfəz Qurbanlı, Kamil Vəli Nərimanoğlu, Sahib Kərimli və digərləri onun ətrafından uzaqlaşmazdılar və bu gündə AXCP-nin aparıcı simalarından biri olardılar. Diqqət edin insanlar ideya uğrunda mübarizə apararaq həbsxanaya düşür, övladları, valideyinləri ilə ünsiyyətdən mərhum olur, həyatının ən sevincli anı olan nikah mərasimini zindanda rəsmiləşdirir, Əli Kərimli isə vicdan əzabı çəkmədən belə övladlarının təhsili üçün xərclədiyi vəsaitin hesabatını xalqa verir.

Nə isə, qayıdaq Əli Kərimlinin videomüraciətinə. Xərclədiyi pul vəsaitləri ilə bağlı cəbhəçilər arasında gəzən şaiyələrin ictimailəşməsi ona o qədər yer etmişdir ki, həmin hadisədən 2 gün keçdikdən sonra dözməyərək öz əqidə yoldaşlarına yeni nağıllar uydurmağa başlamışdır. Diqqət edin, bu insan özünü təmizə çıxarmaq üçün hansı vasitələrdən istifadə edir. Birinci, korrupsiyaya uğramış hakimiyyəti tənqid edirmiş kimi hədəfi özündən uzaqlaşdırmağa çalışır, sonra isə diqqət yetirin – özünü müdafiə üçün ailə üzvlərini önə çəkir. Gah həyat yoldaşının evini sataraq əldə etdiyi pulu oğlunun təhsilinə yönəltdiyini, gah oğlunun yüksək məvacib alaraq bacısının təhsilinə kömək etdiyini, gah da qızının yay tətilində işləyərək ailsənə maddi yardımlar göstərdiyini bildirir.

Əli bəyi qınayası deyil, bu instinktiv (yəni insanın özündən asılı olmayan, şüuraltı surətdə həyata keçən) müdafiə mexanizmidir və psixologiya elmində onun adı rasionalizasiyadır. Psixologiya elmindən az-çox anlayışı olan hər bir şəxs Əli Kərimlinin çıxışının özünümüdafiə mexanizminin elementi olduğunu təsdiqləyə bilər. Yəni loru dildə desək – “qara məni basınca mən qaranı basım” və ya “ən yaxşı müdafiə hücumdur”.

Əli bəy, uşaqlarınızın təhsili ilə bağlı o qədər saxta faktlar sadalamaqdansa elə birdəfəlik deyərdiniz ki, hamı oğurlayır, mən də oğurlayıram. Yoxsa həyat yoldaşımın Ayaz Mütəllibov dövrü gənc mütəxəssis kimi aldığı evi satıb oğlumun təhsilinə xərcləmişəm nağılına yalnız siz və ətrafınızdakılardan başqa heç kim inanmır. Tutaq ki, gənc mütəxəssis kimi həyat yoldaşınıza Ayaz Mütəllibov dövrü 1 otaqlı, lap olsun 2 otaqlı ev veriblər və siz həmin köhnə mənzili 80 min manata satmısınız. Biz yox, özünüz deyirsiz ki, oğlunuz Bristol Universitetinin “Hüquq” fakültəsini bitirib. Google-da axtarış versək həmin ali məktəbin siz dediyiniz fakültəsində 1 illik təhsil haqqının 30 min funt sterlinqdən aşağı olmadığını görərik. Yəni 5 ilə 150 min funt sterlinq (330 min manat) + 5 il ərzində minimum 42 min funt (92 min manat) dəyərində kirayə və yemək xərclərini. Bu yalnız Londonda bir uşağın üzdə görsənən xərcləridir. Hər iki uşağın Bakıdakı təhsil haqlarını və Britaniyadakı xərclərini əlavə etsək görsənən xərclər 1 milyon manatı keçəcək (gizli məsrəfləri də nəzərə alsaq, xərclər 2 milyon manatı ötür).

Kərim Mehdiyev AXCP sədrinin Avropa Məhkəməsindən əldə etdiyi maliyyə ilə bağlı dediklərinə diqqət çəkir:

“İndi baxaq sizin səsləndirdiyiniz rəqəmlərə. Avropa Məhkəməsindən əldə etdiyiniz 46 min avronu (siz dediyiniz kimi 100 min manat) da satdığınız mənzilin pulunun üstünə gəlsək 180 min manat edir. Deputat olduğunuz 1995-2005-ci illər ərzində, özünüz dediyiniz kimi aldığınız yüksək əmək haqqı ilə, hətta yeməyib-işməsəniz də belə yerdə qalan 1 milyondan artıq vəsaiti ödəmək mümkün deyildi.

Yeri gəlmişkən, özünüz-özünüzü təhrif edirsiniz. Gah deyirsiniz qızım 1-ci kursda oxuyur, gah da deyirsiz onun tələbə yoldaşlarının çətin tədris ilindən sonra istirahət etməsinə baxmayaraq o, tələbə vizası ilə işləyir. Hələ 1-ci kursa daxil olan insanın tələbə yoldaşlarının olmasını və çətin tədris ilindən yorulmasını sizdən eşidirik. Yəqin belə demək istəmisiniz: “Qızım 4 illik təhsili başa vurub və hazırda magistraturanın 1-ci kursundadır”. Belə demək əlverişli deyil axı, çünki bu o deməkdir ki, cəbhəçiləri tilsimləyərək, onların hesabına qazandığınız əlavə 70-80 min funt sterlinq də (200-220 min manat) ortaya çıxacaqdır.

Yaxşı, bütün cəbhəçilər sizin öz mənzilinizi sataraq, Avropa məhkəməsindən aldığınız pullar və deputat maaşı ilə övladınızı oxutdurduğuna inandı. Bəs bu qədər imkanınız ola-ola sizə maddi kömək üçün müraciət edən onlarla cəbhəçini “pul yoxdur” deyərək əli boş yola salmağınızdan utanmırsınızmı? İndi də etiraf edirsiniz ki, heç demə pul varıymış, amma əqidə yoldaşlarım üçün deyilmiş. Elə çıxır ki, öz dediyiniz kimi sizə maddi köməklik göstərən əqidə yoldaşlarınız özünüzdən daha mənəviyyatlı və dürüstimişlər. Onlar sizə köməklik göstərir, amma hakimiyyət tərəfindən şərlənərək zindanlara atılan onlarla cəbhəçi, onların körpə balaları üçün “pul yoxdur” deyərək yola verirsiniz.

Özünüz dediyiniz səxavətli əqidə yoldaşlarınızla və dostlarınızla bağlı “AXCP-nin “Yurd” həqiqətləri” kitabında hələ 2003-cü ildə görün nə yazılır.



Yeri gəlmişkən, cəbhəçilərin pullarını oğurlamaq sizə və yaxın ətrafınıza xas olan bir ənənə olduğunu elə həmin “Yurd həqiqətləri”ndən oxuya bilərik. Görün zaman keçdikcə siz necə də dəyişməmisiniz, Əli bəy. Elə həmin dələduz və fırıldaqçısınız. Sadəcə dəyişən ətrafınızdakı insanlar olub və bu səbəbdən yeni gələnlər köhnə xislətinizdən bixəbər olduqları üçün sizə inanıb və öz xəyallarının tərəfinizdən zorlanmasına qeyri-ixtiyari olaraq razılıq veriblər.



Və yaxud görün 2000-ci ildə AXC-AXCP-nin vəsaitləri və əmlaklarından Əli Kərimlinin nəzarətsiz və şəxsi məqsədləri üçün istifadə etməsini araşdıran xüsusi komissiyanın qərarının 6-cı bəndində nə deyilir:



Necə olur ki, 1995 və 2000-ci il parlament seçkilərində Milli Məclisə düşə bildiniz, amma sonrakı dövrlər yox. Bəli, özünüz dediyiniz kimi hakimiyyət mandatınızı oğurladı və buna görə Avropa Məhkəməsinə müraciət etdiniz. Sual olunur, bəs əvvəl niyə oğurlamırdı?”.
K.Mehdiyev 2000-ci illərdə Türkiyədə Yavuz Bülent Bakiler tərəfindən hazırlanmış “E.Elçibey” dərgisində bu suala aydınlıq gətirən məlumatları heç bir şərh vermədən diqqətə çatdırıb:



“Öz videomüsahibənizdə 1993-cü ildə sizə verilmiş 3 otaqlı evdən danışırsınız. Baxın görün tarix bu barədə nə deyir. Heç bir şərh vermədən həmin mənzil və 1994-cü il 10 sentyabr mitinqində sizin polis tərəfindən saxlanılmağınızla bağlı “Yurd həqiqətləri”ni diqqətinizə çatdırıram.



Əli bəy, yekunda bir sual. Deyirsiniz oğlunuz ali məktəbi bitirib və hazırda işləyir. Özünü müxalifət lideri adlandıran və korrupsioner hakimiyyətdən fərqli olaraq xalqa nümunə göstərən bir şəxsin övladı hərbi xidmətə gedibmi? Əgər getməyibsə, onun xidmətdən yayınmasını daim sizi əzən və hüquqlarınızı tapdalayan yırtıcı hakimiyyətlə necə razılaşdırmısınız?”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar