Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlidən ayrılan cəbhəçilər ümumrespublika müşavirəsi keçirdi


Dünən AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) konfransı keçirilmiş rayon şöbələri sədrlərinin və Ali Məclis üzvlərinin iştirakı ilə geniş müşavirə keçirib


 Müşavirədə 44 rayon şöbəsi iştirak edib. Yığıncaqda etimad qurultayına hazırlıq məsələləri və qarşıya qoyulan vəzifələr müzakirə edilib.

Bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, müşavirəni giriş sözü ilə AXCP EQTK-nın üzvü Rafiq Daşdəmirli açıb. Daha sonra AXCP EQTK-nın sədri Razi Nurullayev çıxış edib.

R. Nurullayev partiyanın gələcək siyasi fəaliyyət istiqamətlərindən danışaraq, AXCP-nin real və həqiqi müxalifət yaratmaq uğrunda mübarizəyə başladığını bəyan edib.

Razi Nurullayev AXCP EQTK-nin oktyabrın 18-də keçiriləcək qurultayından danışıb və bununla Azərbaycanda yeni siyasi proseslərin əsasının qoyulacağını deyib: “18 oktyabrda Azərbaycanın Müstəqillik Aktının qəbul olunduğu gündə AXCP-nin qurultayı olacaq. Biz sizlərlə birlikdə söz vermişik, inanmışıq və inanırıq ki, ayın 18-də Azərbaycanda yeni, saf bir siyasətin əsasını qoyacağıq. Möhtəşəm bir qurultay keçirəcəyik və bu qurultayımız təşkilatb bacarığına və eyni zamanda demokratik yanaşmasına görə ilk olacaq. Bu ilk digər siyasi partiyalar və siyasətçilər üçün də, eyni zamanda Yeni Azərbaycan Partiyası üçün də bir nümunə yaradacaq. Elə bir nümünə ki, baxıb görsünlər ki, demokratiya, şəffaflıq necə olur və necə idarə edilir. Qurultayda AXCP-nin proqramları qəbul olunacaq.

Qarabağ məsələsinə də toxunan sədr vurğulayıb ki, torpaq üzərində heç bir siyasət qurula bilməz, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, AXCP olaraq biz hər zaman bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

AXCP Elçibəy ideyalarının gerçəkləşməsi uğrunda hər zaman öz siyasətini həyata keçirəcək” deyən R.Nurullayev onu da qeyd edib ki, Bütöv Azərbaycançılıq, milli məfkurə AXCP-nin əsas prinsiplərindəndir.

Qurultayla bağlı tövsiyələrini açıqlayan Razi Nurullayev, AXCP adından heç bir halda imtina edilməyəcəyini bildirib.

Sonra AXCP EQTK üzvləri, rayon şöbə sədrləri, Ali Məclis üzvləri çıxış edərək AXCP-də baş verənləri qiymətləndirib, Əli Kərimlinin partiyada yaratdığı avtoritarizmə etiraz olaraq bundan sonrakı fəaliyyətlərini AXCP EQTK-də aparacaqlarını bildiriblər.

Müşavirənin sonunda Razi Nurullayev iştirakçılarını suallarını cavablandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar