Xəbər xətti

24 YANVAR

13:31 “Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır” - Komitə sədri

13:29 Sürüşmə ilə bağlı Səbail RİH-də Xüsusı Qərargah yaradıldı

13:27 Jurnalist Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək

13:23 Xəbərdarlıq: Hava kəskin pisləşəcək, qar yağacaq

13:19 İlham Əliyev Şevçoviçlə TANAP-ı müzakirə edib

13:15 Əbüdfəz Məlikov xaricdəki pullarını qarantiya altına alıb?

13:11 2017-ci ilin dəhşətli yol qəzası statistikası: 750 ölü, 1719 yaralı

13:07 Varisin yeni kitabı çıxdı

13:03 Kobra yolu kəsdi, tıxac yarandı - Video

12:59 Təhsil Nazirliyi yeni təklif hazırladı - Summativlərin ləğvi ilə bağlı

12:56 Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi

12:52 Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist şəhid qızı idi

12:48 Avropa Birliyi 8 vergi cənnətini “qara siyahı”dan çıxardı

12:44 Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

12:42 Bir ton xəstə at əti tutuldu - Bakıda satılacaqdı

12:40 Elvin Məmişzadə: “Mənə qarşı edilənləri açıqlasam, aləm bir-birinə dəyər”

12:36 “Sürücülərlə mübahisə etməyin” - Nazirdən yol polislərinə xəbərdarlıq

12:32 “Roma” heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

12:30 Azərbaycandakı Rusiya dövlət bankı kapitalını rekord həcmdə artırır

12:28 Fazil Məmmədovun yaxınları istintaqa cəlb olunub - Həbs oluna bilərlər

12:24 Ötən il Azərbaycanda 3424 uşaq zorakılıqla üzləşib

12:22 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

12:18 Əməkdar artistin boşanan oğlu: “5 dəfə evlənə bilərəm”

12:17 “Bugünkü gənclik kommunikasiyadan asılıdır” - Psixoloq

12:14 Kərəm Həsənovun çörək sexi bağlandı - Rəsmi

12:10 İlin ilk Ay tutulması baş verəcək

12:06 İddialı serialın gələn həftə son bölümü yayımlanacaq

12:02 Səudiyyə Ərəbistanı neftdən imtina edir

11:58 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

11:55 NASA-dan gözlənilməz qərar

11:51 Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

11:47 Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər vergiyə cəlb olunurmu?

11:43 Kriptovalyuta bazarında yeni qiymətlər

11:39 İllərin küsülülüyü bitdi? - Aygünlə Natavan yan-yana

11:35 Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

11:31 “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır” -Rəşad Sadıqov

11:27 İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb

11:23 Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi

11:19 Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

11:15 Keçmiş arvadını boğaraq öldürdü - Bakıda

11:11 Səməd Seyidov: “AŞPA-nın yeni Prezidentindən gözləntilərimiz...”

11:08 Dövlətin problemli kreditləri ödəməsi mümkündür?

11:07 Sarkisyan Fransada İranın Qarabağ mövqeyindən danışdı

11:03 ATƏT təmas xəttində monitorinq keçirəcək

10:59 “Oskar”ın nominantları bəlli oldu

10:56 Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?

10:52 Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz

10:50 Prezidentin köməkçisi müdafiə naziri ilə birlikdə cəbhə bölgəsində - Fotolar

10:48 Daha 4 şirkət Azərbaycandan gedir

10:44 Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

10:43 “Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq

10:40 Fransa prezidenti Azərbaycanı və Ermənistanı güzəştlərə çağırdı

10:36 Amerikalı yazıçı öldü

10:32 Bakının bu rayonunda su olmayacaq

10:28 Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

10:24 “Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

10:22 ​İrəvan teatrının ilk tamaşası anşlaqla keçib

10:20 “Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar

10:16 Azərbaycan nefti bahalaşdı

10:12 Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

10:08 İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

10:06 Putin və Ərdoğan arasında telefon danışığı olub

10:04 AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Məşhur İvonna nənə vəfat etdi

9:54 Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı”

9:50 Neft ucuzlaşıb

9:47 Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?

9:43 Cəbhədən yeni xəbər

9:40 Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

9:37 ““Qara bazar” elə sürətlə inkişaf edib ki...” - Vahid Əhmədov

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 “Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb



MÜSAHİBƏ

...

Əli Kərimin oğlu: “Atamı içki öldürmədi”

Tarix 25.12.17, 9:27

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az “Atamın xatirəsi” layihəsindən şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə müsahibəni təqdim edir


- Paşa bəy, sizi bu layihəyə dəvət edəndə atanızla bağlı yadınıza düşən ilk xatirə nə oldu?

- Qəribə sual oldu. Siz dəvət etsəniz də, etməsəniz də mən həmişə atamı xatırlayıram. Bu xatırlamaq elə bir şeydir ki, bir anda çox anlar yada düşə bilər. Ancaq onu deyə bilərəm ki, Əli Kərimi ən çox gecə-gündüz yazıb-oxuyan biri kimi xatırlayıram. Biz o vaxtlar Vaqif küçəsində yaşayırdıq. Birinci mərtəbədə, yarımzirzəmidə. Atam onda daha çox gecələr işləyirdi. Qapıya yaxın otaqda oturub ya yazardı, ya da oxuyardı. Əslində mən də, ailəmizin digər üzvləri də Əli Kərimi daha çox oxuyan görüb. Yazmaqdan çox oxuyardı. Yəqin ki, tələbəlikdən qalma vərdişi idi. Oxumağı çox sevirdi. Bir kitabı 4 saat əlində tutub oxuyub, başqasına keçə bilirdi. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdu. Dünya ədəbiyyatına orda yiyələnmişdi.

- Moskva dediniz, yadıma bir xatirə düşdü. Əli Kərimin Nazim Hikmətlə xatirəsi. O necə olub? Nazımla Moskvada görüşüblər...

- Nazım Hikmətlə Moskvada görüş olub. Əli Kərim də ordaymış. Sonra Nazim Hikmətə həsr elədiyi şeiri səsləndirib. Son misrası da ruscaymış. Əli Kərimin şeiri Nazımın çox xoşuna gəlir. Əlyazmanı istəyir ondan. Sən demə, bu əlyazma da yeganə nüsxəymiş.

- Və həmin şeir Nazım Hikmetdə qaldı...

- Bəli. Nazım Hikmətdə qaldı. Biz o şeiri tapa bilmədik. Sonradan anam Elza xanım ondan soruşub ki, şeir heç yadında qalmayıb? Bəlkə yadına salasan, deyəsən, mən də yazım. Əli Kərim də deyib, yox, o variant yadıma düşmür, indi desəm, başqa şeir alınacaq, o şeir olmayacaq. Biz heç cür o şeiri Nazım Hikmətin arxivindən götürə bilmədik.

- Təəssüf... Bəs müraciət etdinizmi? Bəlkə tapmaq olardı?

- O vaxt onun xanımı Vera Tulyakova nəsə yaxına qoymadı bizi.

- Niyə?

- Nəsə qarışıqlıq oldu, biz də heç cür yaxın gələ bilmədik.

- Taleyindəki ən maraqlı hadisələrdən biri oldu amma...

- Hə, atam Moskvada böyük məktəb keçdi. Dövrün istedadlı, intellektual, tanınmış adamları ilə ünsiyyət qurdu, kitablar oxudu. O vaxt bir Yeqor İsayev vardı. Sovetin bütün mükafatlarını almışdı, Rusiyada sevilən şairlərdən idi. Bakıda olanda “Ulduz” jurnalına müsahibə vermişdi və orda atam haqqında belə demişdi: “Əli Kərim əsl istedad sahibidir”.

- Əli Kərimin məşhur şeiri var: “Atamın xatirəsi”. Belə başlayır: “O sərt idi...” Bu şeiri siz yazsaydınız, giriş necə olardı?

- Yox, mənim atam sərt deyildi, çox mülayim idi. Öz atasını da çox sevirdi. Atası haqqında danışanda kövrəlirdi, gözləri yaşarırdı. Çünki atası çox mərd, ləyaqətli kişi olub. Ata kimi necədi soruşursunuz. Çox mülayim, uşaqlarının qayğısına qalan, onların xüsusən təhsilinə önəm verən biriydi.

- Sizinlə oyun oynayırdı?

- Hə, top-top oynayırdı. Bizi kinoteatrlara, teatrlara aparardı. Özü marağımızı nəzərə alıb bir zaman gördüyü filmlər haqqında uzun-uzun söhbət edə bilərdi. Əzbər bilərdi filmləri, əsərləri. Mən heyrət edərdim. Bizim oxumağımızla çox maraqlanırdı. Hətta mənim ədəbiyyat müəllimimlə ayrıca söhbət eləmişdi. Ümumiyyətlə, müəllimlərlə həmişə bizim haqda söhbət edirdi. Hara gəzməyə çıxırdısa, uşaqlarını da özü ilə aparardı. Sentyabrın birində birinci sinfə məni özü aparmışdı. Yadımdadır, çox həyəcanlıydı. Bir dəfə futbol oynayırdıq. Atam da sən demə, pəncərədən bizə baxırmış. Mən oyun zamanı bir də gördüm ki, yerdə qəzet qırığı var. O qədər bizə oxumağı aşılamışdı, maraq mənə güc gəldi, oyunu vecimə almadım, qəzet qırığını götürüb oxumağa başladım. Uşaqlar qışqır-bağır saldılar ki, əşşi, oxumağın yeridi, top gəlir, burax onu, oyuna fikir ver. Atam pəncərədən bu mənzərəyə baxıb xeyli gülübmüş. Sonra da gülə-gülə anama deyib ki, deyəsən bu uşaq da o yolun yolçusudur. Yəni yazı-pozuyla məşğul olacaq (gülür). Demək istədiyim odur ki, bu cür şeylərə çox diqqət edirdi. Kitabxanadan nə kitabı aldın, kimi oxuyursan və s. O vaxt mən gündəlik yazırdım, onu da soruşurdu ki, nə yazmısan, gətir göstər. Bax bizi belə bir mühitdə, ovqatda böyütmüşdü.

- Bəs qadağalar qoyurdu? “Onu eləmək olmaz” filan...

- Qadağasız olmaz ki... Mənim atamın qəribə tərbiyə üsulu vardı. O heç vaxt uşaqla sərt danışmazdı. Adi, normal qaydada sənin səhvini özünə deyərdi və sən utandığından xəcalət çəkərdin, tutduğun işdən peşman olardın. Qışqırmadan. Sakitcə. Dostları da bilir, Əli Kərim çox zarafatcıl, yumor hissi güclü olan biriydi. Məsələn, Əli Kərimin bir xarakteri diqqətimi cəlb edirdi. Dostlarla söhbət zamanı, bir lətifə danışardı, hamı gülməkdən qırılardı, o isə ciddiliyini itirməzdi. Bu mənə çox qəribə gələrdi.

- Heç sizlə zarafat edirdi?

- Çox. Yadıma biri düşür. Bir dəfə məktəbdən çıxmışdım, evə gəlirdim. Adətən atam bizi qarşılayırdı, ya da anam. Sonuncu dərsimiz olmadığından tək qayıtmalı oldum. Anam da buna görə narahat olmuşdu. Hərçənd evimiz məktəbə yaxın idi. Evə çataçatda gördüm ki, bir it hürür, uşaqlar da qorxurlar. Sonra it dalımca düşdü. Evə gələndə hadisəni danışdım. Atam gülə-gülə dedi ki, bəs deyirdiniz tək gəlib. Hə, belə zarafatları olurdu. Bizə çox bağlıydı. O vaxt oyuncaq çətin tapılardı. Həm də çox bahaydı. Adicə məktəb formasını tapmaq çətin başa gəlirdi. Oyuncağımızı itirmişdik. Bunu atama deyəndə dedi, mən bu saat tapacam. Bir addım irəli getdi, iki addım arxaya, üç addım sola, birdən dedi, bax burdadı. Oyuncağı çıxarıb göstərdi, biz də sevindik. Sən demə, əlindəymiş, zarafat eləyirmiş biznən. Yumor hissi çox güclü idi. Məsələn, gənclərə həmişə yerlibazlığı irad tuturdu. Deyirdi, evinizdən dünya xəritəsini asın. Bu onun yumoru idi (gülür).

- Üç oğlu var idi Əli Kərimin...

- Məndən kiçik qardaşım Azər Kərimov Türkiyədə Bilkənd Universitetinin professorudur. Ondan balaca qardaşımız Orxannın 50 yaşı tamam olacaqdı, 2015-ci ildə vəfat etdi.

- Ən çox sinlə danışardı?

- Bizə tərcümə etdiyi nağılları oxuyurdu. Şeirlərini də. Cavanlığını yada salıb danışırdı. Məktəb illərindən.

- Nələr danışırdı?

- Ən çox universitetdə başına gələn əhvalatlardan. İkinci Dünya müharibəsi təzəcə bitmişdi. Moskvada hər şey hələ yerinə oturmamışdı deyirdi. Danışırdı ki, dərsdən evə gəlirdik, yol boyu qorxu biznən birgə addımlayardı. Çünki xuliqanlar qabağımızı kəsə bilərdi, cibimizə girərdilər, ya da daha pis bir şey baş verərdi. Atam bizə küçədəki davalarından danışırdı. Özü idmanla məşğul olmuşdu. Ağırlıq qaldırma, boks. Danışırdı ki, o vaxt əməlli-başlı qruplar yaranmışdı, camaatın yolunu kəsirdi. Müharibədən sonra şəhərin bəzi yerlərində başıpozuqluq yaranmışdı. O günlərindən söhbət açardı, yataqxanada qaldığından, universitetdəki macəralarından danışardı.

- Atanızı şair kimi çox tez tanımısız...

- Hə. Dediyim kimi, o, həmişə bizə şeirlrəini oxuyurdu. Onda 7-8 yaşım olardı. Mən də onda şeir yazırdım və atamın bu çox xoşuna gəlirdi. Bəlkə də xoşuna gəlmirdi, bilmirəm, amma hər halda məni dəstəkləyirdi. Atam evdə çox ciddiydi. Amma əzazil valideyn deyildi. Həddən artıq mülayim idi. Əli Kərim evə girəndə çox sevinirdik. Atam həmişə istəyərdi ki, onun uşaqları, həyat yoldaşı ilə arasında fikir dostluğu olsun. Onun həyat yoldaşını da öz zövqünə uyğunlaşdırmaq qabiliyyəti vardı.

- Həyat yoldaşı ilə nə vaxt tanış olublar? O tanışlıq xatirəsini danışa bilərsiniz?

- Onlar 1958-ci ildə evlənmişdilər. “Qorki”ni bitirib gəlmişdi Bakıya. Anam bu tanışlıq haqqında “Nə xoşbəxt imişəm” kitabında yazıb. Lermontov küçəsində qalırdı anam. O vaxt Əli Kərim arxasınca düşürmüş. Anam da orta məktəbi hələ bitirməmişdi.

- Onda aralarında yaş fərqi çox olub.

- 8 yaş. Anam yazıb o kitabda. Deməli, Lermontov küçəsində durub anamın qaldığı evə baxırmış. Bir dəfə anam deyib ki, bəsdi, gəlmə arxamca, durma burda, görən olar. Əli Kərim də deyib ki, mən şair kimi Lermontovu çox sevirəm, ona görə gəlirəm bura (gülür). Əli Kərim rəhmətlik İlyas Tapdıq vasitəsi ilə öz sevgisini ona çatdırmışdı. Anamın rəfiqəsi İlyas Tapdığın tanışıymış. Nəsə tərcümə məsələsi olur, Əli Kərim anamla bu işi görmək istəyir. Beləliklə, əlaqə yaranır aralarında. Danışmağa başlayırlar. Sonra dostluqluq yarandı aralarında.

- Paşa bəy, Əli Kərimin dostları kim idi?

- Onun özündən böyüklərə çox böyük hörməti vardı. Akademik Məmməd Cəfər, Rəsul Rza, Əhməd Cəmil. Atam deyirdi ki, mövqeyindən aslı olmayaraq hər kəsdən nələrsə öyrənmək mümkündü. Bu onun fəlsəfəsi idi. İstedadı o qədər böyük olmayan şairdən belə sənətkarlığı öyrənmək olardı deyirdi. Əli Kərim yaşlılarla oturub-durur, onlardan nələrsə öyrənirdi. Ən yaxın dostu, tam səmimiyyətimlə deyirəm, yazıçı-dramaturq Altay Məmmədov idi. Fikrət Sadıq, Fikrət Qoca, Atif Zeynallı, Adil Rəsulla çox yaxın dostluq əlaqələri vardı. Vaqif İbrahim, özündən yaşca balaca olsa da, dost idilər. Çoxdan rəhmətə gedib. Avtomobil qəzasında. Sonra Camal Yusifzadə. Xeyli cavan idi ondan. Gəlib-gedirdi bizə. İsa İsmayılzadə, Tofiq Bayram, Məmməd Araz, Xəlil Rzanın adını çəkə bilərəm. Cabir Novruzla bir yerdə oxumuşdular, dost idilər. Nəbi Xəzri ilə də tələbəlik illərində dostluq etmişdilər. 1957-ci ildə Moskvada Gənclərin Altıncı Ümumdünya Festivalında da birlikdə iştirak etmişdilər. Atam həmin festivalın laureatı olmuşdu.

Sizə bir maraqlı əhvalat danışım. Atamın qohumlarından biri deyir ki, gedim Əli Kərimi görüm. Rayondan avtobusa minir. Gəlib çıxır Bakı avtovağzalına. Bu adam da savadsızın biri, elə bilir ki, bunun qohumunu hamı tanıyır. Qarşısına çıxan ilk adamdan soruşur ki, mənə deyə bilməzsiniz, Əli Kərimin evi hardadı. Həmin adam da onun qoluna girir, avtobusa mindirir, yolda söhbət edərkən deyir ki, Əli Kərim bizim ən istedadlı şairlərimizdəndir. Belə-belə gətirir onu düz Əli Kərimin evinin yanına və çıxır gedir öz işinin dalınca. Çox qəribə hadisədir. Və bu adam Məmmədcəfər Cəfərov idi. Bizim qonşumuz (gülür). Demir ki, mənim qonşumdur. Özünü elə göstərir ki, guya Əli Kərimi tanıyan biridir.

Əli Kərim, Vaqif Nəsib, Fikrət Qoca Ucar rayonuna gediblərmiş. Bu xatirəni Vaqif Nəsib yazıb. Bir cavan oğlan Əli Kərimi Fikrət Qoca ilə səhv salaraq soruşur ki, Fidel Kastro niyə saqqalını qırxmır. O zaman Fikrət Qoca Kubadan təzə qayıdıbmış. Əli Kərim də cavabında deyir, ola bilər ki, saqqalının arxasından üzü görünməyəcək (gülür). Belə çox əhvalatları var. Bax onun yumoru beləydi. Qəfil gəlirdi ağlına. Heç fikirləşmədən. Bədahətən.

- Paşa bəy, Əli Kərimin belə cavan dünyadan köçməyində içkinin rolu vardımı?

- Əli Kərimdən çox içən və ondan qat-qat çox yaşayan nə qədər adam var. Məncə, səbəb o deyil. Əli Kərimlə oturub-duran və yaşayanlar var, halbuki onlar daha çox içirdilər. Əli Kərim heç siqaret çəkmirdi. Onlar siqaret də çəkdilər, amma uzun yaşadılar.

- Bəs xəstəliyini necə bildiniz?

- Əli Kərim xəstə kimi yatmadı heç. Bəlkə də xəstəliyi varmış, bildirmirmiş. Qanı laxtalanırmış. Normadan çox. Ürəyində problem yaratmışdı bu. Son gün, hansı ki, onu xəstəxanaya aparmaq istəyirdilər, getmək istəməyib. Deyib, kiçik oğlum mənsiz yata bilməyəcək. Birtəhər məcbur eləyiblər, xəstəxanaya aparıblar. Amma xəstəxanada çox yatmadı. Səhər bildik ki, vəfat edib. Mən onun ölümünü görmədim. Anam yanındaydı.

- Xəstəxanaya getdi və...

- ... həmin gecə vəfat etdi. 38 yaşı vardı.

- Sizin neçə yaşınız vardı?

- 10.

- Əli Kərimi son dəfə necə xatırlayırsınız?

- Son dəfə onun baxışını xatırlayıram. Xəstəxanaya getdiyi an. Çönüb evə, bizə baxdığı baxış. O baxışı ifadə etmək mümkün deyil.

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru