Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanovun keçmiş köməkçisinin klinikasında qiymətlər «əl yandırır»


“Şəfa” Sağlamlıq Mərkəzində həkimin yanına girmək üçün xəstələr 80 manat ödəyirlər


Azərbaycan bir çox xidmət sahələrində qiymətlərin ABŞAvropa ölkələrindən bir neçə dəfə baha olması heç kim üçün sirr deyil.

Hətta ölkəmizə gələn xarici qonaqlar belə Bakıdakı qiymətləri açıq-aşkar soyğunçuluq kimi dəyərləndirirlər. Ən əsası paytaxtın iaşə sektorundakı qiymətlər qətiyyən ölkədəki orta aylıq əmək haqqı ilə uzlaşmır. Yəni normalda bir axşam yeməyinə görə bir adam hardasa bir aylıq maaşını verməlidir ki, bu da blkədə korrupsiyaının və qanunsuz gəlirlərin səviyyəninin nə qədər yüksək olduğunun göstəricisidir.

Eyni vəziyyət təkcə iaşə sektorunda deyil, həmçinin səhiyyə sektorunda da ciddi problemə çevrilib. Elə bu üzdən də Azərbacan vətəndaşları öz vətənlərində deyil, səhiyyə xidmətinin bir neçə dəfə ucuz olduğu İranda müalicə almağa üstünlük veirlər. Çünki yol xərcini belə hesabladıqda İrandam müalicə Azərbaycandan ən azından iki dəfə ucuz başa gəlir.

PİA.AZ elektron poçtuna Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti-84 ünvanda yerləşən “Şəfa” Sağlamlıq Mərkəzi ilə bağlı şikayət məktubu daxil olub. Şikayətçimiz bildirir ki, “Şəfa” klinikasında qiymətlər ildə iki dəfə qaldırılır və bu səhiyyə ocağında xəstələri sözün həqiqi mənasında soyurlar. Qiymətlərin həddindən artıq baha olmasına baxmayaraq bu tibb ocağında xidmətin keyfiyyətindən isə daışmağa dəyməz. Yəni keyfiyyət dövlət xəstəxanalarındakı xidmət keyfiyyətindən heç nə ilə fərqlənmir və təbii ki, burda müştəri məmnuniyyətindən heç söhbət gedə bilməz.

Şikayətçi bildirir ki, “Şəfa” Sağlamlıq Mərkəzində həkim qəbulunun qiyməti 40-80 manatdan başlayır. Analizlər, fizoterapiya və digər tibbi qulluqların qiyməti isə təksə bu il iki dəfə artırılıb. Bildirilir ki, “Şəfa”  klinikasında qiymətlərin davamlı olaraq qalxmasının  səbəbi adı çəkilən tibb ocağının direktoru Kənan Əliyevdir. Belə ki, klinkanın direktoru  Kənan Əliyev hər il tibb ocağını təmir etdirdikcə və yeni avadanlıqla təmin etdikcə, qiymətləri də qaldırır.

Şikayət məktubunda bildirilir ki, keçən ilin ortalarında və bu ilin əvvəlində tibb ocağı 2 dəfə təmir edilib. Məhz buna görədə keçən ildən bəri klinikada qiymətlər iki dəfə qaldırılıb. Qeyd olunur ki, Kənan Əliyev tibb ocağının təmirinə və müasir avadanlıqların, labarotoriya cihazlarının alınmasına 500 min manata  xərc çəkib. Məhz buna görədə tibb ocağının direktoru çəkdiyi xərci tez bir zamanda cıxartmaq üçün vətəndaşları soymaq qərarına gəlib. “Şəfa” Sağlamlıq Mərkəzin işləyən həkimlər 1 xəstə qəbuluna  görə 12 manat pul alırlar. Yəni faktiki olaraq klinika rəhbərliyi vətəndaşdan 40-80 manat alıb həkimə 12 manat verir özünə isə 28-68 arası manat götürür.

Şikayətdə bildirilir ki, Kənan Əliyev həkimlərə 12 manat verilməsinin səbəbini tibb ocağının digər işçilərinin əmək haqqısına daha çox vəsaitin xərclənməsi ilə izah edir. Halbuki bir ay ərzində klinika təkcə analizlərdən 30 min manata yaxın qazanc əldə edir. 

Həmçinin vurğulanır ki, klinkanın həkimləri və tibb personalı Kənan Əliyevdən ciddi şəkildə narazıdırlar və artıq narazılıqlarını gizlətmək istmirlər. Çünki “Şəfa” klinikasında qiymətlər qalxdıqca müştərilərin sayı azalır. Bu isə həkimlərin və digər işçilərin gəlirlərinə təsir edir.

Bildirək ki, “Şəfa” klinikasının direktoru Kənana Əliyev keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun köməkçisi olub. Əli İnsanov həbs olunduğu zaman Kənan Əliyev də istintaqa cəlb olunsa da, sonradan onun haqqında açılmış istitaq bağlanılıb. Sonradan isə Əli İnsanovun keçmiş köməkçisi böyük bir sərmayə ilə ortaya çıxaraq “Şəfa” Sağlamlıq Mərkəzini təsis edib.

Qarşı tərəfində mövqeyini verməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar