Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanova Qobustan təhlükəsi


Toğrul Babayev: “O, əvvəlki hökm üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirdi, indi ciddi rejimlidir”; Əsabəli Mustafayev: “Orada daxili qaydaları pozsa, o zaman məhkəmə qərarı ilə cəzasının bir hissəsini Qobustan həbsxanasında keçirə bilər”


2005-ci ildən həbsdə olan, ötən ay yenidən 7 il müddətinə məhkum edilən sabiq səhiyyə naziri Əli İnsanov bu dəfə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Onun hətta Qobustan həbsxanasına köçürülməsi ehtimalı da var.

Belə ki, praktikada ard-arda cinayətlər törədən və ağır cəzalar alan məhbusların Qobustana köçürülmələri ilə bağlı nümunələr kifayət qədər çoxdur. Ə.İnsanov isə 11 illik cəzasının ardından 3 əlavə maddə ilə növbəti ağır cəzasını alıb. Bu baxımdan, onu da Qobustan təhlükəsinin gözlədiyi barədə fikirlər var. Doğrudur, bu həbsxananın qapalı rejimli olduğunu nəzərə alaraq, İnsanovun Qobustana köçürülməsini mümkünsüz sayanlar da az deyil. Belə fikirlərin içərisində məhkəmənin hökm qərarında sabiq nazirin ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi ilə bağlı hissənin olduğu vurğulanır.

Bununla bağlı “Yeni Müsavat”a danışan sabiq nazirin vəkili Toğrul Babayev hökmlə əlaqədar Apelyasiya Məhkəməsinə şikayət hazırladıqlarını bildirdi: “Apelyasiya şikayətimiz artıq hazırdır. Bugünlərdə veriləcək. Bu barədə mətbuata məlumat verəcəyik. Əli İnsanovla bağlı rejim, sadəcə, dəyişib, əvvəl ümumi rejimli idi, indi ciddi rejimlidir. Amma Qobustan qapalı həbsxanadır. Hazırda onun durumu normaldır, özünü yaxşı hiss edir”.

Hüquqşünas Əsabəli Mustafayev isə dedi ki, hansı rejimdə cəza çəkməli olduğu hökmdə göstərilir: “Məsələn, ömürlüklər aydındır ki, cəzalarını Qobustanda çəkirlər. Mən bilən Əli İnsanova verilən son 7 il 5 gün cəzada Qobustan həbsxanasında cəza çəkməli olduğu barədə bir hissə yoxdur. İttihamlarda göstərilir ki, cəzaçəkmə müəssisəsində olarkən ümumi rejimin qaydalarını pozub, qanunsuz işlərlə məşğul olub. Bunları nəzərə alıb, məhkəmə cəzanın bir hissəsini Qobustanda çəkməyi ilə bağlı qərar qəbul edə bilərdi. Amma hökmdə bunlar yoxdur. Hökmə əsasən, onun Qobustan həbsxanasına köçürülməsi mümkün deyil. Əgər cəzaçəkmə müəssisəsində qanun pozuntusuna yol versə, yəni daxili qaydaları pozsa, o zaman məhkəmə qərarı ilə cəzasının bir hissəsini Qobustan həbsxanasında keçirə bilər. İndiki halda İnsanovu ora göndərməyin heç bir hüquqi əsası yoxdur”.
Göründüyü kimi, əgər Əli İnsanov ciddi rejimli “kolon”da qaydaları pozarsa, Qobustana göndərilə bilər. Belə nümunələr çoxdur. 
Bu arada onun əfvi məsələsi də gündəmdədir.

Respublika Gününə sayılı günlər qalsa da, Əfv Komissiyasının toplantıları keçirilmir. Bu isə o anlama gəlir ki, 28 mayda əfvin verilməməsi ehtimalı daha yüksək görünür.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı təəssüflə əfvin ilin sonlarında verilə biləcəyini qeyd etdi: “Yaxınlarda iki Avropa ölkəsində oldum. Orada görüşlərim oldu. Fikirlərimdə beynəlxalq təşkilatların daha çox siyasi məhbusların azadlığa buraxılmalarına sevindiklərini qeyd etdim. Onlar məndən real siyasi məhbusların sayını soruşdu. Açıq şəkildə dedilər ki, Azərbaycanda müxtəlif insanlar ayrı-ayrı siyahılar tərtib edirlər, ona görə də siyahılar şübhə altına alınır. Bunların hər birini izah etdim onlara. Bildirdim ki, ölkəmizdə hüquq müdafiə sahəsində bir az zəiflik yaranıb. Mart ayındakı əfvdən hüquq müdafiəçiləri pərt oldular. Əfvdən sonra Əli İnsanova əlavə cəza verildi. Siyasi məhbusların sayının son iki ayda artma ehtimalı var. Çünki yeni həbslər olub. Mayın 10-da əfv olmadı, 28 mayda da gözlənilmir. Əfv Komissiyasının iclasları da olmur. İclaslar olanda ictimaiyyətə məlumat verilirdi. İslam Oyunlarının düşünmürəm ki, humanistliyə bir dəxli olsun. Çünki ölkədə müxtəlif beynəlxalq tədbirlər keçirilib. Belə tədbirlərin heç vaxt əfvlə əlaqəsi olmayıb. Çox təəssüf hissi ilə düşünürəm ki, ilin sonunda əfv ola bilər. Amma ümid yeri ola bilər ki, bəlkə amnistiya verilsin. Konkret Mehriban xanımın I vitse-prezident olması ilə bağlı ola bilər ki, məhbus ailələrinə bir hədiyyəsi olsun. Bundan əlavə, təcrübədən çıxış edərək, bir sıra siyasi məhbusların məhkəmələr vasitəsilə də azadlığa çıxma halları ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar