Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi


Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun növbəti məhkəmə prosesi keçirilib


Musavat.com xəbər verir ki, sabiq nazirin ev dustaqlığına buraxılması ilə bağlı vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdinin vəsatətinə baxılıb.

Amma Əli İnsanov məhkəməyə gəlməyib. O, məhkəməyə məktub göndərərək, iştirak etmək istəmədiyini bildirib.

Keçmiş nazirin vəkilləri məhkəmədə çıxış edərkən prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncama istinad edərək Ə.İnsanovun həbsdə saxlanılmasının əsassız olduğunu qeyd ediblər.

Prezidentin sərəncamında böyük ictimai təhlükə törətməyən və az ağır cinayətdə ittiham olunan şəxslər barəsində əksər hallarda həbs-qətimkan tədbirinin seçilməməsi nəzərdə tutulur".

Əli İnsanovun törətmədiyi, amma əsassız və qanunsuz olaraq təqsirləndirildiyi son əməllər də həmin kateqoriyaya aiddir. Buna görə də Əli İnsanov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmalıdır"- deyə vəkillər məhkəmədəki çıxışlarında vəsatətlərini əsaslandırarkən bildiriblər.

Məhkəməyə sədrlik edən hakim Fuad Hüseynov Əli İnsanovun vəkillərinin vəsatətini təmin etməyib. Sabiq nazir azadlığa buraxılmayıb.

Əli İnsanovun vəkilləri məhkəmənin ev dustaqlığına buraxılmasından imtina etməsini əsassız hesab edir.

Əli İnsanov bu qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub.

11 il azadlıqdan məhrum edilən sabiq nazirin həbs müddəti başa çatsa da ona qarşı yeni ittiham irəli sürülüb.

Ə.İnsanov barəsində açılan yeni cinayət işində keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirli hesab edilir.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar