Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov may əfvinə düşəcəkmi?


Sabiq nazirin gələn ay azadlığa çıxa biləcəyi ilə bağlı fərqli gözləntilər var...


May ayında əfv veriləcəyi barədə yayılan xəbərlər öz təsdiqini tapmaqdadır. 

Bir çox siyasi məhbusa da şamil olunacağı deyilən əfvdə bəzi tanınmışların azadlığa çıxma şansları kifayət qədər yüksək görünür. Bu sırada keçmiş səhiyyə naziri Əli İnsanovun da adı çəkilir.

Yada salaq ki, Avropa Məhkəməsinin sabiq nazirin azad olunması üçün iki il öncədən qərar verməsinə baxmayaraq, İnsanov hələ də həbsdədir. 11 il həbs cəzasının artıq 9 il yarımını çəkən keçmiş nazirin əfvə düşəcəyinə ümidlər az deyil. Bu mövzuda qəzetimizə danışan İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı sabiq nazirin azad olunması istiqamətində əllərindən gələni etdiklərini bildirdi: “Demək olar ki, hər iclasda onunla bağlı məsələni qaldırırıq. Əli İnsanov ona kəsilən cəzanın 2/3 hissəsini çəkib. Onun bu cəhətdən də şansı var. Avropa Məhkəməsinin də qərarı mövcuddur. Çox istərdik ki, mayda əfv olsun və sərəncamda Əli İnsanovun da adı olsun. Bunun nə dərəcədə reallaşacağını söyləmək mənim üçün çətindir. Onun əfvi birbaşa prezidentin özündən asılıdır. Cənab prezident istəsə, azad edə bilər”.

Hüquq müdafiəçisi “Əli İnsanov əfv yazsaydı, hazırda azadlıqda olardımı” sualımıza belə cavab verdi: “Bunu ehtimal edə bilmərəm. Əfv yazsaydı, çoxdan yazardı. Bilirsiniz ki, onunla bərabər həbs olunan dövlət rəhbərləri də var idi. Fərhad Əliyev və başqaları əfv yazdılar, azadlığa çıxdılar. Əli İnsanov əfv ərizəsi ilə heç vaxt müraciət etməyib. Hər halda, bizdə bu barədə məlumat yoxdur. Mən çox istərdim ki, nə qədər mümkündüsə, bir o qədər tez azad olunsun”.

İqtidaryönlü deputat Zahir Oruc Əli İnsanovun daim gündəmi zəbt edən açıqlamalarla çıxış etdiyini söylədi: “Əli İnsanov zamanında bu hakimiyyətdə kifayət qədər yüksək vəzifə tuturdu. Ona eyni zamanda hakim partiyanın idarəçiliyində yüksək mövqelər verilmişdi. O, dövrdə bu səlahiyyətlərdən ən yüksək səviyyədə istifadə edirdi. Sonrakı dönəmdə onun ətrafında yaratdığı saxta təfəkkürlər, atdığı addımlar, ən nəhayət, məhkəmə hökmü ilə azadlığını itirməsi ilə nəticələndi. Təəssüflər olsun ki, o, həbsxana divarları içərisindən belə, özünəməxsus iddialarını davam etdirdi. Zamanında ən kəskin şəkildə ittiham etdiyi hakimiyyət əleyhdarları ilə eyni sıranı bölüşməyə başladı. 

Siyasi nöqtədən ona görə danışıram ki, ona verilmiş hökmdə olan cinayət maddələrini sadalamağa ehtiyac yoxdur. Əfv üçün məsələnin önəmli tərəfini qeyd etməliyik. Əli İnsanov bu dövrdə əməllərindən geri çəkilmək, etiraf etmək, əfv diləmək əvəzinə, daim medianın gündəmini zəbt edən məlum açıqlamalar və ittihamlarla çıxış etdi. Belə olan halda əfvin hüququ prosedurlarını həyata keçirmək mümkün deyil. Ölkə başçısına müraciət etmədən, cəzasının qalan hissəsindən azad olunması mümkünsüz görünür”.

Deputat Əli İnsanovun həbsxanadan qəhrəman libasında çıxmaq istədiyini də qeyd etdi: “ Mənə elə gəlir ki, Əli İnsanov həbsxanadan qəhrəman libasında çıxmaq istəyir. Bunun üçün verilən cəzanın hamısını çəkib azad olmağa çalışır. Cəmiyyətdə elə qüvvələr var ki, bunu gözləyirlər. Əli İnsanovun siyasi personası üzərində böyük planlar qurulub. Onunla hədəfə çatmağa ümid edirlər. Bunlar utopiyalardır. May ayında olacaq əfvdə onun azad olunacağını gözləmirəm. Mənim fundamental mövqeyimdir ki, bir insan öz qapısını açmaqda iştirak etməlidir. Ən sonda təbii ki, qərar dövlət başçısı tərəfindən verilir. Məlumata əsasən deyə bilərəm ki, may ayında bir sıra məhbuslar azad olunacaq. Dövlət öz humanizmini göstərməyə çalışacaq. Bu humanizm siyasətindən istifadə etməyən Əli İnsanov olub ki, cəzasının çox hissəsini artıq orada keçirməkdədir”.

Qeyd edək ki, Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi” ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar