Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov faktoru – Siyasi partiyalar nə düşünürlər?


Mirmahmud Mirəlioğlu: “Əli İnsanovun siyasi partiyaları birləşdirəcək şansının olduğunu düşünmürəm”


Hafiz Hacıyev: “Əli İnsanov həbsdən çıxandan sonra bizim partiyamıza qoşulsa, biz onu böyük məmnuniyyətlə qəbul edə bilərik”.

Mətbuatda Əli İnsanovun həbsdən çıxdıqdan sonra müxalifətin vahid lideri olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta bildirilir ki, 11 ildir həbsdə olan sabiq nazir müxalifətin əsas ümid yeridir. Əli İnsanov cəmiyyəti birləşdirən siyasi lider kimi çıxış edə bilərmi və müxalif siyasi partiyaların Əli İnsanovun ətrafında birləşməsi nə qədər mümkündür?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı siyasi partiya sədrlərinin mövqeyini öyrənib.

Image result for Mirmahmud Mirəlioğlu

Mirmahmud Mirəlioğlu: “Əli İnsanovun mövqeyini bölüşənlər də, dəstək verənlər də, varidatına göz tikib, gələcəkdə bölüşdürmək istəyənlər də mövcuddur”


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Əli İnsanovun siyasi partiyaları ətrafında birləşdirə biləcəyinə inanmır:

“Şübhəsiz ki, Əli İnsanovun bu və ya digər təsir dairəsi, nüfuzu var. Onun mövqeyini bölüşənlər, dəstək verənlər, varidatına göz tikib, gələcəkdə bölüşdürmək istəyənlər mövcuddur. Amma Əli İnsanovun siyasi partiyaları birləşdirəcək şansının olduğunu düşünmürəm. Zamanın nə göstərəcəyi başqa məsələdir. Bizim partiyamız kiminsə ətrafında ola bilməz. Klassik Xalq Cəbhəsi Partiyasının lideri bu millətdir”.

Image result for Hafiz Hacıyev

Hafiz Hacıyev: “Qərbi azərbaycanlıları incik salan hakimiyyətin daxilindəki üçüncü, dördüncü şəxslərdir”.


Müstəqil siyasət yürütdüyünü bildirən müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə, Əli İnsanovun ətrafında birləşmək məsələsi reallıqdan uzaq olan bir məsələdir:

“Bu gün mən özüm çalışıram ki, kimlərsə ətrafımda birləşsinlər. Bu gün bizim partiyamız ölkə ictimaiyyətində populyar olan partiyalardan biridir və gələcəkdə millətin xilaskarına çevirilmiş bir partiyadır. Hesab edirəm ki, hər partiyanın öz məqsədi var və məqsədinə çatmaq üçün çalışır. Bu gün dörd milyon yarım Qərbi azərbaycanlı çox pis durumdadır. Eyni zamanda bütün sferalarda əzilir, onların haqq səsləri eşidilmir. Baxmayaraq ki, hakimiyyətin müəyyən qollarında təmsil olunanlar da var. Ancaq onların Qərbi azərbaycanlılara aidiyyatı yoxdur. Qərbi azərbaycanlıları incik salan hakimiyyətin daxilindəki üçüncü, dördüncü şəxslərdir.  1988-ci ildə bizi Ermənistandan qovanda statusumuzu da əlimizdən aldılar və bu düşünülmüş bir addım idi. Qərbi azərbaycanlılar gələcəkdə öz sözlərini deyə bilmək üçün müəyyən qurumlar da yarada bilər, partiyalarla da birləşə bilərlər. 

Əli İnsanova gəlincə, kifayət qədər təcrübəli insan olub. Düşünürəm ki, Əli İnsanovun bu qədər həbsxanada yatması yersizdir. Bu günə qədər buraxılan insanların hansı nə edib ki, Əli İnsanovda nəsə etsin. Biz Müasir Müsavat Partiyası olaraq, gələcəkdə ölkənin sahibi olmaq niyyətindəyik. Mən özümü gələcəkdə Azərbaycanın prezidenti kimi görmək, bu xalqın real xidmətçisi olmaq istəyirəm. Allah Əli İnsanovun qapısını açıq etsin. Həbsdən çıxandan sonra bizim partiyamıza qoşulsa, biz onu böyük məmnuniyyətlə qəbul edə bilərik. Hər ikimizin Qərbi azərbaycanlı olmağımız buna imkan verə bilər. Mən müstəqil siyasət yürüdürəm və sona qədər davam etdirmək fikrindəyəm. Əli İnsanov məsələsi ehtiyatlı məsələdir. Düşünürəm ki, onun həbsindən çıxmasını bu gün Qərbi azərbaycanlılar da çox arzulayırlar. Zaman özü hər şeyi yerinə qoyacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar