Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov bu gün yenə hakim qarşısına çıxarılır


Onun üçün “yaşıl işıq” yandırıla bilər; Vəkil Toğrul Babayev: “Prosesin sonunda nəticəni biləcəyik”


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu gün növbəti dəfə hakim qarşısına çıxarılacaq.

 Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçmiş nazirin kasasiya şikayətinə baxılacaq. Proses saat 9:30-da başlayacaq.

Bu barədə “Yeni Müsavat”a İnsanovun vəkili Toğrul Babayev məlumat verdi: “Məhkəmə saat onun yarısında başlayacaq. Əli İnsanov məhkəməyə gətirilməyəcək. Onun iştirakı olmadan şikayətə baxılacaq. Məhkəməyə gətirilməməsi ilə bağlı başqa bir səbəb yoxdur, sadəcə, özü iştirak etmək istəmir. Onunla həbsxanada görüşdüm, məhkəmə ilə bağlı nəsə bir sözü-filan olmadı. Məhkəmədən hər hansı bir gözləntimiz barədə sualınıza gəlincə deyə bilərəm ki, ərizə yazmışıq, xahişimiz olunub, bəraət istəyirik. Prosesin sonunda nəticəni biləcəyik. Qərara uyğun olaraq, Avropa Məhkəməsinə müraciət edib-etməyəcəyimiz məlum olacaq”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Bu ilin aprelində o, 7 il yarım azadlıqdan məhrum edilib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar