Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov Azərbaycanı tərk edəcək - İddia

Bu ay həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cəza müddəti başa çatır


PİA.AZ xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, 2005-ci il oktyabrın 20-də həbs edilən Ə. İnsanov 11 il müddətinə məhkum edilib və bu cəzanın müddəti bitir. Amma azadlığa çıxacağı günləri sayan sabiq nazir avqustun 24-də 3 yeni cinayət maddəsi üz-üzə qaldı, barəsində yeni istintaq başladı.

Qəzet yazır ki, yeni cinayət işlərinin açılması sabiq nazirin azadlığa çıxa bilməyəcəyi deməkdir: “Onun yeni cinayət maddələri ilə ittiham olunmasına rəğmən azadlığa qovuşacağı ilə bağlı müxtəlif fikirlər var. İddia olunur ki, İnsanov əvvəlki cəzası başa çatandan sonra yeni ittihamlar üzrə ya ev dustaqlığına buraxılacaq, ya da şərti cəza alacaq.

Bu cür iddialar da var ki, sabiq nazir azadlığa buraxılarsa, bu onun ölkəni birdəfəlik tərk etməsi müqabilində ola bilər. Onun yeni ittihamlar üzrə istintaq müddəti oktyabrın 23-dək nəzərdə tutulub. Sabiq dövlət məmurunun dərhal məhkəmə önünə çıxarılacağı, yaxud istintaq müddətinin uzadılacağı suallar doğurur. İnsanovun barəsində yeni ittihamlar irəli sürüləndən sonra sərgilədiyi mövqeyin, referendum və bununla bağlı müxalifətin keçirdiyi mitinqlərdə susqunluq nümayiş etdirməsinin onun işinə kömək edəcəyinə ümidlər yaradır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar