Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovun nəvəsi orduda xidmət edib

Baş nazirin müavini Əli Həsənvun nəvəsi Nail Allahverdiyevin müddətli hərbi xidmətdə olmaması barədə məlumat həqiqəti əks etdirmir


Bununla bağlı informasiya məhkəmənin gedişində Nail Allahverdiyevin anket məlumatları dəqiqləşdirilərkən səhv olaraq işlənib.

Bildirildiyinə görə, N.Allahverdiyev DTX-nin həbi hissəsində xidmətdə olub və 1 il bundan əvvəl tərxis edilib. Bu barədə xəbəri DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsində də təsdiqləyiblər.(virtualaz.org)

*   *   *

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarından məlum olub ki, 1994- cü ildə Sumqayıtda anadan olan Nail Allahverdiyev ali təhsillidir, evlidir, fərdi əməklə məşğul olmayıb, heç yerdə işləmir, hərbi xidmətdə olmayıb.

Hazırlıq iclasında zərərçəkmiş qismində Ramiz Əsədov, Adil Ocaqverdiyev, Rauf Səmədov və Ülviyyə Əliyeva iştirak ediblər. Dövlət ittihamını prokuror Ramin Nağdəliyev müdafiə edib. Prokuror cinayət işinin məhkəmə baxışına təyin edilməsini istəyib. Məhkəmə baxışı dekabrın 1-ə təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar