Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovun kitabı gürcü mətbuatında


Gürcüstanın “kavkazplus” saytında Azərbaycan prezidentinin köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun müəllifi olduğu “Azərbaycanın geosiyasəti” kitabının geniş şərhinə yer verilib


Məqalə müəllifi kitabı fundamental araşdırmaya əsaslanan geosiyasət üçün dərslik adlandırıb. 

Qeyd edilir ki, kitabın ilk hissəsində Azərbaycan xalqının dövlətçilik tarixinin obyektiv təhlili və dünya sivilizasiyasındakı rolundan bəhs edilib. Tarixi araşdırmada əsas diqqət Səfəvilər dövlətinin yaranmasına ayrılıb. 

Müəllifin fikrincə, “Azərbaycan geosiyasəti” əsəri ilə tanış olmaqla oxucu müasir geosiyasi proseslərlə kifayət qədər oxşarlıqlar tapa bilər. Bundan başqa, araşdırmada Azərbaycanın işğalçı müharibələr nəticəsində parçalanması və ermənilərin orada yerləşməsinin 21-ci əsrdə Azərbaycan üçün ciddi mənfi geosiyasi hadisə olduğu qeyd olunur. 

Müəllif qeyd edir ki, Əli Həsənov müəllifi olduğu kitabda Azərbaycan xalqının formalaşması və 20-ci əsrdə Azərbaycan dövlətçiliyinin bərpasına xüsusi diqqət ayırıb. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar