Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov erməni lobbisindən şikayətləndi


Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İspaniyanın və Avropanın ən nüfuzlu informasiya agentliklərindən olan “EFE” agentliyinin redaktoru, tanınmış jurnalist Karmen Klara Rodriges Alonso ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətind’n APA-ya verilən məlumata görə,  görüşdə Karmen Klara Rodriges Alonsoya Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qaldıqlarını bildirib.
 
Ə. Həsənov deyib ki, 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilib, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevriliblər. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon işğal olunub, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz  talan edilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçiriblər.
 
Baş nazirin müavini qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard dollar dəyərində ziyan vurulub. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib, işğal altında olan Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi tələb olunub. Bu qərar və qətnamələr təəssüf ki, onlar hələ də icra olunmur.
 
Ə. Həsənov diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqlar heç bir nəticə verməyib. O qeyd edib ki, Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın haqlı narazılığına əsas verir. “EFE” agentliyinin redaktoruna 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı məlumat verən Ə.Həsənov qeyd edib ki, 1918-ci il martın 31-də başlayan bu proses həmin il aprelin 4-dək davam edib. Bu soyqırım o zaman Azərbaycanı işğal etmiş bolşeviklər tərəfindən ölkəmizə rəhbər təyin olunan Stepan Şaumyan tərəfindən təşkil olunub. Beş gün ərzində davam edən proseslərdə 50 min azərbaycanlı qətlə yetirilib, 150 min insan yaralanıb, 400 min nəfər isə yaşayış yerini dəyişib.  20 Yanvar faciəsindən danışan Komitə sədri qeyd edib ki, bu dəhşətli hadisə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən törədilib. Həmin qoşunların tərkibinin böyük əksəriyyətini məhz ermənilər təşkil edib.

Karmen Klara Rodriges Alonso ölkəmizə səfərinin əsas məqsədinin Azərbaycan xalqının zamanla üzləşdiyi faciələri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləyib. O, görüşdə əldə etdiyi məlumatların ona bu işində çox böyük kömək göstərəcəyini vurğulayıb. Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən “EFE” agentliyinin redaktoru  Bakının müasirliyin və qədimliyin vəhdət təşkil etdiyi şəhər olduğunu diqqətə çatdırıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar