Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov Sarkisyanı “faşist“ adlandırdı


“Əvvəllər Əfqan narkotiki ölkəyə 3 marşurutla daxil olurdu və 4-cü marşurutun isə işğal altında olan Dağlıq Qarabağ ərazilərdən, yəni dövlət sərhədlərimizin 132 km bizim nəzarətimiz altında olmaması, bilavasitə Ermənistanın nəzarəti altında olması, həmin işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib becərilməsi, orada xüsusi laboratoriyalar vasitəsilə onun hazırlanması və satış üçün xaricə göndərilməsi təşkil edilirdi”


Azvision.az xəbər verir ki, bunu baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə bugünkü görüşü zamanı deyib.

Onun sözlərinə görə, narkotiklərdən əldə olunan gəlirlərlə silah alınır və bu silahlar Azərbaycana qarşı yönəlir: “ Dağlıq Qarabağda xüsusi hərbi birləşmələrin formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi halları mövcuddur.”

Aprel ayında baş vermiş hadisələrindən sonra Füzuli, AğdamTərtər rayonlarına səfəri haqqında məlumat verən baş nazirin müavini diqqətə çatdırıb ki, ermənilərin Ağdam, TərtərAğcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib: “Bu gün Azərbaycan Prezidenti ilə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var və bunun nəticəsidir ki, 2-5 aprel tarixlərində ordumuz bu uğurları əldə etdi. Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur. Hesab edirəm ki, orada olan xalq bunu bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üstündə hakimiyyətə gəliblər. Bəzən ATƏT-in Minsk Qurupunun həmsədirləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır.

Ancaq onlar bilməlidilər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar. ATƏT-in Minsk Qrupu həmsədrləri xalqlar arasında sorğu aparsalar, onda onlar reallığı görərlər. Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa bu ölkənin faşist prezidenti öz xalqını fikirləşsin. 20 ildir Sarkisyan öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yaranada Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikirini yayındırır”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar