Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov İrana gedir


Baş nazirin müavini İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini onun müraciətinə əsasən qəbul edib.

Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə iki dost və müsəlman ölkə olan İranAzərbaycan arasında humanitar sahədəki əməkdaşlığın xalqlarımızın mənafeyi çərçivəsində daha da inkişaf etdirilməsi məqsədi ilə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin 2014-cü ilin 23-27 noyabr tarixlərində İran İslam Respublikasına həyata keçiriləcək rəsmi səfəri ilə bağlı müzakirələr aparılıb.

Ə.Həsənov görüşdə Azərbaycanla İran arasında münasibətlərin inkişafından danışıb. Diqqətə çatdırılıb ki, dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib. Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bildirilib ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Görüşdə bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfəri və ötən həftə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər proqramı çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirən Baş nazirin müavini Ə.Həsənov bildirmişdir ki, hər iki ölkə və xalqlarımız arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsinə çevrilib.

Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu qeyd edib.

Böyük dövlətçilik tarixinə malik qonşu ölkənin daim Azərbaycanın yanında olduğu, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanan görüşdə bildirilib ki, İran hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunları da xalqımız heç vaxt unutmayacaq.

Ə.Həsənov bu gün, həmçinin İran İslam Respublikasına nəzərdə tutulmuş səfəri, Azərbaycan-İran münasibətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran İslam Respublikasının dövlət televiziya kanalına da müsahibə verib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar