Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov Müsavat və AXCP-nin iflasının səbəblərini açıqladı


"Azərbaycanda müxalifətin siyasi iflasa uğraması hamıya məlumdur və bu, bir neçə ildir davam edən bir prosesə çevrilib"


Bunu "Trend"-ə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Müsavat PartiyasıAXCP daxilində baş verən gərginliyə və istefalara münasibət bildirərkən deyib.

 Ə.Əhmədov bildirib ki, vətəndaşların müxalifət partiyalarına inanmaması, etimad göstərməməsi müxalifətin siyasi iflasının bariz nümunəsidir və hər bir Azərbaycan vətəndaşı illərdir ki, bunun şahididir: "İndi iflas prosesi müxalifət partiyalarının daxilinə keçib. Bunun aydın ifadəsini bu gün müxalifət partiyalarının içərisində olan proseslərdə müşahidə etmək olar. Özü də bu, təkcə Müsavat Partiyasında deyi, AXCP-də də aydın şəkildə müşahidə olunmaqdadır".

Onun fikrincə, bu, onun göstəricisidir ki, bu partiyaların indiki şəkildə, indiki ideoloji baxışlar çərçivəsində mövcud olmasının mənasızlığını artıq həmin partiyalarda fəaliyyət göstərən insanlar da dərk etməyə başlayıblar: "Onlar partiya daxilində çəkişmələri ilə sübuta yetirirlər, öz aralarında etiraf etmiş olurlar ki, bunlar səhv yoldadırlar. Birincisi, ideoloji baxımdan, ikincisi də apardıqları mübarizə metodları baxımından səhv yoldadırlar. İnkarçılıq, qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur gətirməyib və nəticə etibarilə istər Müsavat Partiyasında olan insanların əksəriyyəti, istər AXCP-də fəaliyyət göstərən insanlar dərk etməyə başlayıblar ki, apardıqları mübarizə metodları təkcə cəmiyyət üçün deyil, həmin partiyaların özləri üçün də ziyanlıdır. Bu dərketmə bu gün həmin partiyaların daxilində baş verən proseslərin əsasını təşkil edir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar