Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov fevralın 16-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb



PİA,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Macarıstanın Baş naziri V.Orbana çatdırıb və dövlətimizin başçısının adından onu Azərbaycana səfərə dəvət edib.

Baş nazir V.Orban, öz növbəsində, Prezident İlham Əliyevi özünə yaxın dost hesab etdiyini və Azərbaycan dövlətinin başçısının Macarıstana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fidesz Partiyası arasında qarşılıqlı əlaqələrin və sıx əməkdaşlıq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın dostluq münasibətlərinin inkişafına müsbət təsirini göstərəcək.

Ə.Əhmədov aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Macarıstanın Baş nazirinə məlumat verib.

Baş nazir V.Orban aprelin 8-də Macarıstanda parlament seçkilərinin, aprelin 11-də isə Azərbaycanda prezident seçkilərinin uğurla keçiriləcəyinə əminliyini bildirib. Macarıstanın Baş naziri bu seçkilərdən sonra da ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar