Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Abbasovun Neftçalada xəzinəsi tapıldı

Sabiq nazirin üç balıq vətəgəsi aşkarlanıb, dambadakı nərələri qısa müddətdə tutub, satışa çıxarıblar, işin bir ucu deputat Əliağa Hüseynova qədər uzanıb


Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Neftçalada balıq vətəgələri üzə çıxıb. 

Bu barədə Jam.az-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, sabiq nazir işdən çıxarılandan bir neçə gün sonra Neftçaladakı 3 dambanın suyu azaldılıb və oradakı nərə (el arasında ağ balıq kimi tanınır-red.) balıqları çıxarılaraq, satılıb. Mənbə bildirir ki, qısa müddətdə dambalardakı bütün balıqların hamısı torlu tutulub. Tutulan balığın böyük bir qismi ayrı-ayrı şəxslərə satılsa da, 3 tonu faktiki olaraq Salyanda yerləşən iri refrejatorlarda yerləşdirilib. 

Mənbə bildirir ki, Əli Abbasovun balıq biznesinə nəzarət edənlər hazırda 3 ton nərə balığının hər kilosunu topdan 25 manata satırlar. Və hər kq-da 2 manat alıcıya güzəştə də gedirlər. 

Məlumatların içində diqqəti çəkən bir başqa məqam isə deputat Əliağa Hüseynovun da işdə adının hallanmasıdır. Mənbə iddia edir ki, Salyandakı refrejatorlar deputat Əliağa Hüseynovundur və onun Əli Abbasovla biznes ortağı ola biləcəyi ehtimalları var. Qeyd edilir ki, sabiq nazirlə xeyli əvvəldən tanışlığı olan deputatın Neftçaladakı dambalarda da şərikliyinin ola bilmə imkanları istisna edilmir. Belə bir qənaətə gəlinməyin səbəbi isə odur ki, Əli Abbasovun dambalarından çıxarılan balıqların satışını Əliağa Hüseynovun yaxın adamları həyata keçirirlər. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar