Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Abbasova vəzifə verilməsinə rəsmi reaksiya


Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın müşaviri təyin olunub


Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, təyinatı normal qarşılamaq lazımdır: 

"Əli Abbasovun AMEA-nın müşaviri təyin edilməsini normal qiymətləndirirəm. Çünki o, informasiya və kommunikasiya texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Akademikdir və müəyyən nailiyyətləri var. Fikirləşirəm ki, bu sahə üzrə Elmlər Akademiyasında onun faydalı məsləhətləri ola bilər. Digər tərəfdən Əli Abbasovun keçmişi, harada işləməsi və ya vəzifəsindən azad edilməsinin mənə aidiyyatı yoxdur. Onu mühakimə etməyə haqqım da yoxdur. Mən onu informasiya texnologiyaları sahəsində yaxşı mütəxəssis kimi tanıyıram. Düşünürəm ki, ona müşavir vəzifəsinin verilməsi Elmlər Akademiyasının işinə müsbət təsir götərəcək”.

Ramiz Məmmədov həmçinin qeyd edib ki, insanların keçmiş naziri mühakimə etməsi düzgün deyil:

"İndi insanlar Əli Abbasovun əvvəlki fəaliyyətindəki mənfi tərəfləri görür. Amma bu insan həm də mütəxəssisdir axı. Eyni zamanda Əli Abbasov heç mühakimə də olunmayıb. Mən necə onu günahlandıra bilərəm? Kiminsə də ixtiyarı yoxdur ki, məhkəmənin qərarı olmadan o şəxsi cinayətlə və ya başqa bir şeylə günahlandırsın. Son söz məhkəmənindir. Bu, bizim işimiz deyil”.

Qeyd edək ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar