Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində – Salyan rayonunun Xıdırlı kəndi ərazisində Gürcüstan vətəndaşının idarə etdiyi, Dubaydan avtomobil daşıyan TIR yoldan çıxaraq aşıb
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş 7 ədəd BMW markalı minik avtomaşınlarına ciddi ziyan dəyib.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
pia.az