Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elektron poçta məktub göndərib 100 milyon dollar oğurladı


Evaldas Rimasaks adlı litvalı bir fırıldaqçı elektron poçt vasitəsilə Amerikanın iki böyük texnologiya şirkətinin 100 milyon dollarını oğurlayıb


PİA.AZ publika.az-a istinadən bildirir ki, 48 yaşlı bu şəxs özünü Asiyada kompüter hissələri istehsal edən şirkətin təmsilçisi kimi təqdim edib. Bu adla da şirkətlərin elektron poçt ünvanlarına məktub göndərərək pul istəyib.

E.Rimasaksın məktub göndərdiyi şirkətlər təlimatları ard-arda yerinə yetirərək onun Litva, Slovakiya, Macarıstan, Honq-Konqdakı bank hesablarına pul göndəriblər.

ABŞ prokurorluğunun araşdırması zamanı bəlli olub ki, Rimasaksın hədəfindəki şirkətlərin ünvanları da daxil olmaqla, bir çox məlumatlarla yanaşı, pulun ABŞ-dakı bank hesablarına göndərilməsi məlumatlarını da gizlədib.

Araşdırma zamanı yalançı şirkətin idarə heyətində cəmi bir nəfərin qeydə alındığını və onun adının da Rimasaks olduğu müəyyənləşib.

ABŞ prokurorluğu bu hadisədən bütün şirkətlərin nəticə çıxarmalı olduğunu bəyan edib. Hadisə ilə bağlı açıqlamalarda nə Rimasaksın "şirkəti"nin, nə də onun fırıldaqçılıq etdiyi şirkətlərin adı açıqlanmayıb.

Sadəcə, E.Rimasaksın şirkətinin 1980-ci ildə yaradıldığı, dünya miqyasında texnoloji firmalarla işlədiyi bildirilib.

Bu fırıldaqçılığına görə E.Rimasaksa, sadəcə, iki il həbs cəzası verilə bilər.
ABŞ Federal Təhqiqat Bürosunun məlumatlarına görə, 2013-cü ildən bu vaxta qədər elektron poçtla fırıldaqçılığa görə 22 143 şikayət qeydə alınıb. Bu hadisələrə görə 3.1 milyard dollar pul tələb edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar