Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldəniz Quliyevin məhkəməsi təxirə salındı


Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin iyunun 30-na təyin edilən məhkəmə prosesi təxirə salınıb


Eldəniz Quliyev modern.az saytına bildirib ki, proses iyulun 3-də davam etdiriləcək: “Məhkəmədən bildirdilər ki, Ali Məhkəmədə kassasiya şikayəti varsa, onunla paralel olaraq bu şikayət baxmaq olmaz. Bunu müəyyən etmək üçün məhkəmə təxirə salındı. Ali Məhkəməyə barəmdə çıxarılan hökmün ləğv olunması ilə bağlı şikayət vermişik. İctimai işləri də məcburən davam etdirirəm...".

Xatırladaq ki, 2014-cü il oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.

Apelyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Eldəniz Quliyev Cinayət Məcəlləsinin 47.4.4 maddəsini əsas götürərək 480 saatlıq işdən azad olunmağı haqqında yenidən məhkəməyə müraciət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar