Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldəniz Quliyev qardaşı oğluna cavab verdi


“Aqil uşaqlıq edib, gərək belə sözlər deməyəydi”


“Məncə Aqil sadəcə “siyasətə qarışmıram, siyasətdən kənar adamam” deyib bu məsələni qapatmalı idi. 

Qapımı döymür-filan deməklə, mənə elə gəlir, bir az uşaqlıq edib”. Bunu musavat.com-a Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev qardaşı oğlu Aqil M.Quliyevin onun barəsində dediyi ittihamlara cavab verərkən deyib. 

Əmisi haqda bu cür sərt sözlər deməkdə A. M.Quliyevin əsasının olub-olmadığını soruşduqda isə bu barədə danışmaq istəmədiyini deyən E.Quliyev qardaşı oğlunun belə fikir səsləndirməsinə ciddi əsasının olmadığını bildirdi: “İstedadlı gənc kimi həmişə ona uğurlar arzulamışam. Təhsilinə almasına, həyatda digər məsələlərdə nə mümkündürsə kömək etməyə çalışmışam. Sadəcə biz başqa-başqa düşərgələrin adamlarıyıq. Lakin bu qohumluğumuza kölgə salmır və salmamalıdır”. 

Məhkəmə prosesi ilə bağlı son durumu xəbər aldıqda isə E.Quliyev bunları bildirdi:
“Bildiyiniz kimi mənim facebookda yayımladığım statusumda bəzi ifadələr məhkəmə linqvistik ekspertizasına təqdim olunub. Həmin ərəfədə məhkəmə cavablar çıxana qədər təxirə salınmışdı. Lakin bu prosesdən 2 gün keçmişdi ki, qarşı tərəfin vəsatəti ilə yeni məhkəmə keçirildi və mənim ölkədən çıxmamağım haqqında qəti imkan tədbiri seçildi. Bu, qarşı tərəfdən atılan qeyri-humanist addım idi. Çünki onlar da bilirdi ki, mən xəstəliyimlə bağlı İrana getməliyəm. Həkimlə də danışmışdım. Bilirdim Azərbaycan məhkəmələrində ədalət yoxdur, amma bu qədərini gözləmirdim”. 

Xəstəliyinin nə olması ilə bağlı verdiyimiz sualı cavablandıran E.Quliyev keçirdiyi stresslərdən və bir neçə il öncə polisin dəyənəklə başına vurması nəticəsində boynunda damar sıxılmasının əmələ gəldiyini bildirdi. 

Xatırladaq ki, Aqil M.Quliyev “Yeni Müsavat”a açıqlamasında daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilmiş əmisi, Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev haqda kəskin ifadələr işlətmişdi. Aqil M.Quliyev əməkdaşımızın “əminizi müdafiə edəcəksinizmi” sualına cavabında bildirmişdi ki, əmisi ilə 10 ildən artıqdır ki, heç bir  münasibəti yoxdur. O, E.Quliyevi onu itirib-axtarmamaqda da suçlayıb: “Onun mənə canı yanan olsa idi qapımı döyərdi”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar