Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Namazov “beyin mərkəzi”nin fəaliyyətini bərpa edir


Politoloq: “Bura həm Azərbaycanın, həm də beynəlxalq ekspertlərin şəbəkə şəklində cəlb olunması nəzərdə tutulur”


Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov 1990-cı ildə təsis etdiyi Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətini bərpa edib. 

Bu barədə o, Musavat.com-a açıqlamasında bildirib. E.Namazov əməkdaşımıza Mərkəzin fəaliyyətinin bərpasını zəruri edən səbəblər barədə danışarkən bunları söyləyib:

-Bu təşkilat 90-cı illərdə təkcə Azərbaycanda yox, Azərbaycanın xaricində də çox tanınmış bir təşkilat idi. Həmin dövrdə bu mərkəzin rəhbər işçiləri BMT, ATƏT, NATO, Avropa Birliyi və digər qurumların dəvəti ilə beynəlxalq tədbirlərdə iştirak və çıxış edirdilər. Bu qurum 3 ilə yaxın müddətdə öz fəaliyyətini davam etdirdi. Ondan sonrakı dövrdə mərkəzin əsas rəhbər işçilərinin müxtəlif dövlət qurumlarına işə cəlb olunması ilə bağlı Mərkəz öz fəaliyyətini dondurmalı oldu.

- Eldar bəy, o zaman təşkilatda sizdən başqa kimlər var idi?

- Mərkəzdə cəmiyyətdə tanınmış tanınmış ekspertlər - Tofiq Zülfüqarov, Leyla Əliyeva, Rəşid Hacılı və digərləri çalışırdılar. Məni Prezident Aparatına, Tofiq Zülfüqarovu XİN-ə dəvət etdilər. Həmçinin işçilərimiz Prezident Aparatının iqtisadiyyat şöbəsinə dəvət aldılar. Hamısının adlarını çəkmək istəmirəm, amma onlarla tanınmış ekspertlər fəaliyyət göstərirdilər. Yəni mərkəzin əsas rəhbər işçiləri dövlət qurumlarında işə dəvət olunduğuna görə, Mərkəz işini dondurdu.

- O zaman bu təşkilatın təsisçiləri kimlər idi?

-Birinci təsisçi mən idim. Ancaq bu, ictimai təşkilat deyildi. O vaxt mərkəz beynəlxalq konsaltinq qrupu kimi təsis olunmuşdu. Həmçinin Corctaun Universitetinin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin modeli üzərində yaradılmışdı.  Həmin Araşdırmalar Mərkəzi Dövlət Departamentinin beyin mərkəzidir. O zaman mən ora qonaq kimi dəvət olunmuşdum və bir politoloq kimi onların işi ilə tanış olmuşdum. Azərbaycana qayıdandan sonra həmin model üzrə Azərbaycanda təşkilat yaranmışdı. 90-cı illərin əvvəlində nüfuzlu təşkilat kimi, BMT-nin konfliktlərin həlli üzrə xüsusi sessiyasında iştirak üçün Nyu-Yorka dəvət, həmçinin BMT-ə assosiativ üzv olmaq təklifi də almışdıq. Həmçinin biz diplomatik korpus, neft şirkətləri və dövlət qurumları ilə də əməkdaşlıq edirdik. Bərpadan sonra təbii ki, biz əlaqələri bərpa edib həmin qurumlarla da işləyəcəyik.

- Bəs, uzun fasilədən sonra Mərkəzin fəaliyyətinin bərpası hansı zərurətdən irəli gəldi?

- Bölgəmizdə gedən çox mürəkkəb, geopolitik proseslər, Azərbaycana xarici təhlükənin artması, regional konfliktlər və dünyada qlobal proseslərin konflikt şəklinə düşməsi və s. bütün bunlar Azərbaycanda belə bir mərkəzin olmasına zərurət yaradır. Eyni zamanda son dövrlərdə Azərbaycanın sərhədlərində çoxsaylı konfliktlərin qızışması və bu təhlükələrin ildən-ilə daha da güclənməsi, artması belə bir mərkəzin ölkəmizdə fəaliyyət göstərməsini zəruri edir.

- Mərkəzin fəaliyyətini bərpa qərarını təkbaşına vermisiniz, yoxsa məsələn, Tofiq Zülfüqarovla məsləhətləşmisiniz?

- Çox adamlarla məsləhətləşmişəm. Ancaq onu qeyd edim ki, bu mərkəz indi yeni bir variantda fəaliyyət göstərəcək. Buraya həm Azərbaycanın, həm də beynəlxalq ekspertlərin şəbəkə şəklində cəlb olunması nəzərdə tutulur. İndi təşkilati məsələlər üzərində də iş gedir. Bu, daimi fəaliyyət göstərən bir mərkəz olacaq. Ancaq ekspertlər şəbəkəsi formatında - Azərbaycan ekspertləri və xarici ekspertlərin birgə şəbəkə formatında olacaq. Mərkəzin ən aktual məsələlərlə bağlı mətbuat üçün hesabatları daimi hesabatları çap olunacaq və müxtəlif dövlət qurumları və mərkəzdə beynəlxalq təşkilatlara təkliflər paketləri hazırlanacaq.

- Ancaq konkret adlar çəkmədiniz...

-Gəlin adları çəkməyək. Mən bəzi adamlarla məsləhətləşdim və qərarımı verdim. İndi bunun təşkilati işləri başlayır. Nəzərə alsaq ki, biz vaxtilə dondurulmuş qurumu bərpa edirik, mən o vaxt da təşkilatın təsisçisi və rəhbəri idim, indi də həmin statusda müsahibələr verməyə hazıram. Qalan məsələləri gələcəyə saxlayaq.

- Belə demək olarmı ki, burada iqtidar-müxalifət, müstəqil fərqi olmayacaq?

- Təbii. Bu, sırf müstəqil bir qurumdur və burada heç bir fərq qoyulmayacaq. Dediyim kimi, mən dövlət qurumlarına, həm beynəlxalq təşkilatlara xüsusi paketlər hazırlanacaq və mətbuat üçün xüsusi hesabatlar hazırlanacaq. O hesabatlar arasında müəyyən fərqlər olacaq. Yəni bəzi hesabatlar qapalı xarakter daşıya bilər.

- Yəni siz Azərbaycanda “beyin mərkəzi” yaradırsınız?

- Bəli, bu, əslinə qalsa, “beyin mərkəzi”dir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar