rezonans

Xəbər xətti

23 İYUN

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi



MÜSAHİBƏ

...

Eldar Namazov: “Vəziyyət çox mürəkkəbdir”

Tarix 07.06.18, 9:09

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda Rusiya ABŞ-la geopolitik savaşa girib və ümid edir ki, bu mübarizədə Çin də onu dəstəkləyəcək”


“Biz hələ birmənalı seçim etmək zorunda deyilik, bu mübarizənin ilkin mərhələsindəyik, onun bizim sərhədlərimizə daha da yaxınlaşmasını görürük”.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov dünyada, regionda və ölkəmizdə baş verən siyasi proseslərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Eldar bəy, son zamanlar Azərbaycanın qonşuluğunda yerləşən regionda geosiyasi vəziyyətin gərginləşdiyi, ABŞ-İran, İsrail-İran münasibətlərinin kəskinləşməkdə olduğu müşahidə edilir. Regionda baş verənlərin Azərbaycana hansı formada təsirləri ola bilər? Ümumiyyətlə, geosiyasi proseslərin Azərbaycana verdiyi fürsətlər və risklər nədən ibarətdir?

- Burada söhbət yalnız Azərbaycanın ətrafında olan ölkələrdə yox, daha böyük qlobal prosesdən gedir. Təkcə Cənubi Qafqaz, Yaxın Şərq yox, bütün dünya sanki çalxalanır. Ən ciddi problemlərdən biri Şimali Koreya ilə ABŞ arasında olan qarşıdurmadır. Bir müddət öncə bütün dünya bunu çox böyük həyəcanla izləyirdi ki, nüvə silahından istifadə olunmaqla üçüncü dünya müharibəsi başlaya bilər. Yəni bütün dünyada çox gərgin geopolitik proseslər, konfliktlər yaşanır. Politologiyada belə bir anlayış var: dünya düzəni. İndi köhnə dünya düzəni pozulub. SSRİ dağılandan sonra bu proses başladı və müvəqqəti keçid dövrü oldu, hamı düşündü ki, artıq bu geopolitik çalxalanmalara son qoyulub, ABŞ, Qərbin ətrafında yeni dünya düzəni formalaşıb, artıq geopolitik qarşıdurmalara bir səbəb qalmayıb. Ancaq sonradan göründü ki, heç də belə deyil. İdeoloji əsaslarla qarşıdurmaya son qoyulub, kommunizm dünya tarixindən silinib, lakin indi sivilizasiyalar arasında toqquşmalar baş verəcək. Hadisələrin gedişatı da bunu göstərdi. Hazırda faktiki olaraq soyuq müharibədə uduzmuş SSRİ-nin varisi Rusiya dünyada yeni qaydaların formalaşması və özünə superdövlət rolunu müəyyənləşdirib ABŞ-la geopolitik savaşa girişib və ümid edir ki, bu mübarizədə Çin də onu dəstəkləyəcək. Çin də Rusiya ilə bu mübarizədə iştirak eləsə, bu tandem ABŞ-ı və Avropanı üstələyə bilər.

Bu qarşıdurmada kim daha ehtiyatlı mövqe tutur, hələlik Çin Rusiyaya istədiyi dəstəyi vermir. Ancaq buna baxmayaraq, müxtəlif regionlarda, yaxın Şərqdə, Qafqazda, Afrikada, Latın Amerikasında regional konfliktlər baş alıb gedir. Bunun da nəticəsində yəqin ki, təxminən 10 ildən sonra bu mübarizənin nəticəsi bəlli olduqdan, qaliblər, məğlublar müəyyənləşəndən sonra yeni dünya düzəni formalaşacaq. Onda artıq müəyyən bir sabitlik yaranacaq. Hələliksə biz bu mübarizənin ilkin mərhələsindəyik. Bu mübarizənin bizim sərhədlərimizə daha da yaxınlaşmasını görürük. Şimali Koreya ilə bağlı konflikt həll olunandan sonra ABŞ-ın bütün diqqəti yönələcək İran məsələsinə. Artıq İranla İsrail arasında müharibə demək olar ki, başlayıb. Sadəcə olaraq, bu müharibə İranın ərazisində getmir, müharibə Suriyada baş verir. Suriyada İsrail tərəfindən vurulan bütün obyektlər İran silahlı qüvvələrinə məxsus olan obyektlərdir. Söhbət yüzlərlə hərbçinin öldürülməsindən gedir. Şimali Koreya məsələsi həll olunduqdan sonra ABŞ və onun əsas müttəfiqləri İsrail, Səudiyyə Ərəbistanı və digər ölkələr İran məsələsinin birdəfəlik həllinə başlamaq fikrindədirlər. Bu da artıq bizim sərhədlərimizdə böyük bir təhlükəli savaşın başlanması deməkdir. Ona görə də həqiqətən də vəziyyət çox mürəkkəbdir. Azərbaycan bu məsələlərdə bir tərəfdən çox ehtiyatlı, digər tərəfdən də ölçülü-biçili addımlar atmalıdır, elə mövqe tutmalıdır ki, bu burulğana düşən və batan ölkələrin sırasında olmasın.

- Azərbaycan uzun illərdir xarici siyasətdə balanslı siyasətə üstünlük verir. Bir çox siyasətçilər hesab edir ki, yeni yaranmış geosiyasi vəziyyət Azərbaycanın da qarşısında konkret seçim etmək məsələsini qoya bilər. Doğrudanmı seçim etmək anı yetişir və belədirsə, Azərbaycan seçimini necə etməlidir?

- Hər bir ölkə öz milli maraqlarını əsas tutub xarici siyasət konsepsiyasını həyata keçirir. Təbii ki, bizim milli maraqlarımızın əsasını təşkil eləyən bir neçə vacib prinsiplər var. Birincisi, Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunması, ərazi bütövlüyünün bərpa olunması, işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycan dövlətinin yaxşı etməsi üçün münbit şəraitin yaradılmasıdır. Bu bizim əsas milli maraqlarımıza daxil olan prinsiplərimizdir. Bu məqsədlərə çatmaq üçün biz indi hansısa balanslaşdırılmış siyasətdən əl çəkməliyimmi? O zaman sual çıxır ki, əgər əl çəkməliyiksə, bizim bu milli maraqlarımızı təmin etməyə hazır olan hansı beynəlxalq qüvvə mövcuddur? Biz bu günə kimi Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Şərqdənmi, Qərbdənmi hansısa bir konkret təklif almışıqmı və o təkliflər reallığa uyğundurmu? Mənə belə gəlir ki, biz hələ birmənalı seçim etmək zorunda deyilik. Fikir verin ki, bu qarşıdurma zamanı ABŞ-la Rusiyanın münasibətləri çox kəskin həddə çatanda da onların hərbi komandanlığı arasında danışıqlara yer axtaranda Bakını seçmişdilər. Bakıda iki dəfə ABŞ və Rusiya generalları görüşüb öz aralarında olan problemləri müzakirə edilər. Bu, o deməkdir ki, hər iki tərəf Azərbaycana etibar edir. Bu mənada balanslaşdırılmış siyasətin müəyyən bir üstünlüklərini  biz görürük. Ancaq birmənalı seçim edib bir tərəfdən bir hərbi bloka girmək haqqında qərar verəndə bizim qarşımızda son olacaq. Bizim milli maraqlarımızı nəzərə alan blok varmı? 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına təminat verən bir blok varmı? Rusiyamı buna təminat verir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq? Yoxsa NATO-mu bizə belə bir qarant verir? Mənə belə gəlir ki, bizə bu təminatları verən bloklar yoxdur. Biz get-gedə daha da əmin oluruq ki, bu vəzifə məhz Azərbaycan silahlı qüvvələrinin çiyninə düşəcək, Azərbaycan bu problemi həll eləməyə məcbur olacaq. Ona görə də hələlik bizim dediyiniz məsələdə birmənalı seçim etmək Azərbaycana sərf etmir və bizim qarşımızda hələlik belə bir seçim zərurəti durmur. Gələcəkdə bizə belə bir gizli təkliflər olsa onları qiymətləndirmək olar. Mən dedim artıq hansı prioritetlər bizim üçün önəmlidir. Bu mövqedən Azərbaycan çıxış edir və hələlik bu günə kimi də bu mövqeyi həyata keçirmək üçün balanslaşdırılmış siyasət yürütmək daha məqsədəuyğun olub. Hazırda isə bunu dəyişdirən hansısa amillər ortalıqda yoxdur.

- Dünyada və regionda gərgin geosiyasi qarşıdurmanın olduğu bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün hərbi əməliyyatlara başlaması üçün əlverişli zəmin varmı? Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda son zamanlar yaranmış vəziyyətdən bizim istifadə etməyimiz lazımdırmı?

- Sizin bu suallarınıza düzgün cavab vermək üçün biz bir neçə amilləri nəzərə almalıyıq. Birincisi, biz nəzərə almalıyıq, ümumiyyətlə, Azərbaycan ordusunun belə bir əməliyyat keçirib  torpaqlarımızı işğaldan qurtarmağa imkanları varmı? 1994-cü ildə atəşkəs imzalanandan sonra bir çox dünya ekspertləri və siyasətçiləri hesab edirdilər ki, Azərbaycanla Ermənistan arasında müəyyən bir hərbi paritet mövcuddur. Yəni heç bir dövlət o birisinin üstündə müharibə baş versə qalib gələ bilməyəcək. Belə bir yanaşma illərlə davam etdi. Yalnız Azərbaycan böyük maliyyə resursları əldə edəndən və bu imkanlardan istifadə edib ordusunu yenidən qurmağa başlayandan sonra dünya ekspertləri başladılar bu amili nəzərə almağa və hesab eləməyə ki, Azərbaycan balansı öz xeyrinə dəyişə bilər. Nəhayət, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu dünyaya sübut elədi ki, artıq biz torpaqlarımızı azad etməyə hazırıq. Bizim hərbi gücümüzün yalnız cüzi bir hissəsindən istifadə edib həm cəbhənin şimal, həm cənub bölgəsində ciddi müqavimətlə rastlaşmadan irəliləmək imkanımızın olduğu ortaya qoyuldu. Bu bir kəşfiyyat döyüşü idi, Dağlıq Qarabağın azad olunması uğrunda genişmiqyaslı əməliyyat deyildi.

Kəşfiyyat döyüşünün öz məqsədləri var idi. Serj Sərkisyan özü o zaman etiraf etmişdi ki, Azərbaycan ordusu 21-ci əsrin silahları ilə döyüşür, Ermənistan ordusu isə hələ də 20-ci əsrin ortalarında istehsal olunmuş silahlarla təchiz olunub. Artıq 2016-cı ildən sonra birmənalı olaraq dünya ekspertləri hesab edirlər ki, Azərbaycan ordusu torpaqlarını azad etməyə qadirdir və erməni ordusundan qat-qat güclüdür. Dünyanın beyin mərkəzlərinin müəyyənləşdirdiyi hərbi güc reytinqində Azərbaycan təqribən ilk 50 ölkənin sırasındadır, Ermənistan isə yüzüncü yerdədir. Yəni bu sual çox önəmlidir ki, bizim ordumuz bu hərbi əməliyyatı keçirib torpaqlarımızı azad etməyə qadirdirmi? Artıq bu suala iki ildir cavab verilib. İndi məsələnin ikinci tərəfi var: ordumuz hazırdır, bəs hərbi əməliyyatı nə vaxt keçirmək? Hansı əlverişli geopolitik şəraitdə bunu keçirmək olar?

Son dövrlərdə Ermənistanda baş verən bu çaxnaşmalar, hakimiyyət dəyişikliyi, bu çaxnaşmaların Dağlıq Qarabağa da sirayət etməsi və digər bu kimi hadisələr Ermənistanın bir dövlət kimi daha da zəifləməsini şərtləndirir. Bir çox ekspertlər düşünürlər ki, artıq hərbi əməliyyatların keçirilməsi üçün münbit şərait yaranmaq üzrədir. Mən hesab edirəm ki, Azərbaycan ordusu belə bir əməliyyat keçirməyə tam hazır olmalıdır. Xatırlayırsınızsa, 1990-cı illərin əvvəllərində Azərbaycanda qeyri-sabitlik hökm sürürdü, tez-tez hakimiyyət dəyişikliyi baş verirdi. Əbdürrəhman Vəzirovun dövründən 1993-cü ilə qədər ard-arda dəfələrlə hakimiyyət dəyişiklikləri baş verirdi. Bütün o hakimiyyət dəyişiklikləri 1988-ci ildən 1993-cü ilə kimi baş verdi. Bizim torpaqlarımız da məhz o dövrlərdə işğal olundu. Azərbaycanda qeyri-sabitliyin hökm sürməsi torpaqlarımızın işğal olunmasında rol oynadı. Ermənilər Azərbaycanın daxilində hər dəfə çaxnaşma olanda fürsətdən istifadə edirdilər, hücumlar təşkil edib torpaqlarımızı ələ keçirirdilər. Ona görə də biz bu tarixi dərslərdən nəticə çıxarmalıyıq. Azərbaycan da əlverişli məqam yetişəndə fürsəti əldən verməsin. Hərbi əməliyyatlara başlamaq qərarını isə yalnız ölkənin prezidenti, Ali Baş Komandan verə bilər. Onların əlində həm kəşfiyyat məlumatları, həm başqa informasiyalar olur ki, bu addımı atsaq vəziyyət necə ola bilər. Məqam tam olaraq yetişəndə ordumuz torpaqlarımızı işğaldan etməlidir. 1990-cı illərin əvvəllərində Ermənistanın atdığı addımlar indi bumeranq kimi qayıtmaqdadır onların öz başlarına. İndi Ermənistanda o qeyri-sabitlikdir və yaxın zamanlarda bərpa olunmayacaq, qarşıdurmalar daha da güclənəcək. Serj Sərkisyan öz ətrafına elan edib ki, Nikol Paşinyan hakimiyyəti bir ildən artıq hakimiyyətdə qala bilməyəcək. Deməli, qarşıdurma daha da güclənəcək. Biz bunların hamısını nəzərə alıb tam uyğun vaxtda hərbi əməliyyatı həyata keçirməyə hazır olmalıyıq.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru