Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun adamı məhkəmədə təhqir olundu və...


Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində iş adamı, zərərçəkmiş Bahəddin Sultanovun epizodu araşdırılıb.

Qeyd edək ki, Bahəddin Sultanov və oğlu İntiqam Sultanov 2008-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbəri Zal Yusifovun cinayət işi üzrə saxlanıblar. İş adamı şikayətində həmin vaxt azadlığa buraxılması üçün Vüsal Ələkbərova 350 min manat verdiyini bildirib.
Məhkəmədə şahid qismində ifadə verən İntiqam Sultanov deyib ki, 2008-ci ildə MTN-ə çağırılıb.

“21 yaşında həbs edildim. Vüsal Ələkbərov məni bədbəxt elədi”- deyən şahidə həbsdə olan MTN zabitin cavab verməsi mübahisə yaradıb. 
Vüsal Ələkbərov şahidi yalan danışmaqda günahlandırıb: “İntiqam Sultanov konkret cinayət törədib, buna görə də həbs edilib. Onun barəsində qanuni hökm var”.

Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib. İfadəsinə davam edən İntiqam Sultanov bildirib ki, MTN-də Vüsal Ələkbərov ondan bankdan götürdükləri iddia etdiyi 570 min manat kredit haqda soruşub: “Dedi ki, bu məbləği ödəmək lazımdır. Amma biz bankdan belə bir məbləğdə kredit götürməmişdik. Kredit götürmək üçün banka müraciət etmişdik və fermamızın təsdiq olunmuş sənədlərinin sürətini Zal Yusifova vermişdik. Amma sonradan kredit alınmadı və bizdə sənədlərimizi geri götürdük”.

Bundan sonra Vüsal Ələkbərov tərəfindən hədələndiklərini deyən şahid daha sonra həbs edildiyini qeyd edib: “Ələkbərov dedi ki,“fermanız var, fermanı sat, pulu ödə”. Bunu etmədiyimiz üçün məni həbs elədilər. Sonradan şərti cəza ilə həbsdən azad edilmişəm”.

İntiqam Sultanovun sözlərinə görə, kredit götürmədiklərini Zal Yusifov da, onun oğlanları da təsdiqləyə bilər: “Bu hadisələr baş verməmişdən əvvəl bankdan 1 milyon manat kredit götürməli idik. Bununla bağlı Zal Yusifovun oğlu İslamla birlikdə banka gedib-gəlirdik. Bir çox sənədlər topladıq, həmin sənədləri imzaladıq. Sonradan İslam dedi ki, kreditin verilməsi alınmır. Bundan sonra bizə pul lazım oldu, biz də fermanı satdıq. Bundan 7-8 ay sonra Zalı həbs etdilər MTN-dən mənə zəng gəldi. Vüsal Ələkbərov fermanın sənədlərinin sürətini qarşıma qoydu, məni bankdan 570 min manat pul götürməkdə ittiham etdi. Mənimlə bağlı qurulan məhkəmədə bankdan kredit götürmədiyim məlum oldu. Buna görə də barəmdə verilən dələduzluq ittihamına xitam verildi. Mən sənədlərin saxtalaşdırılması ittihamı ilə şərti cəzaya məhkum olundum”.

Eyni iş üzrə zərərçəkmiş iş adamı Bahəddin Sultanov isə məhkəmədəki ifadəsində qeyd edib ki, nə özünün, nə də oğlunun Zal Yusifovla əlaqəsi olmayıb.

“Vüsal Ələkbərov deyir ki, oğlum cinayətkardır. Görəsən oğlum hansı cinayəti törədib? Oğlumu işə qoya bilmirəm, deyirlər ki, məhkum olunub”- deyə zərərçəkmiş deyir.

MTN zabiti Vüsal Ələkbərov isə ata və oğlunun yalan danışdıqlarını deyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Şahid İntiqam Sultanov MTN zabitinə “Adam kişi olar” deyərək etiraz edib.
Vüsal Ələkbərov isə əsəbiləşərək cavabında “mən kişiyəm. Kişi kimi də cəzamı çəkəcəm. Veriləcək heç bir cəzadan qorxmuram. İstəyirlər 15-18 il cəza versinlər” deyib.


Hakim hər iki tərəfə xəbərdarlıq edərək sakitləşdirmək istəyərkən digər zərərçəkmiş Hüseyn Səfərov Vüsal Ələkbərovla mübahisə etməyə başlayıb.


Hüseyn Səfərov: “Vüsal, evimizi yıxmısan. Sən alçaqsan”

Vüsal Ələkbərov: “Məni təhqir etmə”

Hüseyn Səfərov: “Sən təhqir olunmağa layiqsən”


Bundan sonra Vüsal Ələkbərov hakimə müraciət edib və zərərçəkmişlərin onu təhqir etməsinə şərait yaradılmamasını istəyib.

Hakim isə işin obyektiv araşdırıldığını və məhkəməyə müdaxilə edilməməsini tələb edib.

Növbəti dəfə tərəflər sakitləşdirildikdən sonra prosesdə Bahəddin Sultanovun qardaşı Mirzə Paşayev ifadə verib. O, MTN əməkdaşlarının qardaşından pul alarkən yanlarında olduğunu söyləyib. Şahidin sözlərinə görə, onlar pulu MTN generalı Mövlam Şıxəliyevlə Vüsal Ələkbərova veriblər.

Vüsal Ələkbərov isə bir daha şahidlərin yalan danışdığını deyib.

Zərərçəkmiş Hüseyn Səfərov deyib ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev MTN-də cinayətkar yuvası yaradıblar. Zərərçəkmiş MTN zabitlərini müdafiə edən vəkillərə də etiraz edib.

“Bu vəkillər də cinayətkar yuvanın sahiblərini müdafiə edirlər”- deyə zərərçəkmiş deyib.

Məhkəmə prosesi martın 2-də davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar