Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun Binəqədi əməliyyatı - cəbhəçi necə YAP sədri oldu?

Binəqədi rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Xaləddin İsgəndərovun “has adam”ı Ramiz Göyüşov və yaxınları barədə istiqlal.az-a ilginc informasiyalar daxil olub


Məlumata görə, İcra başçısı Xaləddin İsgəndərovun müstəsna səlahiyyətlər verdiyi, faktiki rayonu idarə edən Ramiz Göyüşovun oğlu Rəşad Göyüşovun adı son günlər “MTN işi” ilə əlaqədar gündəmə gələn, Eldar Mahmudovun bankı kimi təqdim edilən “Muğanbank”ın Mərkəz filialının sədridir.

R.Göyüşovun qardaşı oğlu Göyüşov Urfan Rövşən oğlu isə 2009-cu ildən “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü və bankda əsas söz sahiblərindəndir.

R.Göyüşovu “MTN işi”nə yaxınlaşdıran digər mühüm fakt isə başqa qardaşı oğlu Fariz Rövşən oğlu Göyüşovun MTN-nin Nizami rayon idarəsinin rəisi vəzifəsini daşımasıdır. 

Digər maraqlı məqamlardan biri də R.Göyüşovun qardaşı Rövşən Göyüşov işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla yaxın dostluq etməsidir. Ə.Abbasov hələ Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsini tutarkən Rövşən Göyüşov (2000-ci ildə) ADİU-nun Dərbənd filialına direktor təyin olunub və hazırda da həmin vəzifədə çalışır.

Göründüyü kimi, bütün bunlar təsadüfi ola bilməz. Göyüşovlar ailəsinin Eldar Mahmudov və onun əhatəsinə aid olan qruplaşma ilə yaxınlığını sübut edən dəlillər hələ bununla bitmir. 

R.Göyüşovun özünün qısa zaman ərzində bu qədər irəliləməsi  - YAP Binəqədi rayon təşkilatına sədr gətirilməsi də təsadüfi baş verməyib. Bu işdə E.Mahmudov “zəncirinin” digər başı - “Aztelekom” MMC-nin həbsdə olan Baş direktoru, YAP Nəzarət - Təşftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun dəstəyi də az olmayıb. M.Məmmədov keçmişı nazirlər - Əli AbbasovEldar Mahmudovun tapşırığı ilə R.Göyüşovun rayon təşkilatının sədrliyinə gətirilməsinə YAP-ın Mərkəzi Qərargahında  dəstək verib. 

MTN keçmiş şefi Eldar Mahmudov isə vergilər naziri Fazil Məmmədov vasitəsilə Binəqədi rayon İcra Başçısı Xaləddin İsgəndərova təzyiq göstərib. Hətta vurğulanır ki, E.Mahmudov məhz R.Göyüşovun vasitəsilə Binəqədi rayonuna – xüsusən də Fazil Məmmədovun kadrı Xaləddin İsgəndərova nəzarət edirmiş. 

Qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının əvvəlki sədri Nəbi Xəlilovu 2013-cü il iyulun 1-də Bakı şəhər Vergilər Departamenti Xidmət İdarəsinin rəis müavini vəzifəsinə “sürgün edən” X.İsgəndərov R.Göyüşov üçün bütün yollarda “yaşıl işıq” yandırıb. 

1997-ci ildə AXCP-dən YAP-a transfer edən R.Göyüşovla bağlı mətbuatda da maraqlı məlumatlar gedib. Adı həm Elşad Abdullayev, həm də nurçularla hallanan R.Göyüşovun 1992-ci ildə YAP-a dəvət olunduğu bildirilir: “Həmin çətin ictimai-siyasi vəziyyətdə Mingəçevirdə partiyanın rayon təşkilatının qurulmasında xüsusi xidmətləri olmuş Aydın Mirzəzadə R.Göyüşovu partiyanın qurulmasına dəstək olmağa dəvət edib. Maraqlı nüans ondan ibarətdir ki, R. Göyüşov həmin vaxt bir çox insanların yanında A.Mirzəzadəyə “Heydər Əliyevin bir ayağı o dünyadadır” deyərək partiyanın heç bir prespektivinin olmadığını bəyan edib.

Bildirilir ki, indi özünü YAP-ın yaradıcıları ilə eyni səviyyədə tutan R.Göyüşov hakim partiyaya hamıdan sonra - AXCP-dən gəldiyini unudur. Hətta o qədər eyforiyaya qapılır ki, 1992-ci ildən YAP-da gülüng vuran insanlara da dərs keçməyə cəhd göstərir. Bu da təbii ki, Binəqədi YAP-ı quranlara heç də xoş gəlmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar