Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə faktı təstiqləyib.
O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı yenidən ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
pia.az