Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudov üçqat atəş altında


Qudaların “ikinci başı” da həbsə gedir - Eldar Mahmudov üçqat atəş altında


Cahangir Hacıyevin yaxın adamlarından hesab olunan  Emin Sadiqin saxlanılmasından sonra, sabiq nazirin ortağının da həbsi xəbəri yayıldı; Eldar Mahmudov üçün əcəl zəngi...

Son bir neçə gündə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun həbsdə olan qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin adı ətrafında yeni hərəkətlilik başlayıb.

Belə ki,  bir neçə milyardın ölkə xaricinə daşınması və Beynəlxalq Bankın talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın adamlarından hesab olunan  Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. Doğrudur, bu adamın adı geniş oxucu kütləsinə o qədər də tanış deyil, üstəlik, hələ ötən il də onun həbsi ilə bağlı xəbərlər yayılmışdı. Amma bu xəbərlər rəsmi şəkildə nə təsdiqləndi, nə təkzib edildi.

Virtualaz.org hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğunu bildirib. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.



Bildirilir ki, Cahangir Hacıyev “Hafka” kimi tanına biznesmen Hafiz Məmmədova məxsus “Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətinin idarəçiliyini  Emin Sadiqə həvalə edib. E.Sadiqin həbsi xəbəri təsdiqlənərsə, bu, həm Beynəlxalq Bank talançılığında, həm də digər maliiyyə maxinasiyalara yeni yön verə bilər. 

Yanvarın 17-də isə hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər. Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur.

<a href=Eldar Mahmudov ile ilgili görsel sonucu">

Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb (virtualaz.orğ). İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.

E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

C.Hacıyev ile ilgili görsel sonucu

“İkibaşlı maxinasiya əjdahaları” olan qudaların işi üzrə həbslər C.Hacıyev üçün o qədər də  təhlükəli deyil. Çünki o, artıq həbsxana həyatına öyrəşməyə başlayıb. Amma E.Mahmudov üçün isə bu, artıq “əcəl zəngi” hesab oluna bilər. 

Rəsmi olaraq dekabrın 15-də üçüncü dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verən sabiq nazirin onsuz da vəziyyəti yaxşı deyildi. Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur.  Sonuncu dəfə isə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləğinin  1 milyard dollardan artıq olduğu deyilir. İndi E.Mahmudovun həm köməkçisi, həm  oğlunun işi üzrə dindirilməsinin ardından ortaqlarından biri Sahib Ağayev həbs edilib.

Bütün yollar E.Mahmudova aparır, bəs Eldar Mahmudov hara aparıIacaq? (“Yeni Musavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar