Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudov nəzarət altında

Sabiq MTN rəhbərinin sirlə əhatələnən dindirilməsi niyə məhz indi baş tutur?


2015-ci il oktyabrın 17-də  vəzifədən çıxarılmış milli təhlükəsizlik naziri Eldar Mahmudov 2017-ci ilin noyabrında istintaqa çağırıldı.

 Və dərhal da “MTN işi”ni ilk günlərdən izləyənlərdə “niyə məhz indi” sualını doğurdu. Məlumata görə, E.Mahmudov nəzarət altına alınıb və hərəkət məhdudiyyəti qoyulmaqla ölkədən çıxışı yasaqlanıb.  

E.Mahmudovu 2015-ci ildə komandasının üzvləri həbs edilərkən də istintaqa çağırıb dindirmək üçün xeyli əsas və sübutlar vardı. Onun əməllərindən zərərçəkənlərin fəryadları mətbuatdan bəs deyincə yayılmışdı. Həmin vaxt istintaqa çağırmadılar. Eldar Mahmudovun həbs olunacağı haqda gözləntilərin ən pik dövrlərindən ona yaxın düşən olmadı. Artıq hər kəsdə Mahmudovun toxunulmazlığı haqda fikirlərin hakim olduğu bir dönəmdə sabiq nazirin əmisi oğlu və köməkçisi Vüqar Mahmudov istintaqa dəvət olundu, dindirildi, qandallandır. Əslində elə V.Mahmudova da bir neçə gün əvvəl irəli sürülən ittihamı da elə həmin 2015-ci ilin oktyabr günlərində ona vermək, özünü həbs etmək olardı.

Bunun üçün 2 il gözləmək vacib idimi? Maraqlı bir detal da odur ki, E.Mahmudov “MTN işi”ndən qalib çıxdığı kimi göründüyü bir dönəmdə istintaqçılarla üz-üzə gətirildi. Onun komanda üzvlərinə cəmiyyətin gözlədiyindən, iş üzrə zərərçəkənlərin istəyindən daha yüngül cəzalar təyin oldunduğu bir vaxta təsadüf etdi.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki,  hazırda E.Mahmudovla əlaqəli çox maraqlı bir prosesə şahidlik edirik: “Eldar Mahmudovun ötən 2 ildən bir qədər artıq müddətdə istintaqdan kənar qalması onu çox ciddi dairələrin himayə etməsi fikrini qətiləşdirmişdi. Ötən müddətdə onun həbs olunmaması çox ciddi şəkildə qorunmasından xəbər verirdi. Amma son baş  verən hadisələr göstərir ki, hazırda əks proses başladılıb. Əvvəlcə Eldar Mahmudovun cəmiyyətdə hələ də qalmaqda olan mifini dağıdırlar. Məsələn, onun Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılaraq dindirilməsi, oradan çıxarkən ən müxtəlif pozalarda fotolarının mətbuatda peyda olması ona işarədir ki, Eldar Mahmudovun mifini dağıdırlar. Onunla bərabər onun arxasında dayanan güclərə dirsək göstərir, mesaj verirlər”.

Ə.Zeynallı hesab edir ki, başladılan proses E.Mahmudovun   getdikcə zəiflədəcək və onun sıradan çıxarılmasına gətirib çıxaracaq: “Mümkündür ki, sonda onu həbs edəcəklər. Hazırda aparılan proses məncə buna hesablanıb. Çünki Eldar Mahmudov elə miqyasda adamdır ki, onun istintaqa çağırılması, dindirilməsi sıradan məsələ deyil. Onun himayəçilərinə də güc göstərilir. Onu sıradan bir şəxsə çevirib, cəmiyyəti buna alışdırandan sonra, əlindəki görüntüləri də zərərsizləşdirəndən sonra barəsində qərar veriləcək”.

Ə.Zeynallı deyir ki, ötən 2 ildə E.Mahmudov haqda yayılan xəbərlər onun ayaqda qalması fikrini formalışdırmışdı: “Məlumatlar yayılırdı ki, Eldar Mahmudov çox rahat şəkildə toya qatılıb, haradasa yasa gedib, restoranda kef məclisində olub. Bu məlumatlar dolayısı ilə Eldar Mahmudovun ayaqda qalmasına, hərəkət sərbəstliyinin olmasına işarə idi. Onun himayəçilərinin də güclü olması mesajı idi”.

Ə.Zeynallı istisna etmir ki, E.Mahmudovun komanda üzvlərinin daha yüngül cəzalarla “MTN işi”ndən çıxmaları əks cinahı hərəkətə gətirib: “Bütün hallarda bu gün şahidlik etdiyimiz olaylar daxildəki böyük müharibənin, qarşıdurmanın təzahürüdür. Çünki Eldar Mahmudovun ətrafında olub məhkəmə qarşısına çıxarılan adamlar əməllərinin qarşılığında ən azından 20-25 il cəzaya məhkum olunmalı idilər. Əvəzində 7-8 il müddətinə azadlıqdan məhrum edildilər. Bu qərarların verilməsində Eldar Mahmudovun birbaşa olaraq rolu olmasa da, onun himayəçilərinin rolu görünür. Bu gün Eldar Mahmudovun istintaqa çağırılması, nüfuzdan salınması da onun təmsil olunduğu qruplaşmaya güc nümayişidir”.

Ə.Zeynallı deyir ki, baş verənlərdə daxili qarşıdurmalarda kompromat davasının izləri də olmamış deyil: “Mahmudovun komandasının üzvləri olmuş şəxslərə yüngül cəza verilməsi kompromatların istifadəsinin qarşısının alınmasına hesablanan addımlar kimi də qiymətləndirilə bilər. Eldar Mahmudova ən yaxın kadr hesab edilən Akif Çovdarov da məhkəməsində meydan oxumuşdu ki, mən agentlərin adlarını açıqlaya bilərəm. Görünür ki, MTN generalları arasında kompromat savaşına çıxmaq istəyənlər də olub. Az cəzanın verilməsinin bir səbəbi də budur. Hazırda baş verənlər isə Eldar Mahmudov mifinin qırılmasıdır”.

Ə.Zeynallı deyir ki, E.Mahmudovla əlaqəli pərdəarxası baş verənlərdən mətbuat və cəmiyyət bixəbərdir: “15 gün əvvəl xəbər yayılmışdı ki, Eldar Mahmudov ölüb. Bu təsadüfi deyildi. Yəni hər an hər bir şey ola bilər. Bizlər çox ciddi kompromat savaşının şahidləriyik. Pərdəarxası oynanılan oyunlardan kənar olsaq da, təzahürlər ortadadır. Bilirik ki, Eldar Mahmudovun 2800 seks video kompromatı var. İctimailəşən kompromat davasının çox az bir hissəsidir. İndiki məqamda qərar verilib ki, Eldar Mahmudovu adiləşdirsinlər. Sonra nə olacaqsa, bunu yaxın zaman göstərəcək”.

Bununla belə Ə.Zeynallı E.Mahmudovun əlindəki kompromatlardan istifadə etməyəcəyi, bunun üçün o qədər də cəsarətli olmadığı haqda fikirləri də qəbil etmir: “Qorxaq, cəsarətsiz adam 2800 video çəkdirməz. Milyonlarla dolları qutulara yığıb orda-burda saxlamaz. Bəli, xəbərlər var ki, Eldar Mahmudov o qədər də cəsarətli adam deyil. Amma bu o demək deyil ki, o, əlindəki kompromatlardan istifadə etməyəcək. Hakimiyyətdəkilər çox gözəl bilir ki, onun əlində nələr var və nələr də ola bilər. Onun çox ciddi fiqur olmasını hakimiyyətin ən müxtəlif təbəqələrindən bilirlər. Qorxaqlığı, çox ehtiyatlı olması ilə bərabər Mahmudov o qədər böyük fiqurdur ki, onun İstintaq  İdarəsinə çağırılması hakimiyyətin özü üçün də şok olub. Buna görə də dərhal fotoları mətbuatda yayıldı. Əslində nə baş verib. İşdən çıxarılan bir nazir İstintaq İdarəsinə çağırılıb. Normalda ona bu qədər diqqət, ajiotaj olmamalı idi. Hakimiyyətin özü üçün də o qədər şok olub ki, heyrətlər içərisində Eldar Mahmudovun fotolarına mətbuatdan tamaşa etməkdən özlərini saxlaya bilməyiblər. Hakimiyyət içində Mahmudov vahiməsi var. Digər tərəfdən, ən gözlənilməz və cəsarətli addımlar ən qorxaq hesab olunan adamlardan çıxır. Bunu da unutmaq lazım deyil”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar